Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dünya alimləri çayı tədqiq etdilər, ilginc nəticələr ortaya çıxdı
Dünya alimləri çayı tədqiq etdilər, ilginc nəticələr ortaya çıxdı
Göndərən: ALESSANDRA
Şərhlər:
Baxılıb: 816
Səs ver:
Çay son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. XIX-cu əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdü. Hazırda sübut edilib ki, çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementləri mövcuddur. Buraya efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri aiddir.

Çay kompresi çox faydalıdır. Bu cür kompresləri zədələnmə və əzilmə zamanı qoyduqda ağrı tezliklə sakitləşir. Belə ki, yaşıl çayı 15 — 20 dəqiqə dəmləyib, alınan məhlulu tənzifin içərisində ağrıyan yerə qoyub, polietilenlə üzərini örtdükdə bir neçə dəqiqədən sonra ağrı sakitləşir.

Lakin Hindistan həkimlərinin fikrinə görə, çay gözün korlaşmasına qarşı yaxşı profilaktik tədbir rolunu oynayır. Həm qara, həm də yaşıl çay kataraktanın inkişafının qarşısını alır, amma qara çayın təsiri daha çoxdur.

Menopauza (aybaşının vaxtından əvvəl kəsilməsi) dövründə qadınlara çoxlu çay içmək məsləhət görülür. Belə ki, çay bu dövrdə sümüklərin sınması ilə nəticələnən osteoporoza adlanan xəstəliyin  və xərçəng xəstəliklərinin yaranmasının qarşısını alır. Yaşıl çay tənəffüs, əsəb və ürək- damar sistemlərinin işini yaxşılaşdırır.

Çinlilər çayın insanın görmə qabiliyyətinə təsirindən hələ qədim zamanlarda yazıblar. Müasir dövrdə bu cür təsir çayın tərkibində olan provitamin A ilə izah edilir. Yaxınlarda bir sıra alimlər çayın allergiyaya qarşı təsiri mövzusunda tədqiqatlar aparıblar, Bu tədqiqatların nəticəsində çayın histaminin, yəni allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasında rolu olduğu araşdırılıb. Tokio Universitetinin alimləri çayın xolera kimi infeksion xəstəliyinə qarşı və ümumiyyətlə, antibakterial təsirə malik olduğunu sübut ediblər.

Alimlər hesab edir ki, çayın tərkibindəki flavonoidlər insan hüceyrələrinin oksidləşməsinə yol verməyərək, azad radikalların çoxalmasının qarşısını alır.

Bir sıra çay mütəxəssisləri yaşıl çayın qara çaya nisbətən daha faydalı olduğunu qeyd edir. Yaşıl çay daha az emala məruz qaldığından lazımlı elementləri itirmir və insana çox xeyir verir.

Çay baş ağrısını aradan qaldırır.
Çay oyadır və alkoqol asılılığından azad olmağa kömək edir.
Çay qidalandırıcı ərzaq hesab edilir, aclığı aradan qaldırır (xüsusilə də müxtəlif ətirli və müalicəvi əlavəyə malikdirsə)
Çay istilər zamanı əhvalı yüngülləşdirir.
Çay təravətləndirir və gümrahlaşdırır.
Çay sakitləşdirir, stressi aradan qaldırır, əsəbləri sakitləşdirir.
Yağlı qidanın həzmini asanlaşdırır.
Orqanizmdən zəhəri, toksinləri və şlakı xaric edir.
Çay ömrü uzadır.
Çay intellekti artırır, şüuru formalaşdırır.
Çayda dişlər üçün faydalı olan flüor mövcuddur. Yaşıl çay dişlərdə kariyes yaradan bakteriyaları öldürmək iqtidarındadır. Miqren tutulmaları zamanı qara çay içmək lazımdır ki, baş ağrısı sakitləşsin.


Holland və Britaniya alimlərinin çayın insan beyninə təsiri sahəsində apardıqları araşdırmalardan bu qənaətə gəliblər ki, çay içmək sağlam insanın əqli qabiliyyətlərini yaxşılaşdırmağa qadirdir. Onlar eksperimentdə iştirak edən 40 yaşına kimi könüllüləri iki qrupa ayırıblar.

Birinci qrupda olanlara 50 mq kofein və həmin dozada kofeinlə birgə çayda mövcud olan L-tianin (100 mq) aminturşusu veriblər. İkinci qrupa isə yalnız kofein veriblər. Çay içən iştirakçılar daha güclü nəticələr göstəriblər. Bundan başqa, müntəzəm çay içən könüllülər daha yaxşı yaddaşla seçiliblər.

Yapon alimləri sübut ediblər ki, müntəzəm çay içmək iki növ diabetin qarşısını almağa səbəb olur. Əlavə olaraq da çay, həddindən artıq yağlı yemək yeyənlərin qanını təmizləməyə qadirdir.

Gündə 3 fincan çay içmək 50 yaşına qədər olan qadınlarda döş xərçəngi riskini azaldır. Bu barədə Florida ştatındakı Tampa şəhərində yerləşən Moffitt Cancer Centre-dən olan amerikalı tədqiqatçılar bəyan ediblər. Lakin mütəxəssislər vurğulayırlar ki, göstərilən yaşdan yuxarı olan qadınlarda şişlərin əmələ gəlməsinə çay zəif təsir edir. Tədqiqatda döş xərcəngindən müalicə keçmiş 20-74 yaşları olan 5 min qadın iştirak edib. Alimlər müəyyən ediblər ki, gündəlik içilən bir neçə fincan çay süd vəzləri xərçənginin inkişaf riskini 66% azaldır.


Şərhlər:
Baxılıb: 816
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz