Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bağırsaq qurdlarını tökən ən təsirli vasitələr
Bağırsaq qurdlarını tökən ən təsirli vasitələr
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1433
Səs ver:
Qurd xəstəliyi uşaqlarda daha çox müşahidə olunsa da, bu xəstəlikdən böyüklər də əziyyət çəkir.

Nar qabığı
Hələ eramızdan 1500 il əvvəl çinlilər nar qabığından qurd dərmanı kimi istifadə ediblər.

Bir ədəd narın qabıqlarını xırdalayıb bir stəkan suda bişirmək lazımdır. 15-20 dəqiqə bişdikdən sonra suyunu süzüb 1 saat otuz dəqiqə ərzində 3 dəfə içmək məsləhət görülür. Bu müddət ərzində qida qəbul etmək olmaz. Üç-dörd saat keçdikdən sonra isə bağırsaqları təmizləyən dərman qəbul etmək lazımdır.

Xalq təbabətində nar ağacının gövdə və budaqlarının qabıqlarını toz halına salaraq qurd əleyhinə dərman kimi istifadə edilir.

Zirə
Eyni miqdarda qızılçətir otunu, dağtərxununun çiçəklərini və zirə toxumlarını qarışdırın. Qarışıqdan bir xörək qaşığı götürüb bir stəkan qaynar suda bir saat dəmləyin. Gündə 3-4 dəfə bir xörək qaşığı için.

Çobanyastığı
Hərəsindən 20 qram olmaq şərtilə, aptek çobanyastığı, nanə yarpaqları, dağtərxununun çiçəkləri, acı yovşan otu və pişikotunun kökləri ilə 30 qram yerkökü toxumunu qarışdırın. Alınan qarışıqdan 2 xörək qaşığı götürüb bir stəkan qaynar suda dəmləyin. Bu çaydan gündə iki dəfə bir stəkan içmək lazımdır.

Balqabaq toxumu
Balqabaq toxumundan, xüsusilə, lentşəkilli qurdların tökülməsi üçün istifadə olunur. Üç yüz qram təzə və ya qurudulmuş balqabaq toxumunu qabıqdan təmizləyib əzmək lazımdır. Üzərinə 50-60 ml su əlavə edin. Qarışığın dadını yaxşılaşdırmaq üçün bir çay qaşığı bal və ya mürəbbə əlavə edə bilərsiniz.

Bu qarışığı acqarına yemək məsləhətdir. Ancaq burada bir nüansa diqqət yetirin. Qarışığı bir anda deyil, qaşıq-qaşıq olmaqla bir saat ərzində qəbul edin.

Yetişməmiş qoz
Bir neçə ədəd yaşıl qozu əzin. Bir stəkan qaynar suya yarım çay qaşığı duz əlavə edin. Dörd çay qaşığı əzilmiş qozu bu suyun içərisində yarım saat saxlayın. Daha sonra suyu süzüb gün ərzində acqarına için.


Şərhlər:
Baxılıb: 1433
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz