Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Çayla bağlı qadağalar
Çayla bağlı qadağalar
Göndərən: Wiyinka
Şərhlər:
Baxılıb: 1876
Səs ver:
Çayın zərərləri
Çayın insan orqanizminə xeyirli tərəfləri haqqında yəqin ki, çox eşitmişiniz, amma onun insan orqanizmi üçün zərərli cəhətləri də vardır və məhz hansı hallarda çay içməyin fayda deyil, ziyan verdiyini bilmək gərək ki, maraqlı olar. Ona görə də bu içkinin qəbuluna düzgün yanaşma tətbiq etmək lazımdır. Çin çay mədəniyyətində çayın zərər yetirə biləcəyi hallar ilə bağlı xüsusi mühakimələr formalaşıb və onlar "On çay qadağasında” toplanmışdır.

1. Ac qarına çay
Ac mədəyə tünd çay içdikdə, çayın sərinləşdirici təbiəti insan orqanizminə daxil olur və bu zaman o, mədə və dalağı soyuda bilər, bu isə "ac canavarın evə girməsinə” bərabərdir. Hələ qədim dövrlərdə Çində ac qarına çay içməməyi tövsiyə edirdilər

2. Qaynar çay
Həddindən artıq isti çay boğazın, qida borusunun və mədənin qıcıqlanmasına səbəb olur. Qaynar çaydan uzunmüddətli və davamlı istifadə bu orqanların ciddi xəsarət almasına və şəkil dəyişməsinə səbəb ola bilər. Əcnəbi alimlərin araşdırmasına əsasən 62 dərəcədən yüksək temperatura malik çay içdikdə, bu mədə divarlarının həssaslığını və zədələnmə meylini artırır və müxtəlif mədə xəstəliklərinin əlamətləri ilə müşayiət olunur. Çayın temperaturu 56 dərəcəni aşmalı deyil.

3. Soyuq çay
Eyni zamanda isti və qaynar çay insana gümrahlıq gətirdiyi və insanın şüur və nəzərlərini daha açıq və oyaq etdiyi halda, soyuq çat əks effektlər verir: soyuqdan durğunluq yaranır və rütubətlik artır.

4. Olduqca tünd çay
Çayın tərkibindəki yüksək kofein və tanin miqdarı baş ağrısına və yuxusuzluğa gətirib çıxara bilər.

5. Çox dəm almış çay
Əgər çayı həddindən artıq uzun müddət ərzində dəmləsən, çay polifenolları və efir yağları öz-özünə turşulaşmağa başlayır. bu çayı təkcə şəffaflıqdan, ləziz daddan, keyfiyyət və gözəl ətirdən məhrum etmir, həm də çayın yarpaqlarındakı C və P vitaminlərinin, amin turşularının və digər dəyərli maddələrin turşulaşması nəticəsində çayın qidalandırıcı xüsusiyyətini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə dəmdə olarkən çay ətraf aləmin təsirinə məruz qalır, əgər çay istidə həddindən artıq əldən düşərsə, onda onun tərkibindəki mikro orqanizmlərin (bakteriya və göbələklər) artmasına səbəb olur.

6. Təkrar və dəfələrlə dəmlənmiş çay
Adətən üçüncü və ya dördüncü dəmdən sonra çay yarpaqlarında demək olar ki, heç nə qalmır. Eksperimentlər göstərir ki, birinci dəmləmə çay yarpaqlarındakı xeyirli maddələrin demək olar ki 50%-nı çıxarır, ikincisi isə 30%, üçüncü dəmdə bu cəmi 10% edir. Dördüncü dəmdə də 1-3% əldə etmək mümkün ola bilər.
Əgər çayı dəmləməyə davam etsəniz, onda içkinin tərkibində zərərli maddələr də peyda olacaq, bu maddələr çay yarpaqlarının çox cüzi hissəsinin tərkibində olur. Çay dəmləndikdə onlar ən axırda cövhərin tərkibinə daxil olur.

7. Yeməkdən öncə çay
Yeməkdən öncə içilmiş böyük miqdarda çay selikli qişanın yuyulmasına səbəb olur ki, bu zaman yemək sizə dadsız görünür, həmçinin həzm orqanları tərəfindən proteinin mənimsənməsində ləngimə baş verə bilər. Beləliklə, çayı ən azı yeməkdən 20-30 dəqiqə əvvəl içsəniz daha yaxşıdır

8. Yeməkdən dərhal sonra çay
Yeməkdən dərhal sonra istənilən zəngin içki mədə şirəsinin konsentrasiyasının nəzərə çarpacaq qədər azalmasına gətirib çıxarır, bu isə həzmi zəiflədir və bütün həzm orqanlarının fəaliyyətini pozur. Əgər yeməkdən sonra çay içmək istəsəniz 20-30 dəqiqə gözləyin.

9. Çayla dərman içmək
Çayın tərkibində olan aşılayıcı maddələr parçalanaraq tanin əmələ gətirir, bu maddənin təsiri nəticəsində isə bir çox dərmanlar qalıq verir və yaxşı həll olunmur.
Buna görə də çinlilər deyir ki, çay dərmanı dağıdır.

10. Dünəndən qalmış (köhnə) çay
Bir sutkadan artıq ömrü olan çay nəinki tərkibindəki vitaminləri itirir, həm də bakteriyaların formalaşması üçün ideal ortama çevrilir. Əgər çay korlanmayıbsa onu müalicəvi məqsədlər üçün istifadə etmək olar, amma yalnız zahirdən istifadə olunan vasitə kimi. Belə ki, gün ərzində qalmış çayın tərkibi turşular və ftorla zəngindir, onlar isə kapillyarlardan qanaxmanın qarşısını alır. Ona görə dünəndən qalma çay ağız boşluğunda iltihablar, dildə ağrılar, ekzema, damaqların qanaması, dəri səthində zədələr zamanı kömək edir. Həmçinin göz qapaqlarında müəyyən qızartılar yarandıqda və ya ağladıqdan sonra gözləri çayla silmək xeyirlidir.


Şərhlər:
Baxılıb: 1876
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz