Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın yağlarının 81 faizini yandırır
Qarın yağlarının 81 faizini yandırır
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1505
Səs ver:
Qatıq, ayran, süzmə orqanizmdə asan həzm olunur və heç bir narahatlığa səbəb olmur. Bu da həmin məhsulların tərkibində olan süd zülalının parçalanmış vəziyyətdə olmasıyla əlaqədardır. Tutaq ki, qatığın tərkibində olan faydalı maddələrin 90 faizi orqanizmə sovrulursa, süddə olan xeyirli maddələrin çox hissəsi həzm olunmadan bağırsaqlara ötürülür. Ehtiva etdiyi faydalı bakteriyalar baxımından bir növ antibiotik rolu oynayan qatıq orqanizmin xeyli xəstəlikdən qorunmasına kömək edir.  Bu ağartı məhsulu arıqlamaq və ya çəkini sabit saxlamaq istəyənlərin ən yaxşı dostudur.

Soyuq havalarda insanlarda D vitamini çatışmazlığı öz təsirini göstərir. Qatıq isə bu problemin qarşısını alır. Aparılan tədqiqatlar göstərir ki, köklüklə D vitamini çatışmazlığı əlaqəlidir. Ona görə də, qatıqda olan D vitamininin köklüyə qarşı mübarizədə əhəmiyyətli yer tutduğunu deyə bilərik.

Qatıq yağ ərinməsi prosesini sürətləndirsə də, əzələ kütləsini qoruyur. Protein baxımından zəngin olduğu üçün toxluq hissini artırır. Maddələr mübadiləsini sürətləndirir.

Tenesi Universitetində aparılan araşdırmaya görə, düzgün qidalanmadan əlavə, gündə iki kiçik kasa qatıq yeyənlər digərləri ilə müqayisədə daha çox yağ yandırırlar. Gündə 2 dəfə qatıq yeyənlər qarın yağlarının yandırılmasında daha tez nəticə əldə edə bilir, qarnını 81 faizədək arıqladırlar. Tərkibində olan faydalı bakteriyalar sayəsində bağırsaqların işini də yaxşılaşdırır.

Lakin mağazada qatıq almazdan əvvəl tərkibini oxuyub şəkər və yağ səviyyəsini öyrənin. Çünki yağlı qatıqlar, əksinə, kökəlməyinizə səbəb ola bilər. 

Qatıq istehlakı ağız qoxusunun qarşısını alır. Türkiyəli sağlam qidalanma mütəxəssisi Nilufər Hakarayan gecə yatmazdan əvvəl və ya yeməkdən sonra istehlak edilən qatığın həm bağırsaqları təmizlədiyini, həm də ağızda qoxuya səbəb olan bakteriya meydana gəlməsinin qarşısını aldığını bildirib.


Şərhlər:
Baxılıb: 1505
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz