Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Dişlərə zərər verən 10 qida!
Dişlərə zərər verən 10 qida!
Göndərən: ayka
Şərhlər: 9
Baxılıb: 1200
Səs ver:
Dişləri gündə iki dəfə fırçalamaq diş sağlamlığını qorumaq üçün kifayət deyil. Əgər ağappaq və sağlam dişlərinizlə fəxr etmək istəyirsinizsə, diş minasına zərər verən qidalardan və pis vərdişlərdən uzaq durmalısınız.
Dişlərə zərər verən 10 qida aşağıdakılardır:

Siqaret: diş və diş ətlərinə zərər verir, ağız qoxusuna səbəb olur.
Spirtli içkilər: tüpürcək ağız boşluğundakı dişlərə zərərli turşuların tənzimlənməsi üçün çox önəmlidir. Ona görə də, ağız quruluğuna səbəb olan hər şey diş üçün zərərli hesab edilir. O cümlədən, spirtli içkilər də ağız quruluğuna səbəb olur və dişlərin düşməni hesab edilir.
Meyvə şirələri: ph dəyəri 7-dən az olan qidalar da dişlər üçün zərərlidir. Meyvə şirələrinin ph dəyəri 2,5-dir, ona görə də dişlər üçün əsl təhlükə hesab edilirlər. Meyvə şirələrinin dişinizə zərər verməsini istəmirsinizsə, çöp vasitəsilə içməyə çalışın.
Limon: Limonun tərkibindəki turşular diş minasına zərər verir. Bu meyvənin ph dəyəri də olduqca aşağıdır.
Koko Kola: Dişlər üçün ən böyük təhlükə mənbəyidir. Çünki diş minası və diş ətləri üçün zərərli olan fosfor turşusu, bol miqdarda şəkər və sitrit turşusu ehtiva edir.
Enerji içkiləri: Bunlar da eynilə kola kimi bol miqdarda müxtəlif turşular və şəkər tozu ehtiva edirlər. Ona görə də, həm dişlər, həm də ümumi sağlamlıq üçün ziyanlıdırlar.
Marmelad, lokum, "jelibon”: Belə qidalar başqa şirniyyatlardan qat-qat zərərlidirlər. Çünki həddən çox şəkər və diş üçün ziyanlı turşular ehtiva edirlər.
Qurudulmuş meyvələr: Belə meyvələrin tərkibi karbohidratla zəngin olur. Dişlərə yapışır və diş minasına zərər verirlər. Belə qidalar yedikdən dərhal sonra dişləri fırçalamaq və ya tərkibində şəkər olmayan saqqız çeynəmək lazımdır.
Buz: Yay aylarında içkilərin içərisinə buz tökürük. Belə içkiləri içərkən buzun dişlərinizə dəyməməsinə diqqət edin.
Ağ çörək: Ağ çörək də diş sağlamlığına zərər verən qidalar sırasındadır. Mütəxəssislər onun əvəzinə bütöv dənli taxıllardan bişirilmiş çörək yeməyi məsləhət görürlər.


Şərhlər: 9
Baxılıb: 1200
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Bunlarin hamisindan daimi istifade edirik diye dusunurem. Ve duzdu dislerime ziyan vurur. Ama vaz gece bilmirem axi.. 18
19 noyabr 2015 21:16
# 9
Sevincka
Ağ çörək və qurudulmuş meyvələri yeyirem amma azaltmağa məcuram
20 avqust 2015 20:47
# 8
Catwoman666
Qeyd olunan qidalar dişlər üçün nə qədər ziyanlı olsa da, daim istifadə edirik hamısından.

...666...
20 avqust 2015 00:43
# 7
"All men must die, but we are not men"

Daenerys Targaryen
VIP
Cörəyi bilmirdim.
20 avqust 2015 00:03
# 6
Başımın üstündə Allah,yanımda ailəm olsun.
vipbetul
day her ziyandida deyin
19 avqust 2015 15:38
# 5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Meleknur
Maraqliydi bezilerini bilmirdim
19 avqust 2015 11:47
# 4
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
...AdaDunyam``
faydali melumatdi,tewekkurler
19 avqust 2015 11:38
# 3
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
BARBI
Men coreyin ziyanli oldugunu ilk defe esitdim. Umumi olaraq en ziyanlisi koladir
19 avqust 2015 08:41
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Dosta_inam
Hamisi olmasada bezilerini yeyirem, ag coreyin dislere ziyani oldugun ilk defe oyrendim.
19 avqust 2015 06:00
# 1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz