Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Vitamin çatışmazlığı kökəlməyə səbəb olur?
Vitamin çatışmazlığı kökəlməyə səbəb olur?
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 1285
Səs ver:
Alimlər vitamin və mineral çatışmazlığının kökəlməyə səbəb olduğu qənaətindədirlər.

Belə ki orqanizm vitamin və mineral çatışmazlığından əziyyət çəkdikdə insan yeməyə daha çox meyil edir.

Araşdırmalar müxtəlif mineral və vitaminlərin çatışmazlığı zamanı orqanizmdə problemlər ortaya çıxdığını müəyyənləşdirib.

Kalsium və maqnezium çatışmazlığı
Orqanizminizdə kifayət qədər maqnezium və kalsium yoxdursa, bol şəkərli və duzlu qidalar yemək istəyəcəksiniz. Xüsusilə də maqnezium çatışmazlığından əziyyət çəkirsinizsə, ürəyiniz mütəmadi olaraq şokolad istəyəcək.

Qeyd edək ki, stres və həddən artıq şirin qidalar kalsium və maqneziumun bədəndən atılmasına səbəb olur.

Bu vəziyyətin qarşısını almaq üçün qatıq, kefir, pendir, göyərti yeyin. Bunlar kalsiumla zəngin qidalardır. Maqnezium üçün isə kartof (qabıqlı halda), süd məhsulları, brokkoli, çərəzlər yeyə bilərsiniz.

B vitamini çatışmazlığı
B vitamini orqanizm üçün ən vacib vitaminlərdən biridir. B1, B5, B6 və B9 vitaminlərinin hər birinin öz funksiyası var. Bu vitaminlər beyin fəaliyyətini gücləndirməklə yanaşı, streslə də mübarizə aparırlar. Əgər həddən artıq stresə məruz qalırsınızsa, deməli, həmin vitaminlər orqanizm tərəfindən daha çox istifadə edilir. Belə olan halda, B vitamini çatışmazlığı ilə üzləşməyiniz labüddür. Kofein, spirtli içkilər, şirin qidalar, hamiləliyin qarşısını alan həblər, ağrıkəsici, temperaturu aşağı salan dərmanlar bədəndəki B vitamini anbarının boşalmasına səbəb olur.

Bunun qarşısını almaq üçün dəniz məhsulları, süd məhsulları, göyərtilər, qırmızı ət, banan, kartof, avokado, yumurta sarısı, toyuq əti, qızıl balıq yeyin. Bu qidaların tərkibi B vitamini ilə zəngindir.

Sink çatışmazlığı
Sink çatışmazlığı zamanı da insan həddən çox yeyir və kökəlməyə başlayır. Həmçinin saçlar tökülür, dadalma qabiliyyəti azalır, xəstə duzdan və şəkərdən daha çox istifadə etməyə  başlayır. Sinklə zəngin qidaların sayı çox azdır. İstiridyə, qara ciyər, xərçəng kimi qidalar yeyərək orqanizmi sinklə təmin etmək olar. Yumurta və yaşıl noxudda da az miqdarda sink var.

Dəmir çatışmazlığı
Dəmir çatışmazlığı, əsasən, menstruasiya və klimaks dövründə olan qadınlarda, vegeterianlarda və veqanlarda müşahidə edilir.

Dəmir, əsasən, qırmızı ətdə və balıqda olur. Həmçinin qabaq tumu, çərəzlər, paxlalı bitkilər də D vitamini ilə zəngindir. Dəmirin orqanizmdə sərfəli istifadə edilməsi və bədəndən dərhal atılmaması üçün C vitamini ilə birgə istifadə edilməsi məsləhətdir. Məsələn, ətin yanında brokkoli yeyə bilərsiniz.

Omeqa-3 yağ turşularının səviyyəsi aşağı düşübsə...
Orqanizminizdə kifayət qədər Omeqa-3 yağı yoxdursa, ürəyiniz pendir istəyə bilər. Omeqa-3 sağlamlıq üçün ən vacib ünsürlərdən biridir. Yumurta, qızıl balıq ən yaxşı Omeqa-3 qaynağıdır.


Şərhlər:
Baxılıb: 1285
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz