Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xərçəngin yaranmasını önləyən qidalar
Xərçəngin yaranmasını önləyən qidalar
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1404
Səs ver:
Təbii ki, xərçəng elə bir xəstəlikdir ki, sadəcə qidalarımızla - meyvə və tərəvəzlə onu müalicə etmək mümkün olmur. Amma bu o demək deyil ki, biz qidamıza fikir verməməliyik. Xərçəngi önləyən qidaları mütəmadi olaraq qəbul etsək, bu xəstəliyin də qarşısını müəyyən qədər almış olarıq.

Kök
Mütəmadi olaraq yeyildiyi zaman siqaret çəkənlər də daxil olmaqla ağciyər xərçəngi riskini azaldır. Təcrübələr nəticəsində bilinmişdir ki, qida rasionunda kökə xüsusi yer verən kəslər  qırtlaq, sidik kisəsi, qalın bağırsaq, uşaqlığın boyun hissəsinin, prostat və yemək borusu xərçənglərinin yaranmasını 50 faiz, menopozdan sonra döş xərçənginə tutulma riskini isə 20 faiz azaldır.

İspanaq
2004-cü ildəTexas Universitetində keçirilən təcrübənin nəticəsinə görə, ispanaq bədəni 42 faiz qoruyur. Bundan əlavə, o, bədəni prostat xərçənginə qarşı da qoruyur. Buna görə də ispanağı süfrənizdən əskik etməyin.

Portağal
Portağal və qreypfrut şirəsinin çəhrayı rəngdə olanı sarı rəngdə olanından daha faydalıdır. Qırmızı isə ən xeyirlisidir. Bu meyvələrin içi nə qədər çox qırmızı olsa, demək, tərkibində bir o qədər çox likopenin var. Bildiyimiz kimi, likopen bədəni xərçəngdən qoruyur və bu maddə eynilə pomidorda da var. Likopen antioksidant olması ilə yanaşı dərini də müxtəlif təsirlərdən qoruyur və gec qocalmanı təmin edir.

Çiyələk
Çiyələyin tərkibində bol miqdarda dəmir və fosfor olduğuna görə o, bir çox xəstəliklər üçün faydalıdır. Bundan əlavə, onun tərkibindəki C, B və K vitaminləri bədənə güc, qüvvət verir, xolesterolu aşağı salır və damar tıxanıqlığını aradan qaldırır. Eyni zamanda çox gözəl bir antioksidan olan çiyələk immun sistemini də gücləndirir. Bədəni xərçəngə qarşı qoruyur və həzm sistemini nizama salır.

Qırmızı üzüm
Qırmızı üzüm güclü antioksidandır və hüceyrənin yaranmasında da iştirak edir. Üzümün bu növü nəinki xərçəngi önləyir, həm də dəri xəstəlikləri, anemiya və epilepsiya zamanı da xeyirlidir. Araşdırmalar zamanı məlum olub ki, qırmızı üzümün tərkibi maqnezium, dəmir, sink, potansium, stronsium, kalsium kimi maddələrlə zəngindir.

Cəfəri
Dünyada ən xeyirli qidalar siyahsında ilk yerdə olan cəfəri təbii dərman təsirlidir. Gündəlik C vitaminini ödəyən cəfəri qan şəkərini nizamlayaraq xərçəngin yaranma riskini 56 faiz azaldır. Cəfəri yeyə bilməyənlər onun üzərinə limon sıxmağı yoxlamalıdır.

Balqabaq
Balqabaq beta-karotin qaynağıdır. Onun tərkibi mineral və vitaminlərlə zəngindir. Bir kiçik boşqab balqabaq günlük C vitamininin 10 faizini ödəmiş olur.  Beta-karotin isə bildiyimiz kimi hər növ xərçəng xəstəliyinin qarşısını alınması zamanı çox faydalıdır.

Nar
Antioksidan baxımından son dərəcə zəngin olan nar bu xüsusiyyəti ilə bədənimizi xərçəngə qarşı bir qalxan kimi qoruyur. Nar ürək, mədə və həzm prosesi üçün də çox faydalıdır. Amerikalı alimlər qeyd edirlər ki, nar suyunu prostat xərçənginin qarşısını almaq üçün istifadə etmək ən gözəl üsuldur.


Şərhlər:
Baxılıb: 1404
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz