Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Süd içmək üçün 10 səbəb
Süd içmək üçün 10 səbəb
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 888
Səs ver:
1) Ürək xəstəliklərindən qoruyur
Ürək xəstəlikləri bütün dünyada olduğu kimi bizim ölkəmizdə də çox yayılan bir xəstəlikdir. Süd və süd məhsulları tərkibində qan yağları və qan təzyiqini endirməkdə təsirli olan protein, kalsiyum, fosfor kimi maddələrin olması nəticəsində hər gün müəyyən miqdarda istifadə edildikdə ürək xəstəliklərindən qorunmaqda böyük əhəmiyyət daşıyır. Hər gün davamlı şəkildə içilən 2 stəkan süd sayəsində siz yüksək təzyiqi tənzimləyə bilərsiniz.

2) Süd uşaqların məktəbdəki uğurunu artırır
Valideynlər üçün uşaqlarının sağlamlığı qədər təhsili də önəmlidir. Uşaqlıq dövründə gündə 2 stəkan süd içmək həm zəkanın inkişafı baxımından böyük əhəmiyyət daşıyır, həm də məktəbdəki uğuru artırır.

3) Enerji verir
Nizamlı qidalanmaq üçün müəyyən qida qruplarına ehtiyacımız var. Bunlar süd və süd məhsulları, ət, yumurta, çörək, tərəvəz və meyvələrdir. Bu qidalar içərisində yalnız südün təkibində enerjinin yaranmasında təsirli olan karbonhidrat, protein və yağ eyni anda mövcuddur.

4) Dişləri qoruyur
Turşuluğu çox olan və şirin qidalar mikroorqanizmlərin təsirini artırır. Süddə olan kalsium və fosfor bu mikroorqanizmlərə qarşı təbii bir qalxan rolunu oynayır. Hər gün içilən süd dişlərdə yaranan çürüklərin qarşısını alır.

5) Kökəlmənin qarşısını alır
Artıq çəki son zamanlarda ən əsas problemlərdən biridir. Davamlı olaraq hər gün içilən iki stəkan süd düzgün qidalanmama nəticəsində alınan artıq çəkiləri itrməkdə köməkçidir.

6) Hamiləlikdə mineral itgisini azaldır
Sağlam bir hamiləlik üçün ananın sağlam qidalanması çox əhəmiyyətlidir. Hamiləlik dövründə gündə 2 stəkan süd içmək ananın bədənində azalan mineralların bərpa olunmasına kömək edir.

7) Sümük inkşafını təmin edir
Süd güclü sümüklər üçün əvəzolunmaz vasitədir. Uşaqların davamlı süd içməsi onların sümüklərinin güclü olmasına təsir göstərir. Böyüklərin də daha sağlam və güclü sümüklərə sahib olmaları üçün kalsiuma ehtiyacı var, bunun üçün də davamlı olaraq süd içmək lazımdır.

8) İmmuniteti gücləndirir
Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq immunitetin zəifləməsi nəticəsində yaranan qrip, farenjit kimi qış xəstəliklərinin qarşısının alınmasında süd böyük rol oynayır.

9) Dərini gözəlləşdirir
Süd sağlamlığı olduğu qədər gözəlliyi də qoruyur.. Gözəl və sağlam bir dəri üçün düzgün qidalanmanın böyük əhəmiyyəti var. Südün tərkibində olan vitamin və minerallar sızanaqların yaranması və dəri iltihablanması riskini azaldır və dərinin sağlamlığını qoruyur.

10) Osteoporozdan qoruyur
İndiki dövrdə 50 və 50-dən yuxarı yaşdakı qadınların 50 faizində klimaks ilə birlikdə osteoporoz əlamətləri də görülür. Davamlı idmanla məşğul olmaq, kifayət qədər kalsium və D vitamini qəbulu bu problemin həll olunmasında böyük əhəmiyyət daşıyır, amma bununla yanaşı hər gün kalsiumla zəngin olan süddən 2 stəkan içmək lazımdır.


Şərhlər:
Baxılıb: 888
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz