Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Səhər yeməyi üçün ən vacib qidalar
Səhər yeməyi üçün ən vacib qidalar
Göndərən: zayka15
Şərhlər: 12
Baxılıb: 1908
Səs ver:
Məşhur Yapon alimi Katsudzo Nişi deyir ki, səhər yeməyi gün ərzində insan orqanizminin enerji balansını qoruyan əsas amildir. Buna görə də nahar və axşam yeməklərindən vacib sayılır. Mütəxəxssilərin məsləhəti belədir: səhər yeməyi keyfiyyətli olmalıdır ki, gün ərzində əhval-ruhiyyənizi, enerjinizi təmin edə bilsin. Gəlin keyfiyyətli səhər qidaları ilə tanış olaq:

Yulaf
Qanda xolesterinin miqdarını aşağı salır, qana omeqa-3, fol turşusu və kalium ötürür. Yulafı hazırlayarkən əlavə rəngli, meyvəlivə ya şəkərli olanını almayın. Ən yaxşısı adi yulafdır. Qaynar suya və ya südə tökün üzərinə meyvə, yaxud meyvə quruları (zövqə görə), çərəz əlavə edib 20 dəqiqə ağzı örtülü halda saxlayın. Sonra üzərinə bal əlavə edib nuş edin.

Təzə süzmə
Yəni bu gün süzülmüş süzmə (satışdakı nəzərdə tutulmur) götürülür, zövqünüzə görə, meyvə, yaxud kişmiş, ərik qurusu, əncir, badam xırdalanıb qatılır, şirin olması üçün 1 ç.q bal əlavə edilir.

Cücərmiş buğda
2 x.q cücərmiş buğda gündəlik 15%E vitamini və 10% fol turşusu balansını ödəyir. Tək halda buğda cücərtisini yeyə bilmirsinizsə, bunu qatığa, süzməyə, sıyığa, kokteylə və başqa qidalara qatıb yeyə bilərsiniz.

Qreyfrut
Qanda şəkərin, insulinin qalxmasının qarşını alır. Antioksidant təsiri ilə orqanizmin immun sistemini qoruyur. Qaymaq, qatıq, yumurta ilə qatıb yeyə bilərsiniz.

Banan
Bu meyvə çox yağlı və faydalı maddələrlə, proteinlə zəngindir. Bananı xırdalayıb sıyığa şəkər əvəzinə tökmək olar. Həmçinin bananın tərkibindəki kalium orqanizmdə təzyiqi aşağa salmağa kömək edir.

Yumurta
Yumurta əvvəllər yüksək xolesterin yaradıcısı kimi yeməklər siyasından çıxmışdı. Yumurta təbii olduğu üçün tərkibindəki xolesterin ürək-damar sisteminə düşünülən qədər təsir etmir. Tərkibindəki zülal və D vitamininə görə yenidən əsas qida  siyahısına salınılb.

Badam yağı
Bu məhsul süd və yumurtanın tərkibindəki zülalı əvəzləyə bilir. Yəni süd və yumurta istifadə etməyənlər asanlıqla badam yağından istifadə edə bilər. Meyvənin üzərinə 1ç.q töküb yemək məsləhətlidir.

Qarpız (mövsümündə)
Likopin bütün qırmızı meyvə-tərəvəzlərin tərkibində var. İnfark xəstəliyinə kömək edir, ürəyi qüvvətləndirir, həmçinin az kaolorilidir və orqanizmin su balansını ödəyir.

Kətan toxumu
Yediyiniz qatığa və ya sıyığa 2 x.q kətan toxumu əlavə etməklə gündəlik omeqa-3 yağını ödəmiş olursunuz və ürək-damar sistemi üçün çox xeyirlidir. Həmçinin antioksidant təsiri vardır. Lakin mütləq üyüdüb istifadə edilməlidir.

Qaragilə
Qaragilə çox güclü antioksidantla zəngindir. Yaddaşı gücləndirir, təzyiqi aşağı salır həmçinin maddələr mübadiləsini gücləndirir.

Çiyələk (mövsümündə)
1 fincan çiyələk yemək orqanizmdə gün boyu C vitamini balansını ödəyir. Həmçinin fol turşusu ilə zəngindir. Çiyələk anti-seliolit əleyhinə də çox effektlidir.

Yaşıl çay
Səhərlər içmək metabolizmanı gücləndirir və çəki itkisinə səbəb olur.

Yemiş (mövsümündə)
Ətirli şirin yemiş sizin gün boyu A və C vitamini balansını qoruyur, həmçinin zərif dəriyə sahib olmağa yardımçı olur. Yemiş orqanizmin su balansını təmin edir.

Kivi
1 ədəd kivi 65 qr C vitamini təşkil edir (portağalda da belədir). Kivi kaliumla, mislə zəngindir. Kivinin dadını xoşlamırsınızsa, çiyələk, banan və digər bu kimi meyvələrin salatı ilə qarışdırıb yeyə bilərsiniz.

Portağal şirəsi
Portağal şirəsi D vitamini ilə zəngindir. Hər kəsin qidalanmasında gündəlik 1 stakan portağal şirəsi olmalıdır.

Quşüzümü şirəsi
Sidik kanalının iltihabı xəstəliyi pöroblemi olanlar üçün çox yaxşı vasitədir. Bu ürək-damar sisteminə müsbət təsir göstərir, həmçinin quşüzümü şirəsi xərçəng xəstəliyində bəzi dərmanların xüsusiyyətini daşıyır.

Taxıl lopası
Tərkibində 5 qram şəkər və 5 qram sellüloza var. Həmçinin zülallarla və antioksidantlarla zəngindir.

Moruq
Tərkibindəki seliloza, antioksidantlar xərçəng xəstəliyinə qarşı mübarizə aparmağa kömək edir, həmçinin vitamin C və K ilə zəngindir. İmmunitet və sümüklər üçün çox faydalıdır. Dondurulmuş moruğu ilboyu işlətmək olar, əlavə olaraq sıyığa, qatığa əlavə edə bilərsiniz.

Taxıl çörəyi
Cod undan hazırlanmış çörək tərkibindəki vitaminlərlə seçilir. Günü bununla başlamaq yüngül və enerjili olmağınızı təmin edəcək. Bu qidaların köməyi ilə səhər yeməyiniz faydalı, rəngarəng və zəruri vitaminlərlə bol olacaq.


Şərhlər: 12
Baxılıb: 1908
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
cinqosh
Seher guc belaynan dururam, qalsin saydiqlarinizi yeyim. bezen hec cay bele icmirem.
19 mart 2015 12:39
# 12
Səni təkrar sevsəm, çəkdiyim acılara və tökdüyüm göz yaşlarına xəyanət etmiş olaram...
emis
seherler yasil cay ve taxil corek yeyirem cox xeyirlidi
19 mart 2015 09:53
# 11
vipbetul
seher yemeyi elemirem
19 mart 2015 01:45
# 10
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Nergız33
Seherler şirniyyat olanda yeyirem
Arada da yulaf yeyirem
19 mart 2015 00:12
# 9
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Aysel Tatli
seher yemeyi yemirem arada yulaf yeyirem
19 mart 2015 00:08
# 8
isveç.de
Mutləq səhər yeməyi yeyirəm. Yayda bəzi yazılanları, yeyirəm. Amma qışda ancaq pendir, yağ mürəbbə kolbasa
18 mart 2015 23:31
# 7
Mene sual verilse en boyuk dusmenin kimdir? Deyerem Anamin goz yaslari...

Arxamca danismaga davam et,chunki qarsima chixacaq qeder cesur deyilsen...
Menim balam
Seher Allah verenen yeyirem.
18 mart 2015 21:05
# 6
Catwoman666
bu yenekleri seher yeyerler? moruq nebilim.ne
18 mart 2015 21:05
# 5
"All men must die, but we are not men"

Daenerys Targaryen
BARBI
Seher hec vaxt yemirem ancaq 12 den sonra yemek yeyirem

Seher hec vaxt yemirem ancaq 12 den sonra yemek yeyirem
18 mart 2015 20:40
# 4
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
SENSİZ
seher yemeyi yemirem
18 mart 2015 20:31
# 3
DERDIN NE OLURSA OLSUN,UMUDUN ALLAH OLSUN
Fialka
Qeyd olunan bəzi qidalardan mövsümünə görə istifadə edirəm, səhər yeməyi də çalışıram az da olsa yeyim çünki orqanizm üçün ən vacibi səhər yeməyidi.
18 mart 2015 20:26
# 2
Qlamurr
Nişinin məndə kitabı var burda qeyd olunanları orda oxumuşam.Mamaynan papa da cücərmiş buğdadan zaman-zaman istifadə edirlər,çünki hüceyrələri cavanlaşdırır.Mən özümdə yazılan meyvələrdən mövsümündə maksimum yararlanıram,gündəlik isə yumurta yeyirəm.
18 mart 2015 20:17
# 1
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz