Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Sağlam qalmağın ipucları
Sağlam qalmağın ipucları
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1264
Səs ver:
Ət istehlakında diqqətli olmaq lazımdır.  Əvvəla, rasionda ət üstünlük təşkil edən insanlar tez qocalırlar, bu azmış kimi onların müxtəlif xəstəliklərə tutulma riski də yüksək olur. Xüsusilə ,yüksək təzyiq, ürək-damar, mədə-bağırsaq, köklük və şəkər xəstələri qida rasionlarına daha çox diqqət etməlidirlər.

Ət  doymuş yağ və xolesterinlə zəngindir. Ona görə də risk qrupuna daxil olan insanların ətin daha az yağlı və ya yağsız hissələrini yeməsi lazımdır. İçalat və heyvanların  daxili orqanlarından bişmiş xörək yeməyi isə heç ağlınızdan keçirməyin.

Təzə kəsilmiş ətlə bişirilən xörəklərdə ət daha sərt və daha çətin bişir, həzmi də bir o qədər çətin olur. Bu səbəbdən də əti bir neçə gün soyuducuda saxlayıb, istehlak edilməsində fayda var. Bişirərkən isə qızartma və qovurma üsulları yerinə sobada və ya qaynatma üsullarına üstünlük verilməlidir.  Qazanda bişirilən ətə tərəvəzlər əlavə edin ki, yeməyin həm lif nisbəti, həm də vitamini artsın.

Beləcə daha az miqdarda et yeyərək toxluq hissi təmin olunacaq və həzm asanlaşacaqdır.

Nahar və ya şam yeməyində yeyəcəyiniz ətin miqdarı 100 qramı keçməməlidir.  Ət istehlak edərkən yanında salat və ya tərəvəz yeməkləri  yeməkdə fayda var. Ağ undan hazırlanan çörək yerinə 100 faizli buğda və ya çovdar çörəyinə üstünlük verin. Çörək yemək istəmirsinizsə, bunların əvəzinə şorba, bulqur plovu, qarabaşaq və ya makaron kimi həzmi asan olan karbohidrat qrupundan bir qida seçə bilərsiniz.  Qısacası,  boşqabınızdakı xörəyin  ¼-ni ət, ¼-ni karbohidrat, qalan yarısını isə göyərti və tərəvəz göyərti təşkil etməlidir.

Yeməklərdən sonra təqdim olunan şirəli xəmir şirniyyatları isə təhlükə əmsalını daha da artırır. Həzmi çətin olan ətin üzərinə  şirin şirniyyat yeyildikdə mədə və bağırsaq problemlərinin yaranma ehtimalını yüksəltdiyinizin fərqində olun.  Bunun yerinə həzmi daha asan olan südlü və ya meyvəli şirniyyatlara üstünlük vermək lazımdır. Əlbəttə ki, porsiyaya da diqqət etməyi yaddan çıxartmayın.

Yeməklərin yanında şəkərli, qazlı içkilər deyil, həzmi daha asan olan ayran, cacıq və ya suya üstünlük verməyiniz yaxşı olardı. Çay və qəhvə istehlakını nəzarətə alın.

Bu qəbil içkilərin çox miqdarda istehlak edilməsi mədə problemlərinə,  yuxu pozğunluğuna səbəb ola bilər. Sağlamlığımız üçün həzmi asanlaşdıracaq bitki çaylarına - cökə, jasmin, razyana kimi faydalı xüsusiyyətləri olan içkilərə üstünlük verin.  Maye istehlakının çox əhəmiyyətli olduğunu qeyd edən həkimlər gün ərzində 8-12 stəkan su içilməsinin vacibliyini vurğulayırlar.

Günə böyük bir stəkan su ilə başlayıb səhər yeməyində az yağlı 1-2 dilim pendir, 5-6 ədəd zeytun, 1-2 dilim çörək və bol tərəvəz-göyərti yeyin. Daha yüngül bir alternativ də təklif edə bilərik. 4-5 qaşıq yulaf əzməsinin üzərinə  2 ədəd  qoz, 1 stəkan yağsız süd və ya qatıq, meyvə əlavə edib yeyin.

Mədə pozğunluğundan əziyyət çəkənlərin yeməklərdən 30 dəqiqə - 1 saat sonra orta templi yürüşə çıxması yaxşı olardı. Qısa məsafələrə piyada getməyə çalışın. Və yaxud maşınınızı bir az uzağa park edərək gedəcəyiniz yerə piyda gedin.  Lift yerinə pilləkənləri seçin. 


Şərhlər:
Baxılıb: 1264
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz