Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
Öd kisəsi üçün hansı məhsullar xeyirlidir?
Göndərən: emis
Şərhlər: 9
Baxılıb: 1073
Səs ver:
Öd kisəsi xəstəlikləri ən çox yayılmış xəstəliklərin sırasındadır.

Öd kisəsinin sağlamlığını qorumaq üçün həkimlər düzgün qidalanmaq, daha hərəkətli olmaq, idman və bədən tərbiyəsi ilə məşğul olmaq tövsiyə edirlər.

Düzgün qidalanma öd kisəsinin həddən artıq yükləməsinin qarşısını alır. Yağlı ətin, yağlı bulyonların, yağlı qızardılmış qidaların, sosis-kolbasa, mayonez, marinada qoyulmuş qidaların daim qəbulu öd kisəsini çox yükləyir ki, nəticədə bu orqanda pozulmalar yaranmağa başlayır.

Qida qəbulları arasında uzun fasilələr (məsələn, insan yalnız səhər və axşam qida qəbul edəndə) öd kisəsində durğunluğa səbəb olur ki, bunun nəticəsində öd qatılaşır və daşlar əmələ gələ bilər.

Azhərəkətli həyat tərzi orqanizmdə və, o cümlədən, öd kisəsində durğunluğa səbəb olur. Durğunluq isə öd kisəsində daşların əmələ gəlməsinə təkan verir. İnsan hərəkətli olanda, bədən tərbiyəsi və idmanla məşğul olanda, orqanizmdə gedən bütün proseslər  sürətlənir ki, orqanlar da daha yaxşı işləyir.

Bəzi qidalar öd kisəsinin sağlamlığını qoruyur və onları daha tez-tez qəbul etmək lazımdır.

Öd kisəsi üçün xüsusilə xeyirli olan qidalar arasında:

- Kök, çuğundur, gül kələmi, balqabaq, yunan qabağı, xiyar, bolqar bibəri, kahı, keşniş, şüyüd, nanə. Tərəvəzləri salat şəklində qəbul etmək yaxşıdır. Salata bir qədər zeytun yağı əlavə etmək olar. Zeytun yağı da öd kisəsinin sağlamlığı üçün çox xeyirlidir.

Həmçinin buxarda bişirilmiş tərəvəzlər, tərəvəz şorbaları da çox faydalıdır.

- Kök və çuğundur şirələri öd kisəsinin fəaliyyətini yaxşılaşdırır, öd kisəsini təmizləyir.

- Şirin tam yetişmiş alma, armud, üzüm, naringi, portağal, moruq, çiyələk, yemiş, qarpız öd kisəsi üçün çox xeyirlidir.

- Yulaf yarması ("herkules"), düyü (aş düyüsü yox, yumru düyü) öd kisəsi üçün çox xeyirlidir.

- Meyvə quruları (xurma, ərik qurusu, kişmiş, qara qavalı qurusu) kaliumla zəngindir ki, bu mineral öd kisəsinin tonusunu yaxşılaşdırır.

- İtburnu dəmləməsi öd kisəsinə çox müsbət təsir edir.

- Sarıkök çox yaxşı təbii ödqovucu vasitədir. Yağlı qidalara əlavə olunmuş sarıkök piylərin parçalanmasını asanlaşdırır. Əczaçılıq sənayesində sarıkök bəzi təbii ödqovucu dərmanların tərkibinə daxil edilir. Ev şəraitində 1/3 çay qaşığı sarıkök tozu 1 stəkan qaynar suda dəmlənilir və hər qida qəbulundan 20 dəqiqə əvvəl bir neçə qurtum içilir. Nəzərinizə çatdıraq ki, öd kisəsində artıq daşlar varsa, bu vasitədən istifadə etmək olmaz. Bu daşların tərpənməsinə və nəticədə müxtəlif pozulmalara səbəb olacaq.


Şərhlər: 9
Baxılıb: 1073
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
efsane..
demekki terevezlerle saglam yasaya bilerik
14 dekabr 2015 21:12
# 9
vipbetul
faydali melumatdi
25 noyabr 2015 13:37
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Happy
Faydalı məlumat üçün təşəkkürlər :)
25 noyabr 2015 12:11
# 7
Fialka
Faydalı məsləhətlərdir çalışdıqca üstünlüyü təbii qidalardan yana vermək lazımdır çünki təbbi qida nəinki öd ümumiyyətlə bütün orqanizm üçün faydalıdır.
25 noyabr 2015 09:29
# 6
Grsu
Indi ekser insanlarda bu problemler var
25 noyabr 2015 09:24
# 5
✴Eşqime xeyanet etdiyin üçün hemişe menim ahimla yaşayacaqsan!....❇
BARBI
Men de calisdiqca saglam qidalaniram. Kimyevi terkibli hec bir qidadan istifade etmirem
25 noyabr 2015 09:23
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
yarpaq33
Indi en cox uwaqlar bu problemle uzlewir cipsiler suxarikler buna sebeb olan qiddalardandi
25 noyabr 2015 08:40
# 3
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
arzum-aysum
Indi cox adam da od problemi var. Yediyimiz qidalarin keyfiyyətli olmaması buna təkan verir
25 noyabr 2015 07:54
# 2
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Dosta_inam
Çox şükür ödümlə bağlı problemim yoxdur, burda qeyd edilənlərdən çalışdıqca yeyirəm.
25 noyabr 2015 07:16
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz