Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Niyə aclıq qəzəb doğurur? - heyrətamiz elmi izahı
Niyə aclıq qəzəb doğurur? - heyrətamiz elmi izahı
Göndərən: Fialka
Şərhlər:
Baxılıb: 869
Səs ver:
Siz də acanda qəzəblənirsiniz?

Ac insanda əsəbilik, çılğınlıq, davakarlıq və hətta qəzəb müşahidə edilir. Bu qəzəbə nəzarət etmək mümkün deyil, o kordur və həmin vaxt insan düşünülməmiş hərəkətlər etməyə qadirdir.

Bədənimizdə enerji tələb edən müxtəlif proseslər gedir. Əgər enerji ehtiyatı vaxtında təmin edilməyəndə acırıq. Burada hər hansı elmi izah, yaxud sirr yoxdur. Lakin həmin aclıq əsəbiliklə müşahidə olunursa, bu məsləhətdən istifadə edin:

Mütləq qida dəyəri yüksək olan sağlam qidalara üstünlük verin. Şəkər, un məmulatları, şirniyyat kimi yüksək karbohidratlı qidaları məhdudlaşdırın. Onda acdığınız zaman özünə və ətrafdakılara qarşı qəzəbli olmayacaq, davranışlarınıza nəzarət edə biləcəksiniz.

Şəkərin qan hüceyrələrinə yayılması tez acmağın birinci səbəbidir. Qlükoza ehtiyatı orqanizmdə bitəndə aclıq hissi daha da şiddətlənir. Beyin pis işləməyə başlayır, orqanizm gərginləşir, bədən birdən-birə zəiflədiyini "fikirləşir”, ona görə də qlükoza ehtiyatının doldurulmasını tələb edir. Bu məqamda şokoladla qəlyanaltı etmək ən axmaq plandır. Qəzəbi şokoladla yox edə bilərsiniz, lakin qanda qalxan şəkər səviyyəsinə nəzarəti itirəcəksiniz.  Şokolad isə aclığı qısa müddətdə öldürəcək, təsiri itəndən sonra aclıq sizi yenidən öz əlinə alacaq. Qanda şəkərin kəskin şəkildə qalxması isə diabet xəstəliyinə yol aça bilər. Bunu yadınızda saxlayın və gündə 3 dəfə böyük porsiyalarla deyil,  5 dəfə və az-az qidalanın.

Qanda şəkərin kəskin şəkildə dəyişməsi ancaq qəzəb hissi doğurmur. Qlükoza çatışmazlığı zamanı beyin  hipofiz və böyrəküstü vəzilərə siqnallar göndərə bilər. Bu zaman adrenalin və kortizol hormonları ifraz olunur. Onlar aclığa reaksiya olaraq təbii mexanizmi işə salır, insanı özündən çıxmasına vadar edir. Məhz bu hormonlar hədsiz dərəcədə acanda insanları yüksək tonda danışmağa vadar edir

Genetik faktorlar da şiddətli aclığa səbəb olur. Əgər valideynlərinizin ac olan zaman qəzəbləndiklərini hiss etmisinizsə, onda bu xüsusiyyət sizə də keçəcək. Çünki qəzəb və aclığa eyni genlə nəzarət olunur!

Ona görə də mütəxəssislər mühüm məsələləri ac olanda həll etməməyi məsləhət görmür.

Şirniyyat və un yeməkdən qaçın, gün ərzində sağlam qidalar qəbul edin. Əgər bu elementar qaydalara riayət etsəniz, aclıq tutmaları, qəfil əsəbilik daha sizi narahat etməyəcək.


Şərhlər:
Baxılıb: 869
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz