Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızlar üçün: səhərlər yemək yeyin ki..
Qızlar üçün: səhərlər yemək yeyin ki..
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1775
Səs ver:
Səhər yeməyinin insanlar üçün faydası ortaya çıxıb. Yeniyetməlik dövründə qız uşaqlarının səhər yeməyi beyindəki spesifik kimyəvi birləşmələrin səviyyəsini artırır. Bu da gün ərzində qızların şirniyyata meylini azaldır.

Missuri Universitetinin araşdırmaları nəticəsində ortaya çıxan faktlar maraq doğurur. Alimlər qeyd edirlər ki, Amerikada yaşayan yeniyetmə qızların hər üç nəfərindən biri artıq çəkidən əziyyət çəkir. Bu problem böyüyəndə də qalır. Bu səbəbdən də piylənmə epidemiyası diqqət mərkəzindədir.

Xəstəliklər və onların qarşısının alınması mərkəzinin hesabatında deyilir ki, yeniyetmə qızların çoxu səhərlər yemək yemirlər. Bu da gün ərzində həddən artıq qida qəbuluna və artıq çəkinin yaranmasına səbəb olur.

Dietologiya və fizioloji məşqlər üzrə professor Hizet Leydi və həmkarları deyirlər ki, son 30 il ərzində artıq çəkidən əziyyət çəkən yeniyetmələrin sayı dörd dəfə artıb.

Missuri Universitetinin tədqiqatına da yeniyetmə xanımlar cəlb olunublar. Universitetin apardığı tədqiqatda səhər yeməyini buraxmağa adət etmiş 18-20 yaş arasında artıq çəkidən əziyyət çəkən 20 yeniyetmə qız iştirak edib. Onların hər biri müxtəlif yeddi günlük qidalanma modelinə əməl edib: 350 kalorilik adi zülal tərkibli, 350 kalorilik yüksək zülal tərkibli və səhər yeməyinin olmaması. Araşdırmalar zamanı məlum olub ki, səhər yeməyi beyində impulslara nəzarət edən dopaminin səviyyəsini qaldırır. Dopaminin miqdarının azalması isə şirniyyata meyllilik və həddən artıq qida qəbulu ilə nəticələnir.

Alimlər təklif edirlər ki, dopaminin miqdarına nəzarət edilməklə piylənməyə qarşı mübarizə aparılsın. Onlar bildirirlər ki, səhər yeməyindən sonra şirniyyata meyllilik azalır. Bundan əlavə, zülalla zəngin səhər yeməyi yağlı qidalara meyli azaldır. Səhər yeməyi buraxıldıqda isə yağlı qidalara həvəs gün ərzində artır.


Şərhlər:
Baxılıb: 1775
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz