Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Bu qidalar qəbizlikdən xilas edir
Bu qidalar qəbizlikdən xilas edir
Göndərən: Wiyinka
Şərhlər: 12
Baxılıb: 2941
Səs ver:
Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.

Ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.), yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay, şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları, sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə mübarizədə insana çox yaxşı kömək edir.

1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için. Bu bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə qəbizliyi olan insan çoxlu maye içməlidir - yaşıl çay, adi təmiz su, müxtəlif kompotlar (dükanlarda alınan yox!). Qara çay, qazlı limonadlar, cola əks-göstərişdir.

2. Qarabaşaq, qəhvəyi düyü, yulaf ("herkules") və darı yarmalarından hazırlanmış sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona 1 çay qaşığı zeytun yağı əlavə edin.

Sıyıqlara təzə və qurudulmuş meyvələri (alma, ərik, qara qavalı, əncir, kişmiş) də əlavə etmək olar. Misal üçün: kişmişi axşamdan isti suda isladın. Səhər yulaf yarmasından sıyıq bişirin. Sıyığa axşamdan isladılmış kişmiş əlavə edin.

3. Müxtəlif tərəvəz salatları bağırsaqları yaxşı işlədir.

Çuğunduru bişirin, sürtgəcdən keçirin, xırda doğranmış qara qavalı qurusunu və zeytun yağı əlavə edin.

Kök, kələm, alma (hamısı çiy vəziyyətdə), göyərti doğrayın, zeytun yağı və 1/2 limon şirəsini əlavə edin.

Bolqar bibəri, xiyar, pomidor, göyərti doğrayın, xırda doğranmış yağı az olan ağ pendir və zeytun yağı əlavə edin.

4. Yağı az olan süd məhsulları (kefir, yoqurt, xama və s.) bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulları sizin menyunuzda hər gün olmalıdır. Uzunsürən qəbizlik zamanı ən təsirli vasitələrdən biri - 1 stəkan kefir + 1 xörək qaşığı zeytun yağı. Qarışdırın və yavaş-yavaş için.

5. Əncir, qara qavalı, ərik quruları, kişmiş qəbizliklə mübarizədə çox yaxşı effekt verir.

Meyvə quruları axşamdan isti suda isladın, səhər isə sıyıqlara əlavə edin. Alınmış şirəni isə için.

Meyvə quruları termosda dəmləmək daha yaxşıdır. Hərəsindən 5 dənə olmaqla qara qavalı, əncir, ərik qurusu, 1 ovuc kişmiş götürün və 2-litrlik termosda qaynar su ilə dəmləyin. Dəmləmə çox dadlı alınır. Bu dəmləməni içdikdə ora 1 çay qaşığı bal əlavə etmək olar.

6. Çobanyastığı dəmləməsi bağırsaqlara çox yaxşı təsir edir, köpdən və qazlardan xilas edir. 1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar suda dəmləyin, süzün və axşam yatmazdan əvvəl 1/2 stəkan olmaqla için. Dəmləməyə 1 çay qaşığı bal da əlavə etmək olar. Çobanyastığı dəmləməsi həm də insanın sinir sisteminə müsbət təsir edir, sakitləşdirir. Nəzərinizə çatdıraq ki, qəbizlik isə bir çox hallarda insanlarda stresin fonunda inkişaf edir.

7. Buğda kəpəyi bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir. 1 xörək qaşığı buğda kəpəyi axşamdan 1 stəkan suda isladın, səhər qarışdırın və için. Buğda kəpəyini həmçinin müxtəlif salatlara, suplara əlavə etmək olar.


Şərhlər: 12
Baxılıb: 2941
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Tomris Müslümova
heqiqeten vacib xeberdi bu tesekkur edirem))
4 may 2015 19:34
# 12
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
emis
lazimli melumatdi bilmirdim bunlari birde hansi qidalar qebizlik yaradir onlari bilmek isterdim ki yediklerimize diqqet edek, her biri ayri ayriliqda faydali qidalardi bele prablemim olmur sukur ne vaxtsa lazim olar birden tesekkurler
4 may 2015 17:02
# 11
Nezka
Şükür elə problemim yoxdu
4 may 2015 01:15
# 10
İçimi görsən mənə aptek alarsan.
efsane..
butun hamisi duzgun qeyd edilib esasende sulu yemek cox xeyirlidi
3 may 2015 17:36
# 9
vipbetul
slivka =di erikdi qebzlikcin cox yaxsi tesir edir esasen seherler ac qarina qebul etmek suyundan icmek yaxsi tesir edir
3 may 2015 14:38
# 8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
bunlari bilirdim. men de doğuşdan sonra olurdu, indi sukur ele bir problemim yoxdu. hem de qebzlik yaradan qidalardan uzaq dururam
3 may 2015 14:12
# 7
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
WiRiN BaLaM
mendede olur xeeber uçun sağolun faydalidi atdim seclmislere
3 may 2015 13:45
# 6
ALLAHım Məni SƏN Qaldır ki, Kimsələr yıxa BilməsiN ... melek
Fialka
Faydalı məlumatlardı, bəzi qeyd olunan qidaların əks göstəriş olduğunu bilmirdim təşəkkür.
3 may 2015 13:16
# 5
qanadli melek
bele problemim yoxdu olanlar ucun faydali meslehetlerdi
3 may 2015 13:07
# 4
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Nur k-off
mende de var bu problem kicik yawlarimdan
3 may 2015 11:01
# 3
SVETA
xeyalperest
Duzu mende de var.ve heqiqeten adam eziyyetcekir.men cobanyastigi icirem
3 may 2015 11:00
# 2
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
BARBI
qebizliyi onlemeyin en asan yolu seher ac qarnina bir stekan iliq su icmekdir
3 may 2015 09:03
# 1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz