Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Duz - ağ ölüm yoxsa vacib maddə?
Duz - ağ ölüm yoxsa vacib maddə?
Göndərən: Sabrina
Şərhlər: 17
Baxılıb: 1064
Səs ver:
Keçmişdə duz çox bahalı idi. Duz pul kimi istifadə olunurdu, duz müharibələrin və çaxnaşmaların səbəbi olurdu.

Süfrəyə duz bahalı qablarda verilirdi, duz bolluğun, varlılığın rəmzi sayılırdı. Bəzi xalqlarda (ruslar, ukraynalılar və s.) hörmətli qonağı çörək və duzla qarşılamaq adəti indiyə kimi qalmaqdadır.

Keçmiş əsrin 60-cı illərində duza "ağ ölüm" adını verdilər və bir çox xəstəliklərin taqsırkarı (hipertoniya, ürəyin işemik xəstəliyi, böyrək çatışmazlığı, piylənmə və s.) kimi qələmə verdilər. Bəli, duzun həddən artıq qəbulu ziyanlıdır. (Yeri gəlmişkən, istənilən maddənin həddən artıq qəbulu ziyanlıdır.) Lakin xörək duzunu qidalanmadan tam kənar etmək də düzgün deyil.

Duz (natrium xlorid) insanın orqanizminin normal fəaliyyəti üçün çox vacibdir. İnsan orqanizmi böyük kimya laboratoriyasıdır. Bu laboratoriyada daim müxtəlif kimyəvi reaksiyalar baş verir - maddələr parçalanın, birləşir, yeni maddələr əmələ gəlir və s. Bütün bu proseslər orqanizmin normal fəaliyyətini təmin edir.

Natrium bu reaksiyalarda fəal iştirak edir. Natrium ödün, qanın, mədəaltı vəzi şirəsinin, ana südünün tərkibinə daxildir. Natrium sinir impulslarının ötürülməsi, əzələlərin fəaliyyəti (o cümlədən ürək əzələsinin), nazik bağırsaqda bəzi maddələrin mənimsənilməsi, orqanizmin su-duz balansının tənzimlənməsi üçün çox vacibdir.

Xlor orqanizmdə yağların parçalanmasında iştirak edir, mədə şirəsinin hazırlanması üçün lazımdır, sinir sisteminin fəaliyyəti, sümüklərin böyüməsi üçün vacibdir.

Belə hesab olunur ki, sağlam insanın duza olan gündəlik tələbatı təxminən 10-15 qr-dır.  Burada tək qidalara əlavə olunan xörək duzu deyil, tərəvəzlərdə, çörəkdə, süd və ət məhsullarında və s. mənbələrdə olan duz nəzərdə tutulur.

İsti havada, ağır fiziki yükləmələr zamanı duza olan tələbat artır. Güclü, tez-tez təkrarlanan qusma və ishal zamanı orqanizmin su-duz balansı pozulur və bu müxtəlif ağırlaşmalara səbəb olur. Məhz bu səbəbdən belə hallarda xəstə xüsusi duz məhlulları qəbul etməlidir və ya duz məhlulu insanın orqanizminə damar daxili sistemlərin vasitəsilə yeridilir.

Hamilə qadınlara natrium daha çox miqdarlarda tələb olunur. Məhz bu səbəbdən hamiləlik zamanı qadınların əksər hissəsi turşulara meyilli olur.

Adi xörək duzundan əlavə dəniz duzu da istifadə olunur. Dəniz duzunda natrium xloriddən əlavə kalium xlorid, maqnezium xlorid, kalsium sulfat, bor, yod, fosfor kimi maddələr var ki, bu səbəbdən dəniz duzu daha xeyirli sayılır.

Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, dünyada insanların təxminən 1/3 hissəsi yod çatışmazlığından əziyyət çəkir. Yod çatışmazlığı isə öz növbəsində qalxanvari vəzi xəstəliklərinə, uşaqlarda isə əqli və fiziki inkişafının ləngiməsinə səbəb olur. Məhz bu səbəbdən dünyanın bir çox hissəsində yodun çatışmazlığının profilaktikası üçün yodlaşdırılmış duz istifadə olunur. Azərbaycanın bəzi bölgələrində də yod çatışmazlığı müşahidə olunur və bu səbəbdən bizim əhalimiz də məhz yodlaşdırılmış duzdan istifadə etməlidir.

Beləliklə, duzun qidalanmadan tam xaric olunması düzgün deyil. Lakin duzun artıq miqdarlarda qəbul olunması da yolverilməzdir. Bu ödemlərin inkişafına səbəb olur, böyrəklər əziyyət çəkir, arterial təzyiq artır, ateroskleroz daha tez inkişaf edir. Duzun artıq miqdarlarda qəbulunun digər təhlükəsi də var. Hamı bilir ki, duzlu qidalar iştahanı artırır. Bu isə qidanın həddən artıq qəbuluna və nəticədə piylənməyə səbəb olur. Piylənmə bir çox xəstəliklərin və pozulmaların inkişafına təkan verir.


Şərhlər: 17
Baxılıb: 1064
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
Bir inci saflığı varsa da suda,
Artıq içiləndə dərd verir su da.
Su kimi duz da qədərindən artıq olduqda ziyan vurur orqanizmə.Məncə də duzu tamamilə qidadan çıxarmaq düzgün deyil.təşəkkür xəbərə görə.
28 aprel 2015 12:15
# 17
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
talis balasi
Qederinde isdifade edirem,cox isdifadeedende susuyuram menim cay icmeyle heeec aram yoxdu,o baximdan duzu az isdifade edirem
28 aprel 2015 08:53
# 16
emis
duzdan evvller cox istifade edirdim ama indi ziyanli oldugu teze teze beynime batir hele.bilirdim eyy ama fikir vermirdim deyirdim ne olasidiki ama ne oldugunu gorurem neler etdiyini tesekkurle
28 aprel 2015 01:35
# 15
Nergız33
Duzdsn cox istıfate edirem
28 aprel 2015 01:14
# 14
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
WiRiN BaLaM
duzlu yeyenemm
27 aprel 2015 23:57
# 13
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
lelos
çox duzlu xoşlamiram yeni yerinde
27 aprel 2015 23:55
# 12
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Catwoman666
Duz da orqanizme lazimli maddedir aamma normadan artiq istifade eetmek coox ziyandir. Hec meslehet gormurem qederinden artiq istifade eetmeyi. Amma istifade eetmemek de olmaz. Yeni normal miqdarda mutleq qebul olunmalidir
27 aprel 2015 22:23
# 11
"All men must die, but we are not men"

Daenerys Targaryen
Meleknur
Yemeyin dadina baxmamiw duz tokurem duzlu xowlayiram
27 aprel 2015 22:21
# 10
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
vipbetul
duz isdifade etmirem elaveden yemeklerin terkibinde ne qeder varsa o olur
27 aprel 2015 22:14
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Rusi
normal istifade eliyirem sebiw xebere gore cox sagol 123
27 aprel 2015 22:00
# 8
Nezka
Çooox istifadə edirəm
27 aprel 2015 21:00
# 7
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
cox isdifade edirem, birinde bedenim tey duz olacaq
27 aprel 2015 20:55
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
duzdan cox istifade edirem
27 aprel 2015 20:20
# 5
Tomris Müslümova
ne qeder xeyirlide olsa ziyandi ama mende cox istifade edirem
27 aprel 2015 20:19
# 4
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Fialka
Duzun böyüklər üçün gündəlik miqdarı 10 - 15 qramdırsa uşaqlarda bu 6 qramdır və həddi aşsaq onda əlbəttə ki, ağ ölüm olar..
27 aprel 2015 20:11
# 3
BARBI
elbette vacib madddedir amma qederinde istifade etmesen ag olumdur
27 aprel 2015 20:08
# 2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
sadecə mən
Hər şeyin bir həddi var.Artıq qəbul zamanı duzda ziyanlı ola bilir.

Sözün də su kimi lətafəti var.
Artıq içiləndə dərd verər o da.
27 aprel 2015 20:08
# 1
"Qız" var..Qışda mini yubka geyib oğlana görə,QIZda var..Yayda hicab geyib Allaha görə dözür.
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz