Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Enerjimizi alan qidalar
Enerjimizi alan qidalar
Göndərən: Wiyinka
Şərhlər: 11
Baxılıb: 1128
Səs ver:
Yorğunluq, xüsusilə qida qəbulundan sonra süstlük kimi hallarla tez-tez rastlaşırıq. Heç bir fiziki və zehni əməklə məşğul olmadan, ən əsası, gecənin normal istirahətindən sonra belə xoşagəlməz hallar yarananda səbəbini heç cürə aydınlaşdıra bilmirik.

Yuxu pozğunluğu, fiziki və zehni gərginlik olmadan insan yorğunluğunun əsas səbəbi düzgün qidalanmamaqdır. Bəzi qida məhsulları və içkilər var ki, onlar insanın həyat gücünü, enerjisini alır.

1. Un və makaron məmulatları.
Bu qida məhsullarında olan yanlış düşündüyümüz "tez mənimsənilən" karbohidratlar qanda qlükozanın səviyyəsinin kəskin artımına gətirib çıxarır. Bu da öz növbəsində, səhhətinin və əhval-ruhiyyənin sürətlə dəyişməsi təhlükəsini yaradır, süstlüyə səbəb olur.

2. Alkoqollu içkilər.
Spirtli içkilər orqanizmdə susuzluq yaradır. Maye qəbul edilsə də, orqanizmin suya tələbatının təmin olunması çətinləşir. Bununla yanaşı orqanizm alkoqolun qalıqlarını çıxarmaq üçün də əlavə enerji sərf edir. Son nəticədə bir-iki saatlıq sərxoşluqdan sonra orqanizm enerji itkisi ucbatından taqətdən düşür, yorulur, süstləşir.

3. Duz.
Duzdan artıq istifadə etmək də spirtli içkilər kimi mənfi təsir göstərir. Duz hüceyrələrin quraqlığına səbəb olur ki, bu da orqanizmin fəaliyyətində gərginlik yaradır. Həmçinin duzun yaratdığı susuzluq yorğunluq və süstlüklə nəticələnir.

4. Qızardılmış yeməklər.
İstənilən qida məhsulu qızardılmış halda orqanizm tərəfəndin çətin mənimsənilir və gec həzm olunur. Bunun nəticəsində də əlavə enerji sərf olunur. Qızardılmış yeməklərin qəbulundan sonra yaranan süstlüyün səbəbi də elə budur.

5. Sirniyyat.
Şirniyyat məmulatları qanda qlükozanın səviyyəsini artırır, tez bir zamanda orqanizmə hədsiz doyum təsiri göstərir ki, bu da yorğunluq yaradır, süstlüyə səbəb olur.

Bütün bunlar bir daha sübut edir ki, düzgün qidalanma insanın sağlamlığı, əhval-ruhiyyəsi və xarici görünüşünə bilavacitə təsir göstərir. Əgər özünüzü gümrah hiss etmək istəyisinizsə yuxarıda göstərilən qida məhsullarından məhdudiyyətlə istifadə edin və ümumiyyətlə rasionunuza daxil etdiyiniz qidaların seçimində diqqətli olun.


Şərhlər: 11
Baxılıb: 1128
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
Mən bunlardan heç birini bilmirdim bircə hamının bilib gördüyü kimi içkinin enerjiyi aldığını bilirdim. Çünki başıma gəlib. Keçən yay 1 mayda nənəm gildə o qədər çaxır içmişdim ki özümdə deyildim. Bir də dilimə vurmaram demişəm. Siniyyatin da halsızlıq gətirdiyini bilmirdim
20 aprel 2015 00:36
# 11
Rakella
men ele bilirdimki xemir xorekleri ve sirniyyat enerji verir sen deme eksine imis
19 aprel 2015 20:38
# 10
Impossible is not a word,it's just a reason for someone not to try
vipbetul
shirniyat enerji veren qidadir
19 aprel 2015 16:28
# 9
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
BARBI
Mende xemir xorek ve makaron yeyennen sonra halsizlasiram ve yuxum gelir ona gore hemise axsam yeyirem
19 aprel 2015 15:26
# 8
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Nezka
Alkoqollu içkilərdən başqa hamısından istifadə edirəm
19 aprel 2015 12:19
# 7
İçimi görsən mənə aptek alarsan.
aliceWOnDer
Bunun hamsından gundəlik olarak istifadə edirik
19 aprel 2015 11:24
# 6
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Zeynep_Fatih
Heqiqetende makaron yeyende icime bir yorgunluq cokur
19 aprel 2015 10:28
# 5
Fialka
Düzdü qeyd olunan qidalardan istifadə etdikdə orqanizm üçün zərərli olur ancaq qədərində, normanı keçmədən istifadə olunsa ziyanlı olmaz. Təbii alkoqolu çıxmaq şərtilə çünki azıda çoxuda haramdı müsəlmana təşəkkür.
19 aprel 2015 10:12
# 4
Meleknur
Day ne qaldi ki hecne yemeyey de ))
19 aprel 2015 09:55
# 3
Bəzən, xoşbəxt insan qalmaq üçün, nəyisə
bilməmək lazımdır...
Nəyisə görməmək...
qanadli melek
Makarona wahid olmuwam dogrudanda yeyenen sonra halim deyiwir
19 aprel 2015 09:34
# 2
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Catwoman666
Dadli sirniyyat sevirem, qizardilmis yemekler de yeyirem. Undan hazirlanan yemekeri de hamimiz yeyirik. Her weyi normasinda qebul eedende hec bir eks tesir yaranmaz mence
19 aprel 2015 09:31
# 1
"All men must die, but we are not men"

Daenerys Targaryen
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz