Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məktəblilər üçün düzgün qida menyusu
Məktəblilər üçün düzgün qida menyusu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1233
Səs ver:
Müasir məktəblilər üçün zəngin tərkibli qida rasionunu necə tərtib etmək lazımdır?
Tezliklə yeni tədris ili başanacaq. Hər birimiz üçün övladımızın təhsili ilə yanaşı qidalanması da əsasdır. Qida elə seçilməlidir ki, həm iştahaçıcı, həm doyumlu, həm də faydalı olsun!
8-10 yaşlı uşağın qidası onun inkişafına birbaşa təsir göstərir. Valideynlər ilk olaraq yaxşı məktəb, əlavə hazırlıq kursları, rəsm, xarici dil kursları və ya idman zalları axtarışında olur, amma xarakterin formalaşmasındakı qida faktorunu yaddan çıxarırılar. Axı sirr deyil ki, qida vərdişləri uşaq vaxtlarından formalaşır!
İnsanın hərtərəfli və aktiv inkişafı üçün keyfiyyətli təhsil və düzgün tərbiyə ilə yanaşı fiziki inkişaf da gərəklidir. Biz böyüklər estetik tərbiyə ilə yanaşı uşaqlara düzgün qidalanmağı sevməyi də öyrətməliyik. Bu barədəki bir neçə məsləhətimizi sizinlə bölüşmək istərdik!

Səhər yeməyi
Qədimdən məlumdur ki, ən yaxşı səhər yeməyi taxıl bitkilərindən hazırlanmış sıyıqlardır. Belə qidalar kalsium, sink və digər vitaminlərlə zəngin olsa da, hər uşaq onu xoşlamır. Sıyıqları uşaqların sevimli maffinləri, oladi və digər qidalarla birlikdə təqdim etmək olar. Ayda bir dəfə isə klassik formada təqdim etmək olar-təsadüf görüşlər həmişə xoş olur. Yulaf sıyığı müxtəli meyvələr,bal,ev mürəbbələri və siroplaral çox gözəl uyğunlaşır. Bu ərzaqlarla sıyığı öz fantaziyanıza uyğun müxtəli şəkillərlə bəzəyə bilərsiz.
Səhər yeməyi üçün ikinci növ qida yumurtadır. Hər bir uşaq onun müxtəlif hazırlanma qaydasını sevir. Marketlərdən selikon ulduz, maşın, gül, ürək formalar alın və omleti bu formanın içində bişirin. Tərəvəz və göyərtilərlə onu fantaziyanıza uyğun bəzəyin. Uşaqda yeməyə olan marağı özünüz görəcəksiniz.
Meyvələri də unutmaq olmaz. Banan və ya çiyələk əzməsini süd, qatıq və ya dondurma ilə qarışdırıb uşağa təqdim edə bilərsiz.

Atışdırmalıqlar
Atışdırmalar dietoloq və pediatrların sevimli qidası olmasa da, məktəbli üçün vacibdir. Peraşki və hotdoqlar məktəbli üçün çox, təəsüüf ki, uyğun olmayan qidalardalardandır, ponçik və pizzalardan, ümumiyyətlə, uzaq durmaq lazımdır. Belə qidaları həftə sonu piknikdə istifadə edin. Atışdırmaların ən ideal variantı meyvə və tərəvəzlərdir.
Çox uşaq nə meyvəni, nə də tərəvəzisevmir, amma əsas təqdim etmədir. Məsələn, almanı ortadan bölüb çəyirdəyini təmizləyə və ya püresini hazırlaya bilərsiniz. Maraqlı birləşmələr edin, müxtəlif dadları bir araya gətirin. Kərəviz və kök, alma və armud ilə yerfıstığı yağı kompleksi orqanizm üçün əla uyğunlaşmadır.

Nahar
Yaşlıların dediyi kimi, uşaqlar üçün ən əsas fərqlilikdir. Evdə belə bir variantdan istifadə edə bilərsiniz: qarabaşaq, düyü, makaron, kartof, bulqur və buğda bişmiş tərəvəzlər. Həftəlik 7 növ qarnirinizi müəyyən edin. Bütün bu təqdim olunanlar tərəvəz salatları ilə də gözəl uyğunlaşır. Zülal kimi ev kotleti, küftə, hindi və ya toyuq filesi uşağınızı lazım olan enerji ilə təmin edəcək. Unutmayın ki, hər şey yeməyin təqdim olunma qaydasından asılıdır. Fantaziyanızı işə salın və nə bişirməyinizdən aslı olmayaraq onun estetik görünüşünə önəm verin!


Şərhlər:
Baxılıb: 1233
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz