Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xardalın müalicəvi xüsusiyyətləri
Xardalın müalicəvi xüsusiyyətləri
Göndərən: ismayilova ulker
Şərhlər: 16
Baxılıb: 952
Səs ver:
Xardal və onun xeyirli xüsusiyyətləri insanlara qədim vaxtlardan məlumdur.
Xardal tək qidaya əlavə kimi yox, müalicəvi vasitə kimi geniş istifadə olunur.

Xardal toxumları (məhz onlardan ənənəvi xardal sousu istehsal olunur) efir yağları, vitaminlər (E, D, A, B), mikroelementlər (kalium, sink, dəmir, maqnezium, kalsium), polidoymamış turşular, fermentlər, qlikozidlər və s. xeyirli maddələrlə zəngindir. Xardalın bir çox xeyirli xüsusiyyətləri var. İlk növbədə xardal mədə-bağırsaq sistemi üçün çox xeyirlidir - iştahanı artırır, həzm prosesləri yaxşılaşdırır, yağların parçalanmasını sürətləndirir, mübadilə prosesləri aktivləşdirir. Xardal antiseptik, antimikrob, göbələkəleyhinə, iltihabəleyhinə təsirinə malikdir. Bizim həzm sistemimizdə yaşayan əksər ziyanlı mikroorqanizmlər xardaldan "qorxur". Xardal mədə-bağırsaq sistemi üçün sanki təmizləyici vasitədir.

Təbii ki, yandırıcı təsir edən xardal sosundan süi-istifadə etmək olmaz ki, həzm sisteminin selikli qişaları yanmasın. Mədə-bağırsaq sistemində ciddi pozulmaları olan (xüsusilə xora xəstəliyi və s.) insanlar üçün xardalın qəbulu əks göstəriş sayılır. Bundan əlavə allergiyadan və vərəmdən əziyyət çəkən insanlar da xardalın qəbulundan çəkinməlidir.
Piylərin parçalanmasını sürətləndirən xardal artıq çəkini yığmağa mane olur.

Soyuqdəymə xəstəlikləri, öskürək, laringit zamanı orqanizmə qızdırıcı təsir edən və qan dövranı sürətləndirən xardalın qəbulu xüsusilə xeyirlidir. Uzunsürən güclü zökəm zamanı axşam yatmazdan əvvəl xardal əlavə edilmiş isti ayaq vannaları qəbul etmək çox xeyirlidir. Digər üsul - yatmazdan əvvəl corablara xardal tozu tökün, corabları geyinin və yatmağa gedin.

Bronxit, revmatizm, nevralgiya, radikulit, podaqra, nevrit zamanı xardal kağızları müalicəvi vasitə kimi geniş istifadə olunur.

Xardal kişilərdə potensiyanı artırır.
Xardalın qəbulu beyində qan dövaranı stimullaşdırır, yaddaşı və zəkanı gücləndirir.
Xardal yağlı dəri və yağlı saçlar üçün olan kosmetik maskalarda istifadə olunur.

Yağlı dəri üçün olan kosmetik maska belə hazırlanır: 1 çay qaşığı quru xardal tozu 1 xörək qaşığı su və 2 xörək qaşığı ilıq zeytun yağı ilə qarışdırılır və üz dərisinə çəkilir. 15 dəqiqədən sonra maskanı ilıq su ilə yuyun. Həftədə 1 dəfə olmaqla bu maskadan istifadə etmək olar. (Əvvəl bu maskanı dərinin kişik hissəsinə çəkin, allergik reaksiya olmadıqda, bütün üz dərisinə çəkmək olar.)

Yağlı saçlar üçün olan maska: 2 stol qaşığı quru xardal, 2 stol qaşığı zeytun yağı, bir qədər şampun qarışdırılır və yumazdan əvvəl saçların köklərinə sürtün. 30 dəqiqədən sonra maskanı yumaq lazımdır.


Şərhlər: 16
Baxılıb: 952
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
faydali melumatdi
9 mart 2015 21:53
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
FISTIK
Təşəkkür baci amma hec xosdamiram qarcisani
12 fevral 2015 22:19
# 15
Если ты дорога человеку, то он будет тебя любить и без каблуков, и без макияжа, лишь только за то, что ты существуешь...
lili)
iyinden zehlem gedir hec almasisam evede hec xoslamiram
12 fevral 2015 15:27
# 14
ismayilova ulker
Hə xardalı mən sasiskayla yeyirəm. Qarçitsadı xardal. Xardal Azərbaycan dilindədi. Xeyrini bilirdim qripdə filan lazım olur. Adama. Sadəcə acı olduğu üçün çox yemək olmur
Xəbəri hazırlayıb redaktə edib yayıma qoyanlara təşəkkür edirəm.
12 fevral 2015 00:04
# 13
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
sona
Xardalin iyini hec sevmirem. hec yeye bilmirem. Ama bu qeder faydasini tesevvur bele etmezdim. Twk canik
11 fevral 2015 23:54
# 12
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
arzum-aysum
Sitat: remse
Sitat: Qlamurr
Xardalın tam olaraq nə olduğunu bilmədim,bəlkədə bilirəm,ancaq başqa adla...bilən varsa yazsın...

Məncə buna həm də qarçitsa da deyirlər

he canim qarçitsadi

balaca vaxti xestelenende atam kureyimize xardal kağızları qoyurdu
amma bele yemeyi sevmirəm

Sitat: remse
Ay Ülkər şişirdin məni,elə bildim halvadı23

kizzzz halva neydi. olurem eee halvadan otru
11 fevral 2015 23:46
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Gunka13
Beydnirem xardalu.istifade eleyirem
11 fevral 2015 22:42
# 10
Aileli.
rəmsə
Sitat: Qlamurr
Xardalın tam olaraq nə olduğunu bilmədim,bəlkədə bilirəm,ancaq başqa adla...bilən varsa yazsın...

Məncə buna həm də qarçitsa da deyirlər
11 fevral 2015 22:38
# 9
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
SEVGI DENIZIM
sevmirem aci olur
11 fevral 2015 20:48
# 8
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
emis
saglamliq ucun faydaliymis tesekkurler ama bilmirem nedise
11 fevral 2015 20:44
# 7
BARBI
Xardali yeye bilmirem cox aci olur
11 fevral 2015 20:38
# 6
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Qlamurr
Xardalın tam olaraq nə olduğunu bilmədim,bəlkədə bilirəm,ancaq başqa adla...bilən varsa yazsın...
11 fevral 2015 20:32
# 5
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Çox acı sevmədiyim üçün istifadə etmirəm ancaq bu qədər faydaları olduğun bilmirdim tşk canım
11 fevral 2015 20:31
# 4
AYKA-ISI
xardal hec yememiwem
11 fevral 2015 20:16
# 3
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Rusi
xardal xowlamiram
11 fevral 2015 20:11
# 2
rəmsə
Ay Ülkər şişirdin məni,elə bildim halvadı23
11 fevral 2015 20:09
# 1
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz