Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ağız qoxusu yaradan yeməklər
Ağız qoxusu yaradan yeməklər
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 813
Səs ver:
Ağız qoxusu yaradan yeməklər
 
Ağız qoxusu, pis nəfəs qoxusu əksər yediyimiz yeməklərlə əlaqədardır. Yediyimiz çiy soğan və sarımsaq şiddətli və pis bir ağız qoxusuna səbəb olur. Bundan əlavə diş əti qanaması da ciddi bir ağız qoxusu xəbərçisidir. Diş ətləriniz qanayırsa və siz fərqində deyilsinizsə, bu zaman ağız qoxusu problemi yaşayarsınız. Ağız içində diş ətləri, dil və damaq quruduğu zaman bakteriyalar törəyir. Törəyən bakteriyalar da yenə şiddətli qoxuya səbəb olmaqdadır. Beləcə ağızdan ətrafa digər insanları narahat edəcək pis bir nəfəs qoxusu dağılır.
 
Şəkər, ədviyyatlar, yumurta, süd və pendir ağız qoxusuna səbəb olur.
 
Soğan, sarımsaq, yağlı hazır paket qidalar, cipslər pis nəfəs qoxusuna səbəb olur.
 
Pəhriz tutarkən folik turşu, B vitamini, C vitamini, zülal və kalsiumun az alınması ağız qoxusu yaradır.
 
Tünd qara çay, qəhvə və kola kimi kafeinli içkilər su itkisinə səbəb olduğu üçün ağız quruluğu səbəbindən də pis bir nəfəs qoxusu əmələ gəlir. Ağız quruması və tüpürcək ifraz oluna bilməməsi nəfəsin təzələnməsinə gətirib çıxarır.
 
Qırmızı ət bədəndən 48 saatda həzm olunur. Müddət olduqca uzundu elə deyilmi? Bu qədər uzun müddət bədəndə qalan qırmızı ət ciddi bir nəfəs qoxusuna səbəb olur. Qoxu çox narahat edicidir. Kolbasa, sosiska,  basdırma, bud, hisə verilmiş ət də bədəndən gec həzm oluinduğu üçün ciddi bir ağız qoxusu yaradır.
 
Bütün bunları istehlak edirsinizsə, diş ətinizdə problem varsa, dişlərinizdə çürük meydana gəlibdirsə və ağız gigiyenasına kifayət qədər diqqət yetirmirsinizsə, ciddi bir ağız qoxusu problemi yaşayırsınız deyə bilərik.
 
QEYD: Edilən araşdırmalara görə ətrafa pis nəfəs qoxusu yayan bir çox adam ağız qoxusu problemi yaşadığını bilmir. Ya fərqində olmur, ya da ətrafındakılar tərəfindən xəbərdar edilmir.
 
Ağız qoxusuna qarşı nə etməli?
Əvvəlcə, diş və diş ətlərinizdə sağlamlıq problemi olub olmadığını nəzarət edin. Bunun üçün diş həkiminizi ziyarət edin.
 
Ağız qoxusuna səbəb olan qidaların fərqində olun və buna görə tədbir görün.
 
Gün ərzində 3 dəfə dişlərinizi fırçalayın. Ət və ətdən hazılanan  yeməklər istehlak etdiyinizdə mütləq diş ipi istifadə edin.
 
Limonlu su ilə ağızı çalxalamaq ağız içini təmizləyər və nəfəsi təravətləndirər.
 
Karbonatlı su ilə qarqara etmək nəfəsi təravətləndirər.
 
Duzlu suyla qarqara etmək nəfəsi təmizləyər.
 
Limon, darçın, cəfəri, kök, pomidor, xiyar, alma, nanə və qatıq ağız qoxusunu aradan qaldırmaq üçün son dərəcə faydalıdır. C vitaminin tərəfindən zəngin meyvəli qatıq ağız qoxusu ilə mübarizə aparar və nəfəsin gözəl qoxumasına köməkçi olar.


Şərhlər:
Baxılıb: 813
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz