Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nə yeyirik?
Nə yeyirik?
Göndərən: pozitiv
Şərhlər:
Baxılıb: 1072
Səs ver:
Dünya alimləri genetik modifikasiya olunmuş ərzaq məhsullarının ziyanı və faydası barədə uzun-uzadı mübahisə etdikləri bir zamanda milyonlarla insan heç nədən xəbəri olmadan həmin məhsullardan istifadə etməkdədir. Ekoloqlar da həyəcan siqnalı çalırlar. Çünki genetik dəyişmiş formaların ekosistemlərdə fəlakətli dəyişiklik gətirəcəyindən ehtiyatlanırlar. Genetik modifikasiya edilmiş orqanizmlərin yetişdirilməsi problemi ilə bağlı ekoloji risklərdən başqa qida riskləri də mövcuddur. Elə buna görə də ABŞ və Avropa ölkələrində transgen məhsullar ayrıca satılır və diqqətlə markalanır. Bu məhsullar xeyli ucuzdur. Bizdə isə transgen məhsullar markalanmır. Adi məhsullarla bir yerdə satılır və qiyməti də elə onlarla bərabərdir. İranda, Hindistanda genetik modifikasiya edilmiş məhsulların satışı geniş vüsət alıb. Alimlər iddia edirlər ki, insanın qidalanma zəncirinə transgen məhsulların daxil edilməsi yeni xəstəlik törədici bakteriyaların yayılmasına gətirə bilər. Amma qidalanmada transgen məhsullardan istifadənin necə riskli olduğunu başa düşmək üçün bir neçə onillik və genetik modifikasiya edilmiş orqanizmlərlə qidalanmış bir neçə nəslin dəyişilməsi lazımdır. Alimlər siçanların üzərində apardığı eksperimentlərlə fiziki deqradasiya, allergiya, imunitetin aşağı düşməsini üzə çıxarıb. Problem ondadır ki, gen mühəndisliyinin fəsadlarını aradan qaldırmaq gec ola bilər. Gen mühəndisliyi sürətli inkişaf yolu keçməkdədir və onun inkişafı bəşəriyyətin tərəqqisinə misilsiz töhfələr versə də, onun mənfi tərəfi də var. Azərbaycan MEA İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva deyir ki, bioetikanın cəmiyyət üçün əhəmiyyətliliyinə heç bir şübhə yoxdur: "Ancaq bu barədə həm də narahatlıqla danışmaq lazımdır. Hazırda gen diaqnostikası, gen terapiyası və nanatexnologiyaların sürətli inkişafı nəticəsində insan genləri ilə manipulyasiyanı tənzimləməyə yönəlmiş qanunvericilik normalarının hazırlanması aktuallıq kəsb edir. Özlərini xeyriyyə layihələri kimi göstərən bu transmilli proqramları korporativ münasibətlərə və biznes sisteminə transformasiya edərək milyonlarla insanın həyatı üçün ciddi təhlükə yaradıla bilər". Direktor qeyd edir ki, bioetika elmi Azərbaycanda inkişaf etməyib. Təbii olaraq, bu sahədə mütəxəssislər yox dərəcəsindədir. Bura biologiya və tibb elminin, onun yeni texnologiyalarının inkişafı daxildir. Bioetika üzrə konvensiyalar UNESCO tərəfindən qəbul olunub. Bu sənədlər etik və mənəvi baxımdan çox vacibdir. Məsələ ondadır ki, elmi icadların sonradan insanlara hansı fəsadlar verəcəyini çox vaxt alimlər bilmirlər. İnsan hüquqları müasir elmin, yeni texnologiyaların inkişafından nə qədər müdafiə oluna bilir sualına cavab çox aktullaşıb. A.Mustafayeva bu qənaətdədir ki, insan hüquqlarının müdafiəsi elmin inkişafı ilə ayaqlaşmır: "Dünya bu problemlə artıq 20 ildir məşğuldur. Azərbaycan isə bu sahədə çox geridə qalıb. Buna görə də biz bu il bioetikaya aid beynəlxalq sənədlər toplusunu və bioetikaya aid terminlər lüğətini nəşr etdirdik. Məqsədimiz odur ki, başladığımız işi məntiqi nəticəyə çatdıraq". A.Mustafayeva vurğuladı ki, bioloji təhlükəsizlik böyük problemdir. Ölkəmizə xaricdən təkcə hazır qida məhsulları deyil, həm də heyvanlar üçün yem, genetik modifikasiya edilmiş komponetlərlə zəngin qida əlavələri gətirilir. Nəticədə yerli məhsullar təhlükə altına düşür: "Bu kimi məhsulun başqa ölkələrə ixracatçıları bunu aclıq çəkən ölkələrə yardım niyyəti ilə izah edirlər. Azərbaycan aclıq çəkən ölkə deyil, etnik və coğrafi cəhətdən elə nadir ölkədir ki, o qədər də böyük olmayan ərazidə müxtəlif iqlim və landşaft zonaları var. Azərbaycanın meyvə-tərəvəzləri Rusiyada olduğu kimi, bütün dünyada "brend"ə çevrilə bilər. Onların təbii, keyfiyyətli və ən başlıcası isə təhlükəsiz olması məhsullarımıza bütün dünyada tələbatı artırar. Biz bazarımızın eksperimental genetik modifikasiya edilmiş məhsullarla dolmasına imkan verməməliyik. İnsan hüquqları baxımından problem ondadır ki, bu barədə cəmiyyətdə informasiya yoxdur. Milli genofondumuz təhdid altındadır. Bu həm də ekoloji təhlükəsizlik problemidir".


Şərhlər:
Baxılıb: 1072
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz