Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kakaonun xeyiri
Kakaonun xeyiri
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1375
Səs ver:
Kakao Avropada XVI əsrdən başlayaraq tanınır.
Bu xeyirli içkinin reseptini avropalılar Amerikanın yerli sakinlərinlərindən götürüblər. Kakao şokolad ağacı meyvələrindən hazırlanır. Yaxşı keyfiyyətli kakao tozunun güclü şokolad ətri olur. Məhz belə kakao yaxşı və orqanizm üçün xeyirli sayılır.
Kakaonun tərkibində çoxlu sayda müxtəlif xeyirli maddələr var. Belə ki, kakaonun tərkibində xüsusi maddələr antioksidantlar var ki, bu maddələr sərbəst radikalların insan orqanizminə olan mənfi təsirini neytrallaşdırır, orqanizmdə gedən qocalma proseslərini ləngidir.
Bundan əlavə kakaonun tərkibində olan neyromediatorlar stresslə və depressiya ilə mübarizədə insana çox effektli şəkildə kömək edir. Məhz bu maddələrə görə 1 təkə şokolad və ya isti şokolad fincanı insanın əhval-ruhiyyəsini xeyli yaxşılaşdırır. Hətta şokoladın iyi insanın sinir sisteminə sakitləşdirici təsir edir.
Kakao orqanizmdə "pis" xolesterinlə mübarizə aparır və nəticədə aterosklerozun inkişafının qarşısını alır.
İsti kakao öskürək zamanı çox yaxşı kömək edir, iltihab zamanı boğaz ağrısını azaldır.
Kakao ürək və beyin damarlarının sıxılmasını aradan qaldırır, arterial təzyiqi normallaşdırır.
Kakonun tərkibində orqanizm üçün lazım olan zülallar, dəmir, sink, fol turşusu var.
Hamilə qadınlar və 3 yaşından böyük uşaqlar üçün kakao xüsusiylə xeyirlidir.
Lakin kakaonu çoxlu miqdarda içmək olmaz, gün ərzində 2 fincan kakao kifayyətdir. Axşam saatlarında kakao içməyin, bu yuxusuzluğa səbəb ola bilər. Lakin səhər saatlarında içilmiş 1 fincan kakao sizi daha gümrah edəcən və əqli və fiziki fəaliyyət üçün lazım olan enerji ilə təmin edəcək.
Kakao yağı kosmetologiyada müxtəlif kosmetik maskaların, şampunların tərkibində geniş istifadə olunur. Bu yağ dərini daha cavan və elastik edir. Kosmetik salonlarda və klinikalarda şokoladla olan bürünmələr edirlər. Belə bürünmələr bədən dərisini cavanlaşdırır, daha hamar edir, sellülitlə mübarizə aparır.


Şərhlər:
Baxılıb: 1375
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz