Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kolbasanın tarixi
Kolbasanın tarixi
Göndərən: tek umidim sen
Şərhlər: 7
Baxılıb: 458
Səs ver:
Sosiska və kolbasa istehsalının uzun, təxminən iki min illik tarixi vardır. Keçmişdə müasir dövrdə olduğu qədər cürbəcür forma və növlər olmasa da, istehsalın ümumi cizgiləri məhz o zaman meydana gəlməyə başladı. Ötən yüz illiklər ərzində kolbasalar və sosiskalar müasir insanın menyusunun zəruri hissəsinə çevrilib. Kolbasaya oxşayan yemək haqqında ilk məlumat «The Orya» və ya «The Sausage» qədim yunan pyesində verilib. Bu pyes eramızdan əvvəl 500-cü ildə yazılıb. Ondan sonra bu sözə tez-tez yunan yazılarında rast gəlinir. Katolisizmin çiçəkləndiyi dövrdə bu məhsul dindarlar üçün ən sevimli yeməklərdən birinə çevrildi. Bayramlarda ondan çox istifadə edirdilər.

Müasir «kolbasa» (sausage) sözü «salsus» latın sözündən əmələ gəlib, duzlu deməkdir. Çox güman ki, keçmiş vaxtlarda bu terminin daha geniş mənası olub və bizim təsəvvürümüzdə olduğu kimi yalnız sosiska və kolbasanı deyil, bütün duzlu və ya sadəcə konservləşdirilmiş əti bildirirdi. O vaxtlarda əti soyuqda saxlamaq mümkün deyildi və kolbasa istehsalı (bişmiş və hisə verilmiş) onu saxlamaq üçün yaxşı üsul idi.

Əsrlər keçdikcə insanlar kolbasa istehsalı prosesini daha da təkmilləşdirdilər. Belə ki, coğrafi mövqedən asılı olaraq dünyanın müxtəlif yerlərində bu və ya digər iqlimə uyğun olan kolbasaların müxtəlif reseptləri meydana gəldi. Şimali Avropanın soyuq rayonları üçün çiy kolbasalar daha uyğundur, çünki çiy ət xüsusi dondurma olmadan uzun müddət qala bilir. İsti aylarda əti saxlamaq üçün hisə vermək üsulundan istifadə olunurdu. Çox güman ki, çiy hisə verilən kolbasalar məhz bu cür meydana gəlib. Daha dəqiq məlumat hələ ki yoxdur.

Avropanın cənub rayonlarında, o cümlədən Asiyada quru kolbasa (dry sausage) hazırlamaq daha məqsədəuyğun idi: bu halda kolbasa əlavə emalsız gündə qurudulurdu. Bu cür bişirmə üsuluna sucuq və bastırmanı misal göstərmək olar. Ehtimal olunur ki, Asiya çöllərindən köçərilər sucuğu yəhərin altında çantalarda saxlayırdılar. Kolbasa istehsalının son mərhələsi məhz orada həyata keçirilirdi: qurudulandan sonra o spesifik forma alırdı. Bu gün yastı forma sadəcə ənənə xarakteri daşıyır.

Vaxt keçdikcə bu və ya digər şəhərdə yaşayan insanlar öz reseptlərini icad etməyə və hazır məhsula gözəl səslənən və yadda qalan adlar verməyə başladılar. Beləliklə də Vyana, italiya, ingilis, kamberlend kolbasaları meydana gəldi. Və yalnız Bavariyanın Qasseldorf adlanan ərazisində sakinlər öz həmyerliləri Yoxan Qeorq Lanera abidə qoyublar. Hesab olunur ki, sosiskanı məhz o icad edib. İki metrə yaxın hündürlüyü olan abidə Lanerin 225 illiyi münasibətilə Qasseldorfun 500 sakininin vəsaiti hesabına ucaldılıb. Monumentə sosiskanın tarixi təsvir olunmuş bürünc lövhə vurulub. 1804-cü ildə Yoxan Qeorq Laner qəssab sənətini öyrəndiyi Frankfurtdan Vyana köçüb və orada dükan açıb. Bir il sonra Laner özünün ixtirasını – sosiskanı alıcılara təqdim edib. Onu «Frankfurt» və ya «Vyana» sosiskası adlandırdılar.

Belə çıxır ki, hamıya yaxşı tanış olan sosiska və loğman kolbasası əslində qədim tarixə malikdir və onların bir çox ölkələdə adlı-sanlı qohumları var.


Şərhlər: 7
Baxılıb: 458
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
meni_gozle
kolbasi yeyirem az-az hallarda yagsiz ama
11 avqust 2015 14:00
# 7
Catwoman666
əvəllər daha çox yeyirdim. amma indi çox da yemirəm. istidə heç ürəyim istəmir.

...666...
30 iyul 2015 14:35
# 6
"All men must die, but we are not men"

Daenerys Targaryen
Dosta_inam
Elede cox yeyen deyilem, tesekkur maraqli oldu.
28 iyul 2015 04:09
# 5
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
vipbetul
cox xoslamiram yenede maraqli oldu

cox xoslamiram yenede maraqli oldu
27 iyul 2015 22:34
# 4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Ayten666
Doktorski kolbasani sevirem...herden kefime dusende alaram hemise yox.duzu cox iyrenirem.ama ac olanda yeyirem.birde iyi vareee adami yoldan cixarir
27 iyul 2015 21:55
# 3
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
BARBI
Kolbasani cox sevsemde mumkun qeder az yeyirem. Cunki insan bedeninde muxtelif qurdlar yaradir
27 iyul 2015 20:23
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
guler19
Elədə sevməsəmdə kolbasanı müasir insan həyatında əsas ərzaq növlərindən biridi. Kolbasa çoxsaylı məziyyətlərə və bir o qədər də insan həyatına təsir edəcək ziyanlı nöqsanlara malikdir.
27 iyul 2015 20:16
# 1
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz