Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Meyvələrə qarşı allergiyası olanlar oxusun
Meyvələrə qarşı allergiyası olanlar oxusun
Göndərən: tek umidim sen
Şərhlər: 12
Baxılıb: 777
Səs ver:
"Şaftalının tükləri ətimi ürpəşdirir", "çiyələk yeyəndən sonra qaşınmam başlayır", - deyirsizsə, bu şikayətlərinizin səbəbi qida allergiyası ola bilər.

 Daha çox yaz meyvələri və tərəvəzlərinin səbəb olduğu ağız allergiyası sağlamlıq probleminə səbəb ola bilər.

Ağız allergiyası qida allergiya sindromu, burun axıntısı olan xəstələrdə bəzi meyvə və tərəvəzlərə qarşı ağızda allergiyanın olması halıdır. Ağcaqayın ağacı, ya da tozcuqlara qarşı allergiyası olanların yüzdə 40%-də tapılıb.

Əsasən tozcuq mövsümündə daha da irəliləyir
Ağız allergiyası zamanı dodaqlarda, ağızda, boğazda yanma, qaşıntı, gözlərdə sulanma və qaşıntı, asqırıq, burun axıntısı kimi əlamətlər olur. Ağır vəziyyətlərdə səpgi formalaşa bilər. Çox nadir hallarda qusma, ishal, astma əlamətləri, hətta şok ortaya çıxa bilər.

Bəzi xəstələrdə, hətta meyvəni soymaq, ona toxunmaq qaşıntıya, şişməyə səbəb olur.

Daha çox çiy qidalar ağız allergiyasına səbəb olur. Çünki qidalar bişirildiyində onlarda allergiyaya səbəb ola biləcək proteinlər təsirini itirir. Fındıq isə bişirilsə belə, yenə allergik təsirini itirmir.

Hansı qidalar allergiya verir?
Ağcaqayına allergiyası olanlarda kivi, alma, armud, şaftalı, nektarin, ərik, gilas, kərəvəz, kök, cəfəri, kartof, pomidor, bibər, mərci, lobya, keşniş, razyana, fındıq, fıstıq, badam və tuma qarşı da allergiya olur. Çəmən tozcuqlarına qarşı allergiyası olanlara yemiş, qarpız, kivi, portağal, pomidor da şikayətlərə səbəb ola bilər. Yovşan otu allergiyasında kərəvəz, kök, yemiş, qarpız, alma ilə təmasda olarkən allergiya sindromu formalaşa bilər.

Müalicəsi mümkündürmü?
İlk əvvəl insanın həmin qidadan istifadə edərkən allergik əlamətlərin olub olmaması müəyyən edilir. Dəri testləri və qan analizi aparılır. Bu allergiyanı tamamilə ortadan qaldıracaq bir müalicə olmadığından problem yaradan həmin qidadan çiy istifadə etməmək, bişmiş olaraq yemək lazımdır. Bəzi meyvələrin qabığının soyulması da yardım edə bilər. Şaftalının qabığında allergiya miqdarı daha çox olur.


Şərhlər: 12
Baxılıb: 777
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
Hec bir meveye qarsi allirgiyam yoxdu, meyveni cox sevirem...
14 iyul 2015 14:46
# 12
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
bezi qidalar varki onlar allergiya vere biler bununda tek mualigesi hemin qidadan isifade etmemekdir mumkun qeder
14 iyul 2015 13:38
# 11
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Baharim ol
Mende portagala qarsi allergiya var.Yeyen kimi qirmizi sepirem.
14 iyul 2015 10:53
# 10
Ama yenede
...AdaDunyam``
kiviye qarsi allergiyam var,bir defe yeyib ne veziyyete dusmusdum;(ona gore yeye bilmirem..bele cixir ki,mende hem agcaqayina,hem de cemen tozcuqlarina qarsi allergiya var
14 iyul 2015 10:51
# 9
Sadəcə və sadəcə sizdəki bu üç şeyi görə bilən insana güvənməlisiniz ;
Gülüşünüzün ardındakı kədəri.
Qəzəbinizin ardındakı sevgini.
Səssizliyinizin ardındakı səbəbi...
Dosta_inam
Cox sukur hec neye allergiyam yoxdur, hansi meyve olsa yeyirem, tesekkur.

Cox sukur hec neye allergiyam yoxdur, hansi meyve olsa yeyirem, tesekkur.
14 iyul 2015 06:05
# 8
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Nergız33
Menim böyü oğlumun portağala qarşı alergiyası var ,uşaq portağala hesretdi. Yeyen kimi alergiyası tutur
14 iyul 2015 05:06
# 7
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
guler19
Şükür məndə allergiyalı problemlər yoxdu. Allergiya müxtəlif səbəblərdən meydana gələ bilər.Hər kəs, hansı meyvənin, tərəvəz, bostan bitkisinin, ona allergiya verdiyini bilməli və onu qəbul etməməlidir belə olsa yaxşı olar.
13 iyul 2015 23:11
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
ulduz
oglumun var hecne vere bilmirem..vitamin yeme vaxtidi amma sepir
13 iyul 2015 21:15
# 5
ell.nell
Voobşe hec neye allergiyam yoxdu
13 iyul 2015 21:07
# 4
Happy
Bir ara pomidor yeni yeni alinanda pomidora toxunan kimi ellerimde yanma qashinti olurdu. Shukur bele bir problemim indi yoxdu.
13 iyul 2015 20:34
# 3
GünƏşimƏ_AiD_
butun meyvelere alergiyam var dilxor oluram sirazo qizarairam...gamma Buna baxmaaraq meyvesiz qala bilmerem...yeyirem amma az mecbur
13 iyul 2015 20:06
# 2
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
BARBI
sitrus meyvelere qarsi allergiyam var mumkun qeder az yeyirem
13 iyul 2015 20:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz