Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sarımsağı belə yemək daha faydalıdır
Sarımsağı belə yemək daha faydalıdır
Göndərən: isveç.de
Şərhlər: 21
Baxılıb: 2331
Səs ver:
Sağlam qidalanma üzrə ekspert və diyetoloq Pınar Kural Enç min bir dərdə şəfa olan sarımsağın bahar qripinə qarşı ən təsirli qida olduğunu bildirib.
 
Sarımsaqla bağlı maraqlı fikirləri  təqdim edirik:
 
Selen baxımından zəngin olan sarımsağın sağlamlıq üçün çox faydalı olduğunu hər kəs yaxşı bilir. Diyetoloq isə sarımsağın yeyilmə qaydası haqqında maraqlı məlumatlar verib:
 
"Sarımsağın tərkibində maqnezium, B 6, C, B 1 vitaminləri, kalsium, fosfor və mis var. Sarımsaq xolesterini və təzyiqi aşağı salır, ürək və damar sağlamlığını qoruyur, infarkt riskini azaldır, tərkibində olan allogenik sayəsində qanın laxtalanmasının qarşısını alır.
 
Antibakterial xüsusiyyəti sayəsində bakteriya və virusların səbəb olduğu xəstəliklərin sağalma prosesini sürətləndirir. Bağırsaq və mədə xərçəngi başda olmaq üzrə bir çox xərçəng növündən qoruyur. Mədə qazına yaxşı təsir edən bu qızıl qida həzmi də asanlaşdırır. Antioksidant xüsusiyyətə malikdir.
 
Bahar aylarında ortaya çıxan soyuqdəymədən qorunmaq və ya xilas olmaq üçün də sarımsaq olduqca təsirli qidadır. İmmun sisteminizi gücləndirir və bədənin müqavimətini artırır.
 
Soyuqdəymə olduqda sarımsaq yeyərək yaxşılaşma prosesini sürətləndirmək mümkündür. Ancaq sarımsağın qanı durulaşdırıcı təsiri olması səbəbindən menstruasiya dövründəki xanımlar, əməliyyata hazırlaşanlar bu qidanı istehlak etməməlidir. Həmçinin təzyiqi normaldan aşağı olan insanlar bu qidadan uzaq durmalıdırlar. Çünki qan təzyiqi aşağıdırsa, sarımsaq təzyiqi daha da aşağı salaraq insanın halsız olmasına, hətta huşunu itirməsinə də səbəb olar. Yüksək təzyiqin müalicəsi üçün müntəzəm dərman istifadə edənlər mütləq həkimlə məsləhətləşərək bu qidanı qəbul etməlidirlər.
 
Bəzi insanlar sarımsağı gündəlik həyatlarında sevə-sevə, həm də bol-bol yeyirlər. Sarımsaq faydalı olsa da, həddindən artıq istifadə etmək yorğunluğa səbəb olur. Xüsusilə qan azlığından (anemiya) şikayəti olanlar çiy sarımsaq istehlakından uzaq durmaları lazımdır”.
 
Sarımsaq qoxusunu necə aradan qaldırmaq olar?
 
Mütəxəssis bildirib ki, süd içdikdə sarımsağın qoxuya səbəb olan maddələri bağırsaqda bölünmür. Bu səbəbdən də tər və ya nəfəslə xaric olunmur.
 
Əgər sarımsağı yeyərkən süd içməmisiniz və artıq ağızdan xoşagəlməz qoxu gəlirsə, iyi xalq təbabəti üsulları ilə aradan götürmək olar. Məsələn, sarımsaq yedikdən sonra qoz ləpəsini çeynəmək və yetərincə əzildikdən sonra tüpürmək lazımdır. Bunu 2-3 dəfə təkrarladıqda yaxşı effekt verir.
 
Sarımsağın iyini aradan götürmək üçün yeməkdən sonra cəfərinin gövdəsini, yarpaqlarını və ya köklərini çeynəmək olar. Yeməkdən sonra dişləri, damaq və dili  üçün vasitələrlə fırçalamaq da iyi azaldır. Limon, portağal və ya narıncı qabığı çeynəmək də kömək edir.
 
Mixək, darçın çeynəmək də qoxunu aradan götürür.
 
Sarımsağı necə yeməli?
 
Qidalanma mütəxəssisi sarımsağın faydasını görmək üçün çiy olaraq istehlak edilməsini təklif edir. Ancaq çiy sarımsaq yeməyi sevmirsinizsə, bişirdiyiniz yeməyi ocaqdan almazdan əvvəl (3-4 dəqiqə) bir neçə dənə dilimlərə doğranmış sarımsaq ata bilərsiniz. Sarımsağı 5-10 dəqiqə bişirsəniz, sağlamlığa faydalı sulfidin təsiri azalır. Zeytun yağına sarımsaq atsanız, bu qarışığı uzun müddət otaq (2-3 gün) temperaturunda saxlamayın. Çünki qızardılmış və ya çiy olsun, sarımsaq zeytun yağının içində uzun müddət qalarsa, qida zəhərlənməsi üçün əlverişli şərait yarada bilər.


Şərhlər: 21
Baxılıb: 2331
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
beasloove
Az istifade edirem. Daha cox disleyip yemirem. Uduram. 11
19 noyabr 2015 19:28
# 21
Brilliantam
Xosluyuram ama cox yeyende medem agriyir.
2 may 2015 02:54
# 20
BIR GUN OLMEK UCUN,HER GUN YASAYIRIQ.
vipbetul
sarimsaq imun sistemnine xeyirdi
30 aprel 2015 15:15
# 19
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
aliceWOnDer
Sarımsaq cox faydalıdı, ancaq ki, sevmirəm
30 aprel 2015 15:15
# 18
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Catwoman666
sarimsagi sevirem. hem de coooooooooooox faydalidir. sarimsagi sevmeyenleri de anlamiram)
30 aprel 2015 13:46
# 17
"All men must die, but we are not men"

Daenerys Targaryen
Nezka
Sarımsağı çooox sevirəm

Sarımsağı çooox sevirəm
30 aprel 2015 12:22
# 16
İçimi görsən mənə aptek alarsan.
Meleknur
Nifret etmeli hecne yoxdu sadece yemirem
30 aprel 2015 00:02
# 15
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
nisanliyam
maraqlidi tesekkurler
29 aprel 2015 23:55
# 14
Zeynep_Fatih
Faydali xeberdi twk)
29 aprel 2015 23:14
# 13
Ayten666
Sevirem sarimsaqli yemekleri
29 aprel 2015 23:06
# 12
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
Tomris Müslümova
yeyen deyilem ureyim bulanir o deq
29 aprel 2015 22:48
# 11
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
rəmsə
Ciy halda da,bismis halda da dogada istifade edirem,iy gelmemesi ucun sud icmeyi bilmirdim,tsk
29 aprel 2015 22:11
# 10
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
emis
Kim deseki sarımsaq istifadə etmirəm inanmaram) sarımsaq ən çox soyuqdəymə yə xeyirdi krip olan vaxtı bir dis sarımsagi burnumu za qoysaq krip keçib gedir. Sarımsagi çox edəndə qoxusu çox olur mən az edirəm həmişə 1 dənə balaca sarımsagi xırda xırda doğrayıb möhkəm əzən də qatigini çox eddnde qoxusu qalmır. Sarımsaq sümüyə də xeyirdi, sümüyü bərkidir uşaqda Təşəkkür
29 aprel 2015 22:03
# 9
amazing
Sarimsaqa nifret edirem
29 aprel 2015 21:12
# 8
qanadli melek
Sarmisaqin faydalari haqda bilirem yeyiremde
29 aprel 2015 20:59
# 7
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
guler19
Sarımsaq həm çiy halda,həmdə xörəklərdə bişirilmiş halda istifadə olunur.Əsas cəhətlərindən biri infeksiyaya qarşı müqavimətli olmasıdır.Bu baxımdan o həzm və nəfəs orqanları,ağciyər üçün daha faydalıdır.
29 aprel 2015 20:49
# 6
İnsanlar görmüşəm mələk donunda
Hamısı xoş günün mələyi olub
Kimsəsiz çarəsiz qaldığım anda
Tək Allah duası köməyim olub...

Ariqlamaq üçün oruc tutmaq, idman üçün namaz qilmaq! Deyen insanlar cehennemde zaqar pulsuzdur.
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥MG♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
GünƏşimƏ_AiD_
Qoyublar ozlerini dagbasinaa pffona gore aram yoxdu.sarmisaq ele belede yeyeireme vaxtinda atam bizi otuzdurdu soqanida sarmisaqida qoydu qabaqimizaki yeyein.bizde yedik..indiyene qede de ele belede olsa yeyeirem.
29 aprel 2015 20:42
# 5
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
xeyalperest
men her curesini yiyirem ama azcana tewwekkur
29 aprel 2015 20:40
# 4
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
GünƏşimƏ_AiD_
Her yemeyimde istifade ederem..hetda bir defesinifydadlarimladavada elemisem sarmisaqa gore.bexteverler yeye bilmirlermis iy gelecekmiselebil biz yiyendene olur.
29 aprel 2015 20:39
# 3
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
BARBI
sarimsagi sevirem ama yemirem medem yanir
29 aprel 2015 20:33
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Fialka
Sarımsaq çox faydalı bir bitkidi yeməklərin tərkibində yağ soğanla bərabər qovrularaq əlavə edilsə daha faydalı yemək hazırlanmış olar, bundan əlavə əgər sarımsağı qoxusuna görə istifadə edə bilmirsizsə o zaman orta ölçülü böyük olmayan bir diş sarımsağı suyla dərman atar kimi istifadə edə bilərsiz beləcə həm faydalı həmdə qoxusuz olar))..
29 aprel 2015 20:13
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz