Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kolbasa nə dərəcədə ziyanlıdır?
Kolbasa nə dərəcədə ziyanlıdır?
Göndərən: Wiyinka
Şərhlər: 28
Baxılıb: 1655
Səs ver:
Həkimlərin ümumi fikirinə görə, kolbasa və sosiska məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz. Bunun səbəbləri çoxdur. Hal hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş edir. Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm üçün çox ziyanlıdır. Belə ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi" məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir. Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış" xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər. Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosiska məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya "ətə" uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir. Mütəxəssislərin rəyinə görə, hal hazırda ucuz kolbasa-sosiska növlərində ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə" bənzətmək üçün külli miqdarda kimyəvi maddələr əlavə olunur. Nəticədə bizim sevimli kolbasamız alınır. Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur. Belə məhsulların insan orqanizminə olan təsiri hələ ki tam öyrənilməyib və çox ciddi müzakirə olunur. Alimlərin bir çox hissəsi belə məhsulları insan orqanizmi üçün çox ziyanlı hesab edir. Beləliklə, kolbasa və sosiska məhsulları sağlam qidaya aid etmək mümkün deyil. Bu səbəbdən bu məhsulları rasiondan tam çıxartmaq və ya minimuma çatdırmaq lazımdır.


Şərhlər: 28
Baxılıb: 1655
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
emis
kalbasani hec sevmirem evveller az da olsa yeyirdim oda yagsiz olanini indi axir vaxtlar ne kalbasa yeyirem nede saska hem hedden cox ziyandi saglamligimiz ucun hemde kim bilir neter neynen hazirlayirlar gunde televizorda birsey gostetirler tesekkurler xeber ucun
31 mart 2015 15:53
# 28
cinqosh
Kolbasani dilime vurmuram.ama sosiskadan kece bilmirem.ziyanli olsa da.tsk
31 mart 2015 11:05
# 27
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
Nergizz
ziyanli olmagin,iyrenc olmagin bilirik,ama dadina gore herkes yeyir,cox az az alaram tesadufen pizza ,biwirende,oda oglum hecne yemir arada mecbur qalanda aliram,
31 mart 2015 09:27
# 26
QADININ UZUNUN IFADESI ONUN GEYIMINDEN EHEMIYYETLIDIR
Yusif Ulker
ziyanli olsada men yeyirem kolpasani cooox sevirem
31 mart 2015 09:24
# 25
heyat wahmat kimidi....men sah sen mat men seni itirsem bir dawin iter sen meni itirsen oyun biter.......
Dosta_inam
Duzun desem mende alinmasina razi deyilem.ancaq uwaqlar isteyir ne edesen mecbur aliram yeyirler oda az herden.tewekkur
31 mart 2015 07:16
# 24
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Antikvar
Ziyanli oldugu mence bir coxlarina melumdu.Axrinci yedim kolbasadan sonra birde dilime kolbasa vurmadim.Usaqlarada arada verirem.
31 mart 2015 00:11
# 23
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Madina
Men de yerli kolbasalardan istifade etmirem. Nadir hallarda usaqlara xaricden guvenli halal markalardan aliriq. Son zamanlar ise hec aldirmiram da,cunki ziyandir.
30 mart 2015 23:44
# 22
Kucuk bir soz yakarsa icini,
Dost bildiklerin anlamazsa seni,
Bos ver dokme icine
Koy alnini secdeye,al eline tesbihi
Vallahi ondan basqasi anlamaz seni.
ece uslu
ziyanli oldugunu bilsemde yeyirem
30 mart 2015 23:36
# 21
vipbetul
kolbasadan cox isdifade etmirem
30 mart 2015 23:23
# 20
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
arzum-aysum
ziyabli ildugunu birdim, amma bu dərəcədə yox . dehsete geldim
30 mart 2015 22:45
# 19
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Qlamurr
Tərkibindı donuz piyi və əti olan kolbasa, sosiskalar haramdı,həmçinin də zərərlidir,sadəcə "Sab" markasının kolbasasını yeyirəm,halal olduğu üçün oda ayda-ildə bir dəfə.Qiyməti də bahadı.
30 mart 2015 22:34
# 18
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Ayten666
Herden doktorski yeyirem ama daha onuda yemerem soz.iyi gelende dozemmiremde.yoldasim Almanyadan kolbasa getirmisdi tamamile ciy et dadi verirdi istiotsuz iysiz yeye bilmedim ama bilinirki ele esl kolbasada oydu ne edek oyresmisik buranin kardonlu sicanli kalbasasina
30 mart 2015 22:27
# 17
gulun leceklerini qoparmaqla onun gozelliyini qazana bilmezsen!!!
lale.veliyeva19
bu camaat gunde bir sey kesf eliyirler 126
30 mart 2015 22:19
# 16
Nur içində yat ürəyim mən qatilini çox sevdim...

aliceWOnDer
Umumiyətlə cox yemirəm amma evdə yeyilir...nə dərəcədə ziyanlı olduğun bilmirəm
30 mart 2015 22:00
# 15
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Ayniska Gulum
Sitat: Nezka
ziyandə amma dadlıdı

Ziyanını bilirik amma vaz keçə bilmirik! 06
30 mart 2015 21:52
# 14
Catwoman666
kolbasa ve sosislerin ziyanli oldugu barede melumat var idi
30 mart 2015 21:26
# 13
"All men must die, but we are not men"

Daenerys Targaryen
my_angel
Ziyanli olduğu haqda melumatım yox idi,men doktorskaya kolbsası yeyirem
30 mart 2015 21:17
# 12
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Luna-90
Iyrencdi men herden bir yeyirem oda doxtorski yeyirem
30 mart 2015 21:11
# 11
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
qanadli melek
Ona qalsa hersey ziyandi
30 mart 2015 20:40
# 10
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Tomris Müslümova
oxx menim vaz kecilmezimmm
30 mart 2015 20:38
# 9
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
lelos
Indiki dovurde her sey ziyanlidi.evveller demek olar her gun yeyirdim ama bezi seyler esidennen sora yemirem
30 mart 2015 20:37
# 8
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
aziz a
Qeti suretde sevmirem ve yemirem, evveler yemisem amma hec vaxt derdinden olmemisem.Harda ve nece hazirlanmasini gordukden sonra fuuuuuu orqanizme ziyanindan basqa ureyimin qalxmasi, iyrenclik adami lap ozunden cixarir.
30 mart 2015 20:37
# 7
Qelbim doludu !!!!
BARBI
Kolbasa ve sosiska demey olarki hec yemirem cox ziyanlidir hemdeki haramdir insan bedeninde bakteriya ve qurd menbeyi yaradan qida mehsuludur .
30 mart 2015 20:37
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
SENSİZ
bir vaxtlar her gun istifade edirdik indi hec eve yaxin qoymuruq cunki nece hazirlanmasini gordum
30 mart 2015 20:32
# 5
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
isveç.de
Helə indicə abedə yedim. Az qala aya 2, kg yeyirik, biz evdə. Nə edə ki, onsuzda hərbir, şey ziyandır.
30 mart 2015 20:31
# 4
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Fialka
Donuz və donuz əti məhsullarını istifadə etmək dinimizdə haram buyurulub ona görədə istifadə etmirəm, bu cür məhsullar alınmır evə..
30 mart 2015 20:12
# 3
Nergız33
Yaxşı ki az istıfade edirik. Mennen olsa hec qoymaram alsınlar ama berden uşaqlar isteyir yeyir
30 mart 2015 20:12
# 2
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Sara035
Elede cox istifade etmirem ama hemiwe evde olur.ziyanli oldugunu bilirik ama yenede yeyirik her bir weyi.
30 mart 2015 20:05
# 1
Aτasını Yuxuδa Ölмüş Görüв, Oyanarag Aτasına Sarılanlar,
-Bəs Aτasını Yuxuδa Sag Görüв, Oyanarag İçin-İçin Aglayanlar Neyləsin. !
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz