Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarın ağrısına səbəb olan qidalar
Qarın ağrısına səbəb olan qidalar
Göndərən: Catwoman666
Şərhlər:
Baxılıb: 756
Səs ver:
Heç kim inkar etməz ki, qida orqanizmə enerji və güc verməli və gün ərzində gümrah olmanı təmin etməlidir.
Lakin bəzən elə olur ki, kafedə, qonaqlıqda və ya evdə qida qəbulundan sonra yorğunluq, yuxululuq, süstlük və hətta qarın şişkinliyi və ishal kimi hallar baş verir. Məhsulların təzə olduğuna və yeməyi təzəcə odun üzərindən götürüb yediyinizə əmin olsanız da, iş qabiliyyətinizin azaldığını və mədənizin gözlənilmədən fərqli reaksiya verdiyini hiss edirsiniz. Bəs bunun səbəbi nə ola bilər?
Sən demə, qida orqanizmi gücləndirmək və sağlamlığını təmin etməklə yanaşı həm də bu enerjini ala bilər. Buna səbəb isə bəzi qida vərdişləridir ki, bu vərdişləri dəyişmək məsləhətdir.

Beləliklə, bu qida vərdişləri hansılardır?

1. Nişasta və zülalın birləşməsi
Yəqin ki, bir çoxlarınız kartof püresinin yanında qarnir olaraq mal ətindən kotlet, qızartma və ya steyk yeməyə üstünlük verirsiniz. Və ya balığı çörəklə, sıyığı ətlə yeməyi sevənlər var. Belə nümunələrdən çox gətirmək olar. Əsas olan bir qaydanı unutmamaqdır: nişasta və zülalları ayrı-ayrı vaxtarda qəbul edin! Başqa sözlə, çörək, sıyıqlar, kartof və digər bu kimi nişastalı məhsulları ət, balıq, yumurta, pendir, kəsmik, qoz və digər züllallı qidalardan ayrılıqda yeyin.

Nişasta tez, zülal isə gec həzm olunur və nişastalı məhsullar tezliklə nazik bağırsağa düşmək əvəzinə züllaların həzm olunması üçün bir neçə saat "növbədə gözləməli olur”. Bu isə mədə-bağırsaq pozğunluqları, mədədə yanğı, gəyirmə və qarında şişkinliklə nəticələnə bilər. Unutmayın ki, nişasta və züllallarla daha çox tərəvəzlərin yeyilməsi məqbuldur.

2. Soyuq içkilər içmək vərdişi
Yayın istisində çox az adam əvvəlcədən soyuducuya qoyularaq soyudulmuş su və digər içkilərlə sərinləmək həzzindən vazkeçə bilər. Lakin buzlu su qan damarlarını daraldır, orqanizmə qidanı həzm etməyə mane olur və qida maddələrini özünə çəkir. Bu isə birbaşa piylənməyə gətirib çıxarır.
Əgər qazlı və ya adi su içmək istəyirsinizsə, otaq temperaturunda və buzsuz olmasına diqqət edin.

3. Yeməyin yanında su içmək vərdişi
Su – olduqca faydalıdır. Nə qədər çox içsən, bir o qədər də orqanizm toksinlərdən və zərərli tullantılardan təmizlənir, su balansı tənzimlənir, sağlamlıq göstəriciləri yaxşılaşır. Ancaq yemək mədəyə düşdükdə bir neçə stəkan suyun içərisində "boğulursa” – bu, həzm pozğunluğu, qarın şişkinliyi, sancılar və digər narahatlıqlara səbəb ola bilər. Bu səbəbdən də suyu yeməkdən 1 saat əvvəl və ya yeməkdən 1 saat sonra için. Əgər mütləq su içmək ehtiyacı duyursunuzsa, o zaman heç olmasa sadəcə 1 stəkanla kifayətlənin.
Əgər zərərli qida vərdişlərinizi tərgidərək bu sadə tövsiyələrə əməl etsəniz, onda qəbul etdiyiniz qida sizə güc, gümrahlıq və iş qabiliyyəti bəxş edəcək.


Şərhlər:
Baxılıb: 756
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz