Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vitaminlər və minerallarla zəngin qaraciyər
Vitaminlər və minerallarla zəngin qaraciyər
Göndərən: arzum-aysum
Şərhlər:
Baxılıb: 1116
Səs ver:
Qara ciyərin müalicəvi xüsusiyyətləri qədim zamanlardan insanlara məlumdur.

Qədimdə təbiblər qara ciyəri zəiflənmiş, xəstə insanlara, tez-tez xəstələnən uşaqlara vermək tövsiyə edirdilər.

Müxtəlif vitaminlər və minerallarla zəngin olan qara ciyər əsl təbii vitamin-mineral kompleksidir. Məhz bu səbəbdən qara ciyər bir çox xəstəliklər zamanı müalicəvi qidalanmaya daxildir. Qara ciyər çox qiymətli müalicəvi və dietik məhsuldur.

Qara ciyərdə çoxlu sayda müxtəlif vitaminlər (A, C, B qrupu, E, K, PP, D) minerallar (kalsium, mis, maqnezium, fosfor, sink, xrom və s.) var. Qara ciyər orqanizm üçün əzvəzolunmaz olan bir çox aminturşularla zəngindir.

Qara ciyər dəmir defisitli anemiyanın ilk təbii müalicə vasitəsidir. Qara ciyər dəmirlə olduqca zəngindir, həm də bu dəmir qara ciyərdə orqanizm tərəfindən ən asan mənimsənilən formadadır. Beləliklə, qara ciyər anemiyadan əziyyət çəkən, hər hansı səbəbə görə qan itirmiş (cərrahi əməliyyat, travma, daxili qanaxma və s.) insan üçün çox faydalıdır.

Qara ciyər A vitamini ilə çox zəngindir. Bu vitamin gözlərimizin sağlamlığında böyük rol oynayır. Dahi Avisennanın A vitamini və onun orqanizmə olan təsiri haqda anlayışı, təbii ki, yox idi, lakin Avisenna görməsi zəif olan insanlara keçi qara ciyərindən alınmış şirəni təyin edirdi.

A vitamini həmçinin dərinin, saçların vəziyyətinə çox müsbət təsir edir, uşaqlarda böyümə və ikişaf prosesləri üçün vacibdir.

B qrupu vitaminlərlə zəngin olan qara ciyər insanın sinir sistemi üçün çox xeyirlidir.

Qara ciyər ürək xəstəlikləri zamanı da çox faydalıdır.

İmmun sistemi zəif olan insanlar və xüsusilə uşaqlar mütləq qara ciyər yeməlidir. Qara ciyərin tərkibində immunitetin yaxşı fəaliyyəti üçün lazım olan əksər maddələr var.

Fol turşusu və dəmilə zəngin olan qara ciyər hamilə qadınlar üçün çox faydalıdır. Fol turşusu döldə müxtəlif inkişaf qüsurların (xüsusilə beyin qüsurlarının) əmələ gəlməsinin qarşısını alır. Dəmir isə hamiləlik zamanı qadınlarda tez-tez inkişaf edən anemiyanın profilaktikasıdır.


Şərhlər:
Baxılıb: 1116
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz