Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bahar yorğunluğunu aradan qaldıran qidalar
Bahar yorğunluğunu aradan qaldıran qidalar
Göndərən: Wappuw
Şərhlər: 9
Baxılıb: 1018
Səs ver:
Bahar bir çox gözəlliklərin başlanğıcı olsa da, özüylə birlikdə bir sıra problemlər də gətirir.

Bu problemlərdən ən çox rastgəlinəni bahar yorğunluğudur. Mövsüm dəyişdikdən bəri özünüzü səbəbsiz yerə yorğun, halsız hiss edirsinizsə, deməli, sizdə də bahar yorğunluğunun simptomları var.

Tam taxıllar
Buğda, çovdar və yulaf kimi tam taxıl məhsullarından hazırlanan qidalar bahar yorğunluğunu aradan qaldırır. Belə qidalar liflə zəngin olur, yüksək nisbətdə B vitamini ehtiva edir. Ona görə də baharda tam taxıllı qidalar əsl dostunuza çevrilə bilər.

Qulançar
Ehtiva etdiyi probiyotik liflər sayəsində bağırsaqlarda yaşayan probiyotik bakteriyaların çoxalmalarını təmin edir. Həzm sisteminin işini yaxşılaşdırır, immuniteti gücləndirir.

Çərəzlər
E vitamini, lif, maqnezium və kalium yorğunluğun düşmənidir. Bu vitamin və minerallar ən çox çərəzlərin tərkibində olur. Xüsusilə, fındıq, badam və qoz ehtiva etdikləri omeqa-3 yağ turşuları səbəbiylə orqanizm üçün əsl şəfa anbarı hesab edilir. Gündə 1 ovuc çərəz yemək həm sağlamlığınıza yaxşı təsir göstərəcək, həm də baharı enerjili keçirməyinizə kömək edəcək.

Ananas
Yüksək miqdarda C vitamini ehtiva edən ananas bromalin adlı maddə ilə də zəngindir. Bu meyvəni mütəmadi olaraq yedikdə bədəndəki yağları parçalayır. Bahar aylarında həm yorğunluqdan, həm də selülitlərdən xilas olmaq üçün ananasa müraciət edə bilərsiniz.

Avokado
Avokado da vitamin və minerallar baxımından zəngindir. Həm də  sağlamlıq üçün faydalı turşular ehtiva edir. Gündəlik vitamin ehtiyacını da, bədənin ehtiyac duyduğu yağ turşularının alınmasını da avokado təmin etmək iqtidarındadır. Odur ki,  bahar yorğunluğunu aradan qaldıran qidalar arasında avokado da var.

Yaşıl tərəvəzlər
B vitamini və fol turşusu ilə zəngin olur. Bahar yorğunluğu probleminin ən yaxşı həlli edilir.

Göbələk
Araşdırmalar göbələkdə olan maddələrin insan orqanizmində daha çox seratonin hormonu istehsal edilməsinə təkan verdiyini ortaya çıxarıb.  Bu hormon daha enerjili və aktiv olmağınız üçün əvəzsiz rol oynayır. Göbələk eyni zamanda zülal qaynağıdır.

Banan
Bananın ehtiva etdiyi yüksək miqdarda kalium yorğunluğu aradan qaldırır. Eyni zamanda xoşbəxtlik hormonunun daha çox ifraz edilməsinə səbəb olur.

Kefir
Kefir ehtiva etdiyi probiyotik bakteriyalar sayəsində immunitet sistemini gücləndirir. Bu da sizi bahar xəstəliklərindən, xüsusilə də, qripdən qoruyur. Güclü immunitet sistemi bahar yorğunluğuna məruz qalmamağınız üçün də önəmlidir.

Gül kələmi və brokkoli
Bu iki tərəvəz bahar yorğunluğunun əsl düşməni hesab edilir. A, E, C vitaminləri ilə zəngindirlər.  Bu tərəvəzlərin tərkibində suforafen adlı antioksidant da var. Bu səbəblə bədəni toksinlərdən təmizləyərək daha gümrah hiss etməyinizə səbəb olurlar.


Şərhlər: 9
Baxılıb: 1018
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
aliceWOnDer
Göbələkden basqa hamsindan istifade edirem
28 aprel 2015 15:19
# 9
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
vipbetul
faydali melumatdi
28 aprel 2015 15:10
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
emis
bahar yorgunlugu hamida ama innamiram yeyecekler bunlari aradan qaldira yenede denemek olar, bezileri gundelik istifade etdiyimiz seylerdi,gobelek hec yememisem sevmiremde faydali olub olmadigi haqda melumatim yoxdu,o biriler faydalidi hamsi tesekkurler:)
28 aprel 2015 13:09
# 7
Nezka
Təkcə baharda yox həmişə yorğun oluram
28 aprel 2015 12:48
# 6
İçimi görsən mənə aptek alarsan.
Fialka
Fəsil dəyişkənliyi ilə əlaqədar olaraq yorğunluqla yanaşı bir neçə problemlər yaranır. Qeyd olunan qidalar faydalı olsada sevmədiyimə görə göbələk, avakado, brokoli istifadə etmirəm .
28 aprel 2015 12:14
# 5
Tomris Müslümova
qulancari sevirem bu il yemisem,ama en cox alcaaa yeyirem dayanmadan,her gun
28 aprel 2015 11:37
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Antikvar
Fesil deyiskenliyinde her birimiz ozumuzu yorgun,halsiz,kimin ne problemleri varsa biruze verir.Vitaminlerden ve bununla beraber vitaminli qidalardan qebul etmek lazimdi.
Yuxarida metnde yazilan qidalarin bir coxllarindan ailelikce qebul edirik.Amma avakado,kefir,bunlar terefe goz ucu bele baxmiram)))
28 aprel 2015 11:09
# 3
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
BARBI
Mende bele vaxtlar ozumu yorgun halsiz hiss edirem yazilan qidalardan istifade edirem
28 aprel 2015 10:18
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Catwoman666
Menim.ucun ferq yoxdu bu qidalarin. Yeni seviremse hamisindan yeyirem)
28 aprel 2015 09:38
# 1
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz