Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam qidalanmanın qızıl qaydaları
Sağlam qidalanmanın qızıl qaydaları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1298
Səs ver:
1. Qəbul etdiyiniz qidalar çoxçeşidli olmalıdır. Hər gün eyni qidanı yemək insanın yeməkdən aldığı həzzi azaldır, iştahını öldürür, həm də qidalanma vərdişinə qarşı mənfi təsir göstərir. Son nəticədə zərər görən yenə də orqanizm olur. İnsan fərqli təamları dadmağa vərdiş etməlidir. Tanrının bizə bəxş etdiyi çoxçeşidli meyvə və tərəvəzdən, ət və ət məhsullarından, süd və süd məhsullarından fərqli şəkildə istifadə etmək insanın daha nikbin və sağlam yaşamasına kömək edir.
Qarşıdan hər şeyin bol olduğu yay fəsli gəlir. Ona görə də, bu bolluqdan orqanizmin xeyrinə daha çox istifadə etmək lazımdır. Təkrara yol verməmək üçün həftə ərzində hansı tərəvəzlərdən və meyvələrdən istifadə edəcəyinizi əvvəlcədən planlaşdırsanız yaxşı olar.

Hər bir insanın gündəlik qida rasionunda meyvə və tərəvəzdən istifadə etmək vərdişi olmalıdır. Lakin hər meyvə və tərəvəz öz mövsümündə yeyilməlidir. Təbii üsulla yetişdirilmiş məhsullara üstünlük vermək lazımdır. Süni şəraitdə yetişdirilən və konservləşdirilmiş qidalar vitamin və minerallar baxımından çox kasad olur, orqanizm üçün təhlükə mənbəyinə çevrilir.

2. Qəbul edəcəyiniz qidanın kalori miqdarına ciddi fikir verilməlidir. Orqanizm özünə nə qədər kalori götürəcəyini yaxşı bilir. Lazım olduğundan çox qida istehlak etdikdə artıqlar piy şəklində bədəndə toplanır. Həmin ehtiyat həddindən çox olduqda orqanizmdə piylənmə prosesi gedir. Bu da gələcəkdə müxtəlif xəstəliklərin yaranmasına yol açır.
Ümumiyyətlə, hər kəs öz iş rejiminə görə qida qəbul etməlidir. Bütün günü aktiv həyat tərzi sürənlər və daha çox hərəkətdə olanlar, təbii ki, daha çox kalori itirirlər. Oturaq həyat tərzi keçirənlər və həmişə formada olmaq istəyənlər isə hər bir qidanın enerji dəyərini bilməli, planlı şəkildə bəslənməlidirlər.

3. Gün boyunca qida qəbulu hissələrə bölünməlidir. Aclıq hissini daha yaxşı idarə etmək və çox yeməmək üçün gündə qidalanma ən az 3-6 paya bölünməli, hər payda az-az yeyilməlidir. Yay fəslində günün uzun olması bu payları artıra bilər.

Yediyiniz hər bir loxma yaxşıca çeynənməlidir. Sağlam həyat tərzi sürmənin üsullarından biri də budur. Çeynəmək vərdiş halını almalıdır. Tələsə-tələsə yemək həzm sisteminin işinə mənfi təsir göstərir. Unutmayın, doyma refleksi mədədə deyil, beyindədir. Pay sayını artırdığınız üçün mədə müəyyən fasilələrlə işləyəcək və doyma refleksi erkən yarandığından yediyiniz qida kökəlməyə səbəb olmayacaqdır.


Şərhlər:
Baxılıb: 1298
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz