Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazanda düzgün qidalanma
Ramazanda düzgün qidalanma
Göndərən: Narın Yağış
Şərhlər:
Baxılıb: 1729
Səs ver:
1. Bol su için
Bu il çox isti keçəcəyi təxmin edilən Ramazanda gün içində itirdiyimiz suyu təkrar qazanmaq üçün iftardan sahura qədər olan müddətdə orta hesabla 2 litr su içməliyik. İçdiyimiz digər isti və ya soyuq içkilər əsla suyu əvəz edə bilməz.

2. İçkilərə şəkər qatmayın
Günümüzün şərtlərinə görə, artıq bir çoxumuz oturaq (hərəkətsiz) həyat tərzi keçiririk. Bu da qəbul etdiyimiz kalorilərin xərclədiklərimizdən daha çox olmasına səbəb olur. Bu vəziyyətdə qəbul etdiyimiz kaloriləri azaltmağımızı təmin edəcək bir addım da çay və ya qəhvə kimi içkilərə əlavə etdiyimiz şəkəri azaltmaq, hətta həyatımızdan çıxarmaq olacaq. Bir həftə müddətində şəkərdən uzaq dayandığınız təqdirdə, bu dada alışacaq və daha əvvəl içdiklərinizin sadəcə şəkərli su olduğunu anlayacaqsınız.

3. Duzu süfrənizdən götürün
Ölkəmizdə dünya standartlarına görə, 3 dəfə daha çox duz istifadə edildiyini bilirdinizmi? Bu vəziyyət hər şeydən əvvəl sağlamlığımız üçün böyük bir təhlükədir. İstifadə etdiyimiz duz miqdarını azaltmaq üçün ilk olaraq süfrəyə gələn yeməyə duz tökməməyə diqqət etməliyik. Önümüzə gələn yemək duzlu və ya duzsuz da olsa, yeməyi olduğu kimi yeməyə adət etməliyik. Beləcə, bir yeməkdən çox duz almış olsaq da, sonrakı yeməyin duzsuz olması gündəlik duz balansını pozmaz. Buna vərdişi etdikdən sonra həyata keçirməyimiz lazım olan ikinci mərhələ də, bişirdiyimiz yeməklərə əlavə etdiyimiz duz miqdarını azaltmaq olmalıdır.

4. Ağ çörəkdən istifadə etməyin
İşlənmiş çörək olan ağ çörək yerinə, daha təbii olan (buğda, çovdar və s.) çörəklərdən istifadə etməyə çalışın. Bu cür tam taxıllı çörəklərin tərkibi zəngin olduğu üçün insanın daha uzun müddət tox qalmağını təmin edər və qan şəkərinizin normal olmasına kömək olar. Ramazanda xəmir yeməklərindən olduqca az yeməyə diqqət göstərməliyik.

5. Yemək vaxtlarınıza diqqət yetirin
Ramazanda yalnız iftar və sahura yüklənmək yerinə, az və tez olacaq şəkildə qidalanmağa çalışmalıyıq. İftar ilə sahur arasındakı müddətdə yeməklərinizi 4-5 paya bölərək yesəniz, Ramazanda oruc vaxtlarımızı daha rahat keçirərsiniz.

6. Sahura laqeyd yanaşmayın
Xüsusilə erkən qalxıb işə gedənlər üçün sahura qalxmaq ümumiyyətlə çox çətin olur. Ancaq bu il çox uzun saatlar boyunca oruclu qalacağımızı unutmamalıyıq. Yalnız bir əvvəlki gecə edilən iftar ilə oruc tutmaq sağlam bir vəziyyət olmadığına görə, sahura qalxıb bu payı mütləq yeməlisiniz.

7. Sahura doğru qidalar seçin
Sahurda duzlu və bizi narahat edə biləcək qidalardan uzaq dayanmalıyıq. Burada bədənimizi tanımaq və hansı qidaların bizi narahat etdiyini bilmək çox əhəmiyyətlidir. Bol su və göyərtidən istifadə etməliyik. Bunun yanında sahurda yeyəcəyimiz yumurta, ağ pendir və tam taxıllı çörəklər bizi daha uzun müddət tox tutacaqdır. Çox yağlı qidaların mədəni gün ərzində narahat edə biləcəyini və kilonuzun artmasına səbəb ola biləcəyini unutmayın!

8. Yemək bişirərkən duru yağdan istifadə edin

Duru yağlar (zeytun yağı, günəbaxan yağı, fındıq yağı və s.) ürək dostu yağlardır.
Bu səbəblə yeməklərimizi  bu yağlardan istifadə edərək bişirməyi vərdiş halına gətirməliyik.

9. İstifadə etdiyiniz yağ miqdarını azaldın

Ət və ya ətli tərəvəz yeməkləri bişirərkən heç yağ əlavə etmədən öz yağında bişirin.
Ətsiz tərəvəz yeməkləri üçün isə 1 kq tərəvəz üçün ən çox 2 yemək qaşığı duru yağdan istifadə edin.

10. Boşqablarınızı kiçildin

Ramazanda bir çox adamdan eşitdiyimiz "Bir qab şorba içdim, doydum" sözünü bu dəfə həyata keçirmənin zamanı gəldi. Bu il iftar süfrəsində boşqablarınızı (porsiyalarınızı) azaltmağa diqqət edin. İftar süfrələrini normala görə daha sürətli toxluq hiss yaratdığına görə, iftardan sonra yeməyə davam etsəniz, bu, gecə boyu sizə narahatlıq verə bilər. Bu səbəblə iftar süfrələrindən narahat olmadan qalxmağa diqqət göstərək.

Allah cümlə müsəlman bacı, qardaşların orucunu qəbul etsin!


Şərhlər:
Baxılıb: 1729
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz