Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
5 ən sağlam qida məhsulu
5 ən sağlam qida məhsulu
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1294
Səs ver:
Qızıl balıq. Qızıl balıq zülal və LDL xolesterini azaldan, HDL xolesterini artıran omeqa 3 yağ turşularının zəngin mənbəyi hesab olunur. 2002-ci ildə Amerika Ürək Assosiasiyası (American Heart Association) həftədə ən azı 2 dəfə, xüsusilə də qızıl balıq kimi yağlı balıq növü yeməyi tövsiyyə etmişdir. Hazırda süni şəraitdə yetişdirilən qızıl balıq keyfiyyətli hesab edilmədiyi üçün təbii yetişmişlərə üstünlük verilir. Konservləşdirilmiş qızıl balıqlar adətən təbii şəraitdə yetişənlərdir.

Soya.
Soya məhsulları heyvani qida məhsullarının ən yaxşı əvəzləyicisidirlər. Soya dənələri bütün mühüm amin turşularına sahib yüksək miqdarda zülal tərkibinə malikdir (bu növ tək tərəvəz məhsuludur). Soya həmçinin kalsiumun, dəmirin, sinkin, fosforun, maqneziumun, B vitamininin, omeqa 3 yağ turşularının və liflərin zəngin mənbəyidir. Çoxsaylı elmi araşdırmalar göstərir ki, əhəmiyyətli miqdarda soya zülalına malik pəhriz ürək xəstəliklərinə faydalı ola bilər. Bundan əlavə nəşr olunan bir çox araşdırmalarda soyanın prostat və süd vəzisi xərçəngi, həmçinin osteoparoz kimi xəstəliklərin qarşısının alınmasında əhəmiyyətli olduğu göstərilir.

Göyərti.
Kələm, çuğundur, çin kələmi, brokkoli, quşqonmaz, yaşıl paxlalar və s. vitamin A və C, dəmir, kalsium və fitonutrientlərlə zəngindirlər. Yaşıl tərəvəzlər çox doyumlu, yüksək lifli və aşağı kalorilidirlər.  Amerika Ürək Assosiasiyası (American Heart Association) tərəfindən işlənmiş yeni pəhriz gündə ən azı 4 dəfə müxtəlif növ tərəvəzlər yeməyi tövsiyyə edir.

Giləmeyvələr.
Giləmeyvələr şərtsiz ən sevimli meyvələrdəndir! Onlar C vitamini, fol turşusu, lif və fitonutrientlərlə zəngindir. Həqiqətən də, yüksək antioksidant xüsusiyyətinə malik olduqlarına görə təzə gilemeyvələr xəstəlik əlehinə ən güclü qida məhsullarıdır. ORAC- Oksigen Radikalları Udma Həcmi (antioksidant aktivliyi ölçmək üçün metod) siyahısında birinci yerlərdə dururlar. Giləmeyvəni yeməyə hazırlamaq da asandır- sadəcə yuyur və yaxalayırsan- və qabıq soymağa da heç ehtiyac yoxdur! Üstəlik siz giləmeyvələri desert olaraq da (təzə və ya bişmiş) təqdim edə bilərsiniz.

Emal olunmamış dənlilər.
Emal olunmamış dənlilər meyvə və tərəvəzlərdə rast gəlinməyən bəzi dəyərli antioksidantlara malikdirlər. Onlarda həmçinin B vitamini, E vitamini, maqnezium, dəmir və liflər var. Amerikalılar üçün yeni 2005-ci il Pəhriz Kitabçası böyüklərə yedikləri dənlərin yarısının- gündəlik 5-dən 3 hissəsinin emal olunmamış dənlərdən ibarət olmasını tövsiyyə edir. Rasionunuza daha çox emal olunmamış dənlilər daxil etmək üçün ağ un əvəzinə emal olunmamış buğda unu istifadə edin. Makaron, çörək, biskvit kimi məhsullar aldıqda "emal olunmamış” yazılmasına diqqət edin. Emal olunmamış dənlilərin qəbulunu artırmaq üçün şorbanıza yabanı düyü, təmizlənmiş düyü və ya arpa əlavə edin.


Şərhlər:
Baxılıb: 1294
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz