Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xəstələnmək istəmirsinizsə bu qidaları yeyin
Xəstələnmək istəmirsinizsə bu qidaları yeyin
Göndərən: NoName
Şərhlər: 22
Baxılıb: 1727
Səs ver:
İnsan orqanizmi daim ona lazım olan vitamin və mikroelementləri almalıdır.
Əks halda orqanizmdə müxtəlif pozulmalar baş verə bilər. Avitaminoz bizim immun sistemimizə ciddi zərbə vurur və bunun nəticəsində insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır. Bu səbəbdən insan öz qidalanmasını elə tənzim etməlidir ki, bütün lazım olan vitamin və mikroelementlər onun orqanizminə daim daxil olunsun.
İlin isti aylarında bu problem asanlıqla həll olunur - vitamin və mikroelementlərin əsas mənbəyi olan meyvə, tərəvəz, giləmeyvələr, göyərti bol olur. Lakin soyuq aylarda bu kifayət qədər çətin işə çevrilir.
Beləliklə, soyuq aylarda orqanizmə lazım olan vitaminləri hansı məhsullardan qəbul etmək olar?

1. Sitrus meyvələri (naringi, portağal, limon, kivi) soyuq fəsillərdə orqanizmi müxtəlif vitaminlər və mikroelementlərlə təmin edir. Bu vitaminlərin arasında  C vitaminin faydasını xüsusilə vurğulamaq lazımdır. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır, soyuqdəymə və qrip zamanı sağalma dövrünü qısaldır. Bütün bunlar isə soyuq aylarda xüsusilə vacibdir. Bu səbəbdən ilin soyuq fəsillərində sitrus meyvələri hər gün qəbul etmək lazımdır.

2. Tərəvəzlər soyuq fəsillərdə saxlanma zamanı, təbii ki, öz xeyirli xüsusiyyətlərinin müəyyən hissəsini itirirlər. Lakin tərəvəzlərdən imtina etmək düzgün deyil. Kələm, çuğundur, kök, kartof və s. daim menyunuzda olmalıdır.
Təzə göyərtilər (şüyüd, cəfəri, keşniş və s.) də orqanizmi vitamin və mikroelementlərlə təmin edir.
Soğan və sarımsağın qəbulunu soyuq aylarda artırmaq lazımdır. Bu tərəvəzlər immun sisteminə olduqca müsbət təsir edir.
Tez-tez salatlar qəbul edir: kələm, kök, bibər, soğan doğranılır, özərinə zeytun yağı və limon şirəsi əlavə olunur və qarışdırılır. Belə salatlar həm vitaminlə zəngindir, həm də mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

3. Süd məhsulları (qatıq, kefir, xama, yoqurt və s.) müxtəlif vitaminlər və mikroelementlərin zəngin mənbəyidir. Bu məhsullar B qrupu, D, C kimi vitaminlərlə, kalsium, fosfor kimi mikroelementlərlə olduqca zəngindir. Bu məhsulların tərkibində olan lakto və biridobakterilər insanın immun sistemini möhkəmləndirir. Nəzərinizə çatdıraq ki, yalnız saxlama müddəti qısa olan süd məhsulları (3 aya kimi) orqanimi lakto və bifidobakterilərlə tam həcmdə təmin edə bilərlər. Saxlama müddəti uzun olan süd məhsulları xeyirli bakterilərdən çox, konservant və s. xeyirli olmayan maddələrlə "zəngindir".

4. Ət (ət, toyuq, balıq) orqanizmi bir çox əvəzsiz maddələrlə təmin edir.

5. Soyuq fəsillərdə müxtəlif sıyıqların (yulaf, darı yarmaları, qarabaşaq, qəhvəyi düyü və s.) qəbulunu artırın.

6. Bal əvəzsiz məhsuldur. Balın gündəlik qəbulu orqanizmi vitaminlərlə təmin edir, immun sistemini möhkəmləndirir.

7. Soyuq aylarda quru meyvələri (ərik, qara qavalı, əncir quruları, kişmiş və s.) mütləq qəbul edin. Bu məhsullarda, demək olar, bütün vitamin və mikroelementlər saxlanılır. Meyvə quruları sıyıqlara əlavə edin, komptotlar bişirin. Ən faydalı resept: axşamdan 2 litrlik termosda kişmiş, qara qavalı, ərik qurusu (hər meyvədən 1 ovuc) dəmləyin və növbəti gün ərzində için.

8. İtburnu və yemişan kimi giləmeyvələr də orqanizm üçün çox faydalıdır. Bu giləmeyvələri də termosda dəmləyib içmək çox yaxşıdır.

9. Yayda bişirilən müxtəlif mürəbbələr və kompotları da mentynuza əlavə edin. Bişirilməyən mürəbbələr (qara qarağat, moruq və s.) daha xeyirlidir. Onlarda, demək olar, bütün vitaminlər saxlanılır. Moruq mürəbbəsini xüsusilə vurğulamaq lazımdır. Bu mürəbbəni orqanizmə olan təsirinə görə təbii antibiotik kimi qəbul etmək olar.
 
10. Qoz-fındıq da (qoz, fındıq, badam, püstə, keşyu və s.) vitamin və mikroelementlərin zəngin mənbəyidir. Hər gün 1 ovuc qoz-findıq qəbul edin.


Şərhlər: 22
Baxılıb: 1727
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
o qeder insan varki yemetini titizlikle secir genede xestlenir
9 mart 2015 01:50
# 22
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
talis balasi
Meyve cox yiyrem
13 yanvar 2015 09:42
# 21
ismayilova ulker
Meyvəsiz bir günüm olmasın. Ümumiyyətlə burdakı sadalananlar gündəlik rasionumda var. Həm mən həm evdəkilər biz bunları gündəlik istifadə edirim. Təşəkkür edirəm.
13 yanvar 2015 02:55
# 20
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
ŞehZam
Bilirdim tewekkur
13 yanvar 2015 02:07
# 19
Miss_Oxatan
Meyve yemiyen gun ele bilirem neyimse catmir
13 yanvar 2015 00:24
# 18
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
uliçka
Sitat: aziz a
Men meyve xoslamiram......deliyem he qizlar?

booooy men coooox sevirem meyveni bir gun yemesem olmaz

et yemirem
13 yanvar 2015 00:10
# 17
Həyat kino kimidir,ən marağlı anında bitir
aziz a
Men meyve xoslamiram......deliyem he qizlar?
13 yanvar 2015 00:04
# 16
Qelbim doludu !!!!
Anuka
Yazilanlar dogrudu twk
12 yanvar 2015 23:50
# 15
Ey insan, həddini bil. Unutma ki, bir hədd yoxdursa heç bir hədd yoxdur.
gulunnn
duz soz xowladiqim nese oldusa yeyirem
12 yanvar 2015 22:13
# 14
Tomris Müslümova
en sevdiyim meyve alca saftali ciyelek hamisinnan yemeye calisiram
12 yanvar 2015 22:13
# 13
9 Milyard insan...9 Milyard ruh...Və içindən yalnız,bir dənəsinə ehtiyac duymaq çox qəribədir heart
Wappuw
quru meyve xowlamiram
12 yanvar 2015 21:55
# 12
Ne baxirsan menim kimi mende baxdim senin kimi senede baxarlar menim kimi
sona
Caliwdiqca hamisinnan qidalaniram
12 yanvar 2015 21:50
# 11
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
Qlamurr
Demək olar ki,bunların hamısı qida rasionumuzda var....
12 yanvar 2015 21:40
# 10
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
AYKA-ISI
demek olarki hamisindan.yeyirem

demek olarki hamisindan.yeyirem
12 yanvar 2015 21:36
# 9
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
canr
Day ne qaldiki
12 yanvar 2015 21:28
# 8
HƏYAT GÖZƏL YAŞAMAĞA DƏYƏR
BARBI
Hamisinnan calisdiqca istifade edirem
12 yanvar 2015 21:15
# 7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
ece uslu
meyve ve tevezden basqa qalanlarindan zehlem gedir
12 yanvar 2015 20:52
# 6
Сладкий Ангел
hmm meyvelerin demey olar ki hamisini sevirem
12 yanvar 2015 20:39
# 5
.Bir gülüşüm var Sizlərə ömür...
Rusi
meyveler icinde encox almani sevirem heart
12 yanvar 2015 20:27
# 4
Fialka
Coxundan istifadə edirəm etmədiylərimi də məcbur edirəm(
12 yanvar 2015 20:13
# 3
emis
istifade edirem bezilerineden gundelik
12 yanvar 2015 20:13
# 2
Gulu-Qezi
demek olarki coxundan her gun istifade edirem
12 yanvar 2015 20:05
# 1
Dünya gözel olsaydi dogarken aglamazdik,yasarken temiz qalsaydiq ölünce yuyulmazdiq!!!!!!!!
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz