Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
“Az aşım, ağrımaz başım” - Ömrü sağlam keçirin
“Az aşım, ağrımaz başım” - Ömrü sağlam keçirin
Göndərən: Antikvar
Şərhlər: 14
Baxılıb: 952
Səs ver:
Novruz ən sevimli bayram olduğundan hamı çalışır ki, bu özəl günü təmtəraqla qeyd etsin. Xüsusilə bu bayramda süfrələrimiz öz zənginliyi ilə fərqlənir. Bayram süfrələrini plovsuz, şəkərburasız, paxlavasız təsəvvür etmək olmur. Təbii ki, bu zənginlik milliliyi ilə gözəldir. Amma bayram günlərində bu təamlardan qədərindən artıq istifadə sağlamlığımız üçün problemlər də yarada bilər.

Novruz süfrəsinin əsas xörəyi plovdur. Plovu və onun aş qarasını hazırlamaq üçün düyüdən, ətdən, kərə yağından, şabalıd və ərik qurusundan, kişmişdən istifadə olunur.
Əvvəlcə bu ərzaq məhsullarının ayrı-ayrılıqda orqanizmə təsirini nəzərdən keçirək.

1. Düyü.
İnsan orqanizmi üçün saysız-hesabsız faydaları olan düyü bədəni enerji ilə təmin edir, dərini gümrah saxlayaraq kənar təsirlərdən qoruyur, ürək-damar sisteminə müsbət təsir göstərir, təzyiqi tənzimləyir, zehni fəaliyyəti yaxşılaşdırır, xolesterinin miqdarını aşağı salır, həzmi asanlaşdırır, onkoloji xəstəliklərə tutulma riskini azaldır, böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır.

2. Ət.
Plovun aş qarasının hazırlanmasında zövqə uyğun olaraq mal, toyuq və qoyun ətindən istifadə edilir.

Mal əti B, E, A, C, PP vitaminləri, mis, kobalt, sink, dəmir, maqnezium, natrium və kaliumla zəngindir. Pəhriz üçün ət məhsullarının sırasında ən münasibi mal ətidir. Mal əti bədəni qüvvətləndirir, orqanizmin enerjisini artırır.
Qoyun ətinin tərkibi də olduqca zəngindir və orqanizm üçün bir çox faydaları var. ABŞ-ın Pensilvaniya Universitetinin əməkdaşları müəyyən ediblər ki, gündəlik rasionda yağsız qoyun ətinin olması xolesterinin ümumi miqdarının aşağı düşməsinə gətirib çıxarır. Amma unutmayaq ki, söhbət yağsız qoyun ətindən gedir. Alimlərin apardığı eksperiment nəticəsində xolesterenin miqdarı çox olan insanların rasionuna sutka ərzində 100-150 qram yağsız qoyun əti daxil ediblər. Bir müddətdən sonra həmin insanlarda xolesterenin miqdarı 10 faiz aşağı düşüb. İstər qoyun , istərsə də mal ətindən istifadə edərkən bu ət məhsullarından faydalanmaq üçün çalışmaq lazımdır ki, ətin piyli və yağlı hissələrindən istifadə olunmasın.
Toyuq əti mineral maddələr, mikroelementlər və vitaminlərlə zəngindir. Toyuq ətində digər ətlərlə müqayisədə xolesterin azdır. Həmçinin bu ət az yağlılığı, zülal baxımından isə zənginliyi ilə faydalıdır. Toyuq ətində orqanizm üçün faydalı olan maddələr ürək-damar sistemi üçün xeyirlidir. O, hüceyrələrin yenilənməsini təmin edir. Mütəxəssislərin tədqiqatları nəticəsində məlum olub ki, müntəzəm olaraq toyuq ətindən istifadə etmək qaraciyər xərçəngi xəstəliyinə tutulma riskini 30 faiz azaldır. Nəzərə almaq lazımdır ki, toyuq ətinin faydalarından bəhrələnmək üçün kənd toyuğundan istifadə etmək lazımdır.

3. Kərə yağı.
Dünyanın demək olar ki, bütün ölkələrində kərə yağı geniş yayılmış ərzaq məhsullarından biridir. İlk dəfə kərə yağı 5-ci əsrdə İrlandiyada istehsal olunmağa başlanıb. Bu yağın tərkibində olan A vitamininin miqdarı heç bir bitki yağında yoxdur. 50 qram kərə yağı orqanizmin A vitamininə olan gündəlik tələbatının üçdə bir hissəsini ödəyir. Bununla yanaşı onun tərkibi D, K, E, PP və B qrup vitaminləri ilə də zəngindir. Məhz belə zəngin tərkibinə görə kərə yağının orqanizm üçün bir çox faydaları var. Dietoloqlar tövsiyə edirlər ki, sutka ərzində qida rasionuna 20 qram kərə yağı daxil etmək lazımdır.

4. Şabalıd.
Omeqa 3, omeqa 6 yağları, fosfor, maqnezium, xlor, kalsium, dəmir, natrium, kalium mineralları, B1, B2 və C vitaminləri ilə zəngindir. Şabalıd qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, zehni və fiziki yorğunluğu aradan qaldırır, sinir sisteminə müsbət təsir göstərir, əzələləri qüvvətləndirir, qəbzliyi götürür. Şabalıdın enerji tərkibi çox yüksək olduğundan onu qida rasionuna az miqdarda daxil etmək lazımdır. Xüsusilə artıq çəkidən əziyyət çəkənlər şabalıddan məhdudiyyətlə istifadə etməlidirlər.

5. Ərik qurusu.
Müalicəvi xüsusiyyətlərinə görə ərik qurusu nadir qida məhsulları sırasındadır. Bu meyvə qurusu orqanizmdən zərərli maddələrin xaric olunmasında əvəzsiz bir məhsuldur. Kaliumla zəngin olan ərik qurusu ürək xəstəliklərindən əziyyət çəkənlər üçün təbii dərmandır. Həmçinin ərik qurusu xərçəng xəstəliklərinin profilaktikası üçün yaxşı vasitədir. Stressə qarşı mabarizədə də o çox faydalıdır. Ərik qurusu qan təzyiqini aşağı salır. Bu səbəbdən də təzyiqi aşağı olanlara bu meyvə qurusundan istifadə etmək məsləhət görülmür. O cümlədən əriyin şirin sortlarından hazırlanmış meyvə qurusundan artıq çəkisi olanlar məhdudiyyətlə istifadə etməlidirlər. Qida rasionuna yüz qram, yəni 5-6 ədəd ərik qurusu daxil etmək tövsiyə olunur.

6. Kişmiş.
Çərəz kimi sevilən faydalı qida məhsullarından biridir. Kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmiş tərkibində dəmir və kalsiumu saxladığı üçün olduqca faydalıdır. Öz tərkibinə görə kişmiş xüsusilə sümük inkişafına müsbət təsir göstərir, zəiflik, qan azlığı kimi narahatlıqların aradan qaldırılmasında böyük rol oynayır. Yaddaş zəifliyi olanlar üçün kişmiş ən yaxşı vasitələrdən biridir. Kişmişin həmçinin ağrıkəsici xüsusiyyəti vardır. İltihabın qarşısını kəsən kişmiş bəlğəm üçün də olduqca xeyirlidir. Peyğəmbərin (s) nəql etdiyi hədislərin birində göstərilir: "Qurudulmuş üzüm (kişmiş) çox yeyin. O, ödü təmizləyir, bəlğəmi aradan qaldırır, əsəbləri möhkəmləndirir, yorğunluğu götürür, xasiyyəti gözəlləşdirir, nəfəsi təmizləyir və qəm-qüssəni uzaqlaşdırır”. Ancaq bir məsələni də yadda saxlamaq lazımdır ki, kişmiş bir ovucdan artıq yeyilərsə faydasından çox zərəri olar.

Göründüyü kimi plovun hazırlanmasında lazım olan ərzaq məhsulları ayrı-ayrılıqda orqanizm üçün olduqca faydalıdır. Amma bir şərtlə ki, qədərində olsun. "Az aşım, ağrımaz başım” ifadəsinin yəqin ki, bir mənası da elə burdan götürülüb. Süfrənizin zəngin, sağlamlığınızın yerində olması arzusu ilə Novruz bayramınız mübarək...


Şərhlər: 14
Baxılıb: 952
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Dosta_inam
her qidada özüne aid xeyri özüne aid vitamini var,her bir şey yeyirem qaydasinda,ne az ne çox.
19 aprel 2015 08:06
# 14
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
amazing
asi cox sevirem
19 aprel 2015 00:21
# 13
Nezka
Yazılanların hamısından istifadə edirəm
19 aprel 2015 00:18
# 12
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
Bu qidalardan istifadə edirəm, amma ki, az
18 aprel 2015 23:13
# 11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Qlamurr
Xəbər geciksədə))faydalı məsləhətlərdi,hər birinin tərkibi xeyirli olsada,plovla bir yerdə çox yeyiləndə zərərli olur...
18 aprel 2015 23:13
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Catwoman666
bu qidalarin hamsii coox faydalidirlar. hamisini da yeyirem adi sadalanan qidalarin
18 aprel 2015 22:04
# 9
"All men must die, but we are not men"

Daenerys Targaryen
vipbetul
her bir qidanin oz xeyri vardir,
18 aprel 2015 21:47
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Zeynep_Fatih
Duyunu cox sevirem
18 aprel 2015 21:42
# 7
BARBI
Her birifaydalidir. Men etden basqa hamisini yeyirem eti o qederde sevmirem
18 aprel 2015 21:38
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
emis
burda qey olunanlardan birce et yemirem yemirem deyendeki tike et yemirem yoxsa cekili yeyirem. as vazkecilmez yemeyimdi ama men normal as yemirem anormal)duyunu qaynatdiqdan sonra yag vurulmamis deme qoyulmamis yeyirem ele dadli olur.mende hecvaxta artiq yemirem her sey q qederinde olsa yaxsidi yemek qacmir ha seher yeye bilerik yarisini tesekkurler
18 aprel 2015 20:53
# 5
Antikvar
122 Niye eziyyet cekib yayimladizki))Saxlayardiz gelen novruz bayramina gun uzu gorerdi xeberim)))Bu xeberi novruz erefelerinde gondermisdim ola bilsin yer olmayib yayimlanmaga)))
18 aprel 2015 20:51
# 4
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Meleknur
bu yazilanlari xowlayiram severekde yeyirem
18 aprel 2015 20:14
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
cinqosh
Bayram qurtarib artiq.insallah gelen ilde novruz sufresinin bollugunu ve sufrenin bezeyi olan plovu nezere alariq...
18 aprel 2015 20:03
# 2
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Fialka
Xəbərin vaxtı geciksədə )) faydalı məlumatlardı , və qeyd olunduğu kimi hər şey qədərində gözəldir, təşəkkür))
18 aprel 2015 20:03
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz