Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Daha çox alma, daha sağlam ürək
Daha çox alma, daha sağlam ürək
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1662
Səs ver:
Gülçiçəklilər fəsiləsinin ən geniş yayılmış növlərindən biri olan almanın respublikamızda üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir:

Yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort almalar iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın övündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almalar tərkibcə çox zəngindirlər. Onun tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək damar sistemi üçün çox faydalıdır. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır. Bu məhsulların çox böyük müalicəvi əhəmiyyəti vardır. Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Qurudulmuş alma nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucu əhəmiyyətə malikdir. Bədəndən zəhərli maddələrin xaric edilməsinə kömək olur. Lifli olduğu üçün bağırsaqları təmizləyir. Qaraciyərindən şikayət edənlər, revmatizması olanlar və hətta şəkər xəstələri belə, quru almadan faydalana bilərlər. Alma sakitləşdirici, yuxuvericidir və baş ağrılarına da yaxşı təsir göstərir. Kiçik hisələrə bölünmüş almaları qabığıyla qaynadaraq, üzərinə limon, portağal, darçın əlavə edib çay kimi də içmək faydalıdır.

Azərbaycanda isə Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən Frazer layihəsi çərçivəsində Fransadan introduksiya olunmuş müxtəlif alma, gilas və armud sortlarının virussuz tingliyi salınmışdır. Bu gün Qrani Smit ( Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı göz oxşayır. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır


Şərhlər:
Baxılıb: 1662
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz