Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qarpız haqqında bilmədiklərimiz
Qarpız haqqında bilmədiklərimiz
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1461
Səs ver:
Yay mövsümünün ən dadlı nemətlərindən biri də qarpızdır.
İyul-avqust ayları qarpız mövsümü hesab olunur. İyul ayının yarısını geridə qoysaq da, hələ bir çoxları qarpız almağı təhlükəli sayır. Bu cür düşünənlərin fikrincə, hazırda satışa çıxarılan qarpızların dərmanla yetişdirilmə ehtimalı çox yüksəkdir. Bəs qarpız alarkən aldanmamaq üçün nələrə diqqət etməliyik? Qarpızın yetişməsini və keyfiyyətini hansı üsullarla müəyyən etmək olar?

Məlumat üçün bildirək ki, qarpızın tərkibində su, şəkər, azotlu maddələr, mineral maddələr və digər bir sıra vitaminlər vardır. Qarpızın növlərini formasına, ölçüsünə, görüntüsünə, qabığının qalınlığına görə fərqləndirmək mümkündür. Qalınqabıqlı qarpızlar daşınma və saxlanma üçün daha əlverişlidir. Təzə qarpız təmiz, bütöv, sağlam və öz növünə xas rəngdə olur.

Yetişmiş qarpızlara barmaqla vurarkən "küp" səsi verir

Yetişmiş qarpızın saplağı, yanındakı bığcığı quruyur, növə məxsus naxışı tam aydınlaşır. Yetişmiş qarpızlara barmaqla vurarkən "küp" səsi verir. Səthi parlaq olan qarpızları kəsərkən, adətən, yetişmiş çıxır. Keyfiyyətli qarpız bütöv, zədəsiz və quru saplaqlı olmalıdır. Qarpızın üzərində sarı ləkələr çoxdursa, bu o deməkdir ki, qarpızın çiy çıxma ehtimalı yüksəkdir. Belə qarpızlar həm də şirin olmur. Ona görə də qarpız seçərkən bu məqama diqqət etməyinizdə fayda var.

Qarpızı kağıza büküb, 4 ay saxlamaq olar

Qarpız alarkən onun saxlanma yerinə də fikir verməyinizdə fayda var. Belə ki, qarpızın hansı şəraitdə saxlanması və satış şəraiti çox önəmlidir.

Məsələn, sanitar gigiyenik qaydalara görə, istər ticarət şəbəkələrində, istərsə də evlərdə qarpız qapalı yerlərdə, həm də saplağı yuxarı olmaq şərtilə saxlanılmalıdır.

Qarpızı bir neçə qat kağıza büküb, sərin yerdə, çanta və ya torbada 4 ay saxlamaq olar. Doğranmış qarpız dilimlərini üstü bağlanan plastik və polietilen qabda qablaşdırıb donduraraq, mənfi 18 dərəcə temperaturda saxlamaq mümkündür.

Qarpızın faydaları

Bəs qarpızın insan orqanizmi üçün hansı faydaları var? Qarpız, ilk növbədə, susuzluğa faydalıdır. Belə ki, insan orqanizmi üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır. Qarpız yeməklə öd ağrılarını azaldıb, qan təzyiqini tənzimləmək mümkündür.

Hələ qədim zamanlardan dədə-babalarımız qarpızın suyunu bal və zəncəfillə qarışdırıb içməklə bəlğəmi kəsiblər.

Bir çox ailələrdə uşaqlar qarpız tumunu yeyərkən valideynlər buna əsəbiləşirlər. Halbuki qarpızın tumu da çox faydalıdır.

Məsələn, böyrək daşından əziyyət çəkən böyüklərin qarpız tumunu yemələrində fayda var. Belə ki, qarpız tumu böyrək daşını salır. Qarpız qabığından bişirilmiş mürəbbə sinə, mədə ağrısı üçün faydalıdır, həzm zəifliyini aradan qaldırır.


Şərhlər:
Baxılıb: 1461
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz