Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Düzgün qidalanma haqqında 8 qayda
Düzgün qidalanma haqqında 8 qayda
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1363
Səs ver:
Normal qidanma qaydaları barədə yüzlərlə məsləhətlər verilir. Min illərin təcrübəsi göstərir ki, bizim mətbəximizdə işlədilən qidaların əksəriyyəti orqanizm üçün faydalıdır.
Əgər belə olmasaydı, təbii seçmə qanununa və təcrübəyə görə həmin qidaların əksəriyyəti gündəlik menyudan çoxdan çıxarılmış olardı. Ümumiyyətlə hansı qidanı yeyib-yeməmək nisbi anlayışdır. Bəzi xalqların imtina etdiyi qida növlərini digər xalqlar yeyir və yaxud əksinə.

1. Bacardıqca çoxlu tərəvəz yeyin.
Bu məsləhət ilk baxışda əksər adamlar tərəfindən qəbul edilir. Tərəvəzdə çoxlu vitaminlər var. Həzm prosesində tərəvəz köməkçi vasitədir. Tərəvəzin kalorisi azdır, ona görə asan həzm olunur, iştah gətirir, təzyiqi normallaşdırır. Bir amili nəzərə almaq vacibdir ki, mədə-bağırsaq sistemində pozuntu olan adamların çoxlu miqdarda tərəvəz yeməsi problem yaradır. Çoxlu tərəvəz yeyilməsi kəskin arıqlamaya səbəb ola bilər. Eyni növ tərəvəzin mütəmadi olaraq qəbul edilməsi qanazlığına səbəb olur. Ən yaxşı qanyaradıcının heyvan mənşəli qidalar olduğu hamıya bəllidir.

2. Yağlı yeməklərdən imtina edin
Yağlı və piyli heyvan mənşəli qidaları menyunuzdan kənarlaşdırın (piyli ət, sosiska, kolbasa). Bu qidalar orqanizmdə xolesterinin miqdarını kəskin artırır, ürək-damar sisteminin fəaliyyətinə mane olur, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir. Digər tərəfdən yağlı maddələrdən imtina etmək A və E vitaminlərindən imtina etmək deməkdir. A vitamini boy artımı, gözün görmə qabiliyyətinin normada olmasının əsas bazasıdır. E vitamini nəsl törədəndir və dərinin təravətini və gözəlliyini saxlayan əvəzedilməz maddədir.
Məsələ ondadır ki, A və E vitaminləri yağlarda həll olan vitaminlər qrupuna daxildir. Deməli, yağın iştirakı olmadan bədən onları qəbul edərək həzm edə bilməz. Bir də bədəndə yağ turşularının çatışmazlığı baş verəndə adam özü də istəmədən şəkərə meylli olur. Nəticədə həddən artıq kökəlmə baş verir.

3. Bitki yağlarından istifadə faydalıdır.

Bitki yağları ürək üçün faydalıdır. Çünki bitki mənşəli yağlarda xolesterin olmur. Bitki yağları həddən artıq kökəlmənin qarşısını alır, gözün görmə qabiyyətinə müsbət təsir edir və bədənin immunitetini artırır. Hər gün 20 qram heyvan mənşəli yağ yemək olar, çünki bir çox vitamin və zülallar yalnız heyvan məşəli yağlarda olur.

4. Karbohidratlardan imtina edin.

Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyi sayılır. Amma onun həddən artıq qəbul edilməsi piylənməyə səbəb ola bilər. Ona görə şəkər, un məhsulları və şirin yeməklərdən mümkün qədər az istifadə etmək məsləhətdir.

5. Həftədə 3 yumurtadan artıq yeməyin.
Yumurta qidalı yemək növü sayılır. Yumurta sarısında təzə ətdə olanın yarısı qədər xolesterin var. Həm də yumurtada xolesterini parçalayan lesitin maddəsi də vardır ki, həmin maddə xolesterini dağıda bilir. Yumurtanı gecələr yemək məsləhət görülmür. Yumurtadakı xolesterinin orqanizmə mənfi təsirini azaltmaq mümkündür. Ona görə də yumurtanın qızardılaraq yağ və qatıqla yeyilməsi həzm prosesini asanlaşdırır. Ahıl, az hərəkətdə olan, allergiyaya meyyli insanların mümkün qədər yumurta yeməmələri məsləhətdir.
Gənc, aktiv və idmanla məşğul olan adamların tez-tez yumurta yeməsi faydalıdır. Çünki yumurtanın tərkibində insan orqanizmi üçün lazım olan zülallar, manqan, dəmir, mis, kalsium və kobalt vardır. Bundan başqa, yumurta qanazlığına qarşı effektiv vasitədir. Həm də sinir sisteminin fosforla qidalanmasının mənbəyi yumurta hesab edilir.

6. Dəniz məhsullarını istədiyiniz qədər yeyin.
Dəniz məhsulları çox faydalıdır. Onların tərkibində yod, zülallar, A və D vitaminləri yetərincədir. Dəniz məsulları (balıqlar) qan damarlarında kirəcləşmənin qarşısını alır. Bu məhsullardan tez-tez istifadə edənlər gözlərinin görmə qabiliyyətindən və yaddaşdan nadir hallarda şikayətlənirlər.

7. Xörək duzu.
Bu qidadan tamamilə imtina etməyin. Sadəcə duzdan istifadəni bacardıqca azaldın. Hipertoniya xəstəliyinin daşıyıcılarına duzlu yemək qəti olmaz. Duzdan tam imtina mədə şirəsinin həlletmə qabiliyyətini azalda bilər. Həm də xörək duzu qanda həmişə müəyyən miqdarda olmalıdır. Amma bu o demək deyil ki, istənilən yemək duzla yeyilməlidir.

8. Spirtli içkiləri tərgidin.

Spirtli içkilər orqanizmi zəhərləyir və yorur. Spirtli içki baş beyinin fəaliyyətini tormozlayır, sərbəst hərəkət və düşünmə qabiliyyətinin qismən itirilməsinə səbəb olur. Spirtli içkilər qan dövranını zəiflədir. Etil spirti qandakı dəmirlə gec sorulan birləşmə əmələ gətirir və insanın təngnəfəsliyinə səbəb olur. Qırmızı şərabdan müalicə məqsədilə istifadə etmək olar.


Şərhlər:
Baxılıb: 1363
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz