Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qış fəslinin vitamin mənbələri
Qış fəslinin vitamin mənbələri
Göndərən: Miss_Azerbaijan
Şərhlər: 16
Baxılıb: 2151
Səs ver:
İnsan orqanizmi daim ona lazım olan vitamin və mikroelementləri almalıdır.
Əks halda  orqanizmdə müxtəlif pozulmalar baş verə bilər. Avitaminoz bizim immun sistemimizə ciddi zərbə vurur və bunun nəticəsində insan daha tez-tez və daha ağır xəstələnməyə başlayır. Bu səbəbdən insan öz qidalanmasını elə tənzim etməlidir ki, bütün lazım olan vitamin və mikroelementlər onun orqanizminə daim daxil olunsun.

İlin isti aylarında bu problem asanlıqla həll olunur - vitamin və mikroelementlərin əsas mənbəyi olan meyvə, tərəvəz, giləmeyvələr, göyərti bol olur. Lakin soyuq aylarda bu kifayət qədər çətin işə çevrilir.

Beləliklə, soyuq aylarda orqanizmə lazım olan vitaminləri hansı məhsullardan qəbul etmək olar?
1. Sitrus meyvələri (naringi, portağal, limon, kivi) soyuq fəsillərdə orqanizmi müxtəlif vitaminlər və mikroelementlərlə təmin edir. Bu vitaminlərin arasında  C vitaminin faydasını xüsusilə vurğulamaq lazımdır. Bu vitamin insanın immun sistemini möhkəmləndirir, orqanizmin virus və mikroblara olan davamlılığını artırır, soyuqdəymə və qrip zamanı sağalma dövrünü qısaldır. Bütün bunlar isə soyuq aylarda xüsusilə vacibdir. Bu səbəbdən ilin soyuq fəsillərində sitrus meyvələri hər gün qəbul etmək lazımdır.

2. Tərəvəzlər soyuq fəsillərdə saxlanma zamanı, təbii ki, öz xeyirli xüsusiyyətlərinin müəyyən hissəsini itirirlər. Lakin tərəvəzlərdən imtina etmək düzgün deyil. Kələm, çuğundur, kök, kartof və s. daim menyunuzda olmalıdır.

Təzə göyərtilər (şüyüd, cəfəri, keşniş və s.) də orqanizmi vitamin və mikroelementlərlə təmin edir.

Soğan və sarımsağın qəbulunu soyuq aylarda artırmaq lazımdır. Bu tərəvəzlər immun sisteminə olduqca müsbət təsir edir.

Tez-tez salatlar qəbul edir: kələm, kök, bibər, soğan doğranılır, özərinə zeytun yağı və limon şirəsi əlavə olunur və qarışdırılır. Belə salatlar həm vitaminlə zəngindir, həm də mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.

2. Süd məhsulları (qatıq, kefir, xama, yoqurt və s.) müxtəlif vitaminlər və mikroelementlərin zəngin mənbəyidir. Bu məhsullar B qrupu, D, C kimi vitaminlərlə, kalsium, fosfor kimi mikroelementlərlə olduqca zəngindir. Bu məhsulların tərkibində olan lakto və biridobakterilər insanın immun sistemini möhkəmləndirir. Nəzərinizə çatdıraq ki, yalnız saxlama müddəti qısa olan süd məhsulları (3 aya kimi) orqanimi lakto və bifidobakterilərlə tam həcmdə təmin edə bilərlər. Saxlama müddəti uzun olan süd məhsulları xeyirli bakterilərdən çox, konservant və s. xeyirli olmayan maddələrlə "zəngindir".

3. Ət (ət, toyuq, balıq) orqanizmi bir çox əvəzsiz maddələrlə təmin edir.

4. Soyuq fəsillərdə müxtəlif sıyıqların (yulaf, darı yarmaları, qarabaşaq, qəhvəyi düyü və s.) qəbulunu artırın.

5. Bal əvəzsiz məhsuldur. Balın gündəlik qəbulu orqanizmi vitaminlərlə təmin edir, immun sistemini möhkəmləndirir.

6. Soyuq aylarda quru meyvələri (ərik, qara qavalı, əncir quruları, kişmiş və s.) mütləq qəbul edin. Bu məhsullarda, demək olar, bütün vitamin və mikroelementlər saxlanılır. Meyvə quruları sıyıqlara əlavə edin, komptotlar bişirin. Ən faydalı resept: axşamdan 2 litrlik termosda kişmiş, qara qavalı, ərik qurusu (hər meyvədən 1 ovuc) dəmləyin və növbəti gün ərzində için.

7. İtburnu və yemişan kimi giləmeyvələr də orqanizm üçün çox faydalıdır. Bu giləmeyvələri də termosda dəmləyib içmək çox yaxşıdır.

8. Yayda bişirilən müxtəlif mürəbbələr və kompotları da mentynuza əlavə edin. Bişirilməyən mürəbbələr (qara qarağat, moruq və s.) daha xeyirlidir. Onlarda, demək olar, bütün vitaminlər saxlanılır. Moruq mürəbbəsini xüsusilə vurğulamaq lazımdır. Bu mürəbbəni orqanizmə olan təsirinə görə təbii antibiotik kimi qəbul etmək olar.

9. Qoz-fındıq da (qoz, fındıq, badam, püstə, keşyu və s.) vitamin və mikroelementlərin zəngin mənbəyidir. Hər gün 1 ovuc qoz-findıq qəbul edin.


Şərhlər: 16
Baxılıb: 2151
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
vipbetul
isdifade edirik xestelenmek bunlara baxmir esas gerek imunitetini qoymayasankii zeiflesin
9 mart 2015 02:25
# 16
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
xeyalperest
Hm sarimsaq birde sitrus meyveleri heqiqeten boyuk tesir edir twk
8 yanvar 2015 08:19
# 15
Allahim sozlerimi nece aciqlayim?Bu sozlerde sendendir,yene sene donmekdedir.
ismayilova ulker
Burdakı mıhsulların demək olarki hamısındanistifadə edirəm. Faydalı lzımlı xəbərdi təşəkkürlər.
8 yanvar 2015 02:08
# 14
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
aziz a
He lazimli melumatlardi tesekkur
7 yanvar 2015 23:30
# 13
Qelbim doludu !!!!
Wiyinka
Tewekurler
7 yanvar 2015 23:24
# 12
arzum-aysum
Qisasi her seyden bir az yemek vacibdi
7 yanvar 2015 22:52
# 11
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
sona
İwtahim olanda her birinnen yeyirem en cox meyve terevez
7 yanvar 2015 21:17
# 10
SEVMEK BU KADAR GUZELSE, KİM BİLİR SEVMEYİ "YARATAN" NE KADAR GUZELDİR...
emis
bzilerinde istifade edirrem tesekkurler
7 yanvar 2015 21:13
# 9
AYKA-ISI
hamisindan istifade edirem

hamisindan istifade edirem
7 yanvar 2015 21:12
# 8
Az qalibki telefonuma sevgilim deyim...çox
şirindi,nə istəyirəm edirəm,sifət
elemir,əsəbləşmir,bùtùn vaxtini mənimlə
keçirir :D ♥
Aysel Tatli
bezilerinden istifade edirem
7 yanvar 2015 21:04
# 7
ece uslu
sud mehsullari et baldan basqa qalanlarindan istifade edirem
7 yanvar 2015 21:01
# 6
BARBI
Qisda ozume diqqet yetirirem
7 yanvar 2015 20:43
# 5
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
talis balasi
Et ,itburnu ve yemisandan babsqa heeeer birininisdifade edirem ve demek olar en cox xosladiqim yemek menyularidi
7 yanvar 2015 20:42
# 4
SEVGI DENIZIM
meyve terevezden istifade edirem
7 yanvar 2015 20:19
# 3
Üstümə qışqıran, acıqlanan, küsən, küsdürən, qısqandıran lakin bir damla göz yaşımı görende dünyanı dağıdan birini sevdim cox sukur seni veren Allahima

♥ :)
Qlamurr
Burda yazılanlardan süd məhsullarından çox az istifadə edirəm,ancaq meyvə,tərəvəz həmişə vazkeçilməzimdi.
7 yanvar 2015 20:12
# 2
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Fialka
Bəzilərindən istifadə etmirəm gərək edim
7 yanvar 2015 20:01
# 1
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz