Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Xurma haqqında bilmədiklərimiz
Xurma haqqında bilmədiklərimiz
Göndərən: Omurluk seninem
Şərhlər:
Baxılıb: 2861
Səs ver:
Oktyabr və noyabr aylarında yetişən bu meyvənin vətəni Çin və Yaponiya hesab edilir. Buna görə bəzi yerlərdə "yapon xurması" da deyilir. Türkiyədə isə Trabzon xurması adı ilə məşhurdur.
Hazırda ölkəmizdə də geniş səkildə yetişdirilir. Əsasən iki növü var: el arasında ağız büzən ( xurma tam yetişdikdən sonrabu halaradan qalxır) və ağız büzməyən (karalyok) deyilir. Ağızbüzməsinin səbəbi xurmanın həmin növlərində aşı maddəsinin çox olması ilə izah olunur. Ölkəmizdə daha çox Gəncə, Göyçay, Balakən, Zaqatala və Xaçmazda da yetişdirilir. Daxili bazarlarda satılmaqla yanaşı Rusiyaya da ixrac olunur. Bəzi bölgələrimizdə xurmadan doşab da hazırlanır.
Xurmanın tərkibində xeyli sayda zülallar, karbohidratlar, üzvi turşular, antioksidantlar vardır. Eləcə də kalsium, maqnezium, dəmir, fosfor, A, C vitaminləri ilə zəngindir. Antioksidantları xüsusilə vurğulamaq lazımdır. Çünki antioksidantlar bədənə düşən toksinləri, zərərli maddələri orqanizmdən çıxarmağa kömək edir.
Bu meyvə ürək-damar sistemi xəstəliklərinin müalicəsində əhəmiyyətlidir. Tərkibində çoxlu sayda şəkər, qlükoza olduğundan ürək-damar sisteminə yaxşı təsir göstərir. Lakin şəkərli diabet xəstələrinə və piylənmədən əziyyət çəkənlərə tövsiyə olunmur.
Xurma eyni zamanda qansızlıq, vitamin azlığı, mədə-bağırsaq xəstəliklərində də yararlıdır.Davamlı yeyildikdə ishalı kəsmək, iştah açmaq, mədə qastritinin qarşısını almaq, bağırsaq iltihabını yaxşılaşdırmaq kimi xüsusiyyətləri var.
Həzm fəaliyyətini asanlaşdırır. Tərkibindəki maqnezium böyrəklərdə daşın əmələ gəlməsinin qarşısını alır.Sidikqovucu təsirə də malikdir. Əsəb sisteminə də müsbət təsir göstərir. Stress və gərginliyi azaldaraq bədənə rahatlıq verir.Xurma müxtəlif vitaminlərlə zəngin olduğundan hamilə xanımlara da faydalıdır.
Tərkibindəki A vitamini bədənin müqavimətini artırır, dəmir isə qan azlığı baxımından faydalıdır. Xurma yeməklə dəmir ehtiyacının bir qismini qarşılamaq mümkündür.


Şərhlər:
Baxılıb: 2861
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz