Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Hansı vitamin hansı xəstəliyin səbəbi?
Hansı vitamin hansı xəstəliyin səbəbi?
Göndərən: Ayten Melek
Şərhlər:
Baxılıb: 2178
Səs ver:
Vitamin əskikliyinin xəstəliklərə yol aça biləcəyi ilk olaraq 1896-cı ildə aydın olur və bu nəticə ortaya çıxır:
 
C vitamini əskikliyində dəri və diş əti problemləri.
A vitamini əskikliyində görmə problemləri.
D vitamini əskikliyində sümük problemləri.
B vitamini əskikliyində dəri və sinir sistemi problemləri meydana gəlir.
Vegeterian qidalananlarda hqyvansal qida qəbul etmədiklərindən  B12 vitamini əskikliyi görülür. Bu səbəblə bu qidanı  seçən kəslərə tədbir məqsədli B12 vitaminini təklif edilir.
 
Yalnız qeyri-kafi qidalanma üzündən olmur
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə qidalanma problemlərindən qaynaqlanan vitamin əskikliklərinə çox  rast gəlinmir. Bununla birlikdə vitamin əskikliyi yalnız qeyri-kafi qidalanmamaya bağlı olaraq ortaya çıxmır. Həyatımızın dəyişik dövrlərində artmış ehtiyacın (körpəlik, hamiləlik, yetkinlik) qarşılana bilməməsi, diyabet, böyrək çatmazlığı, bağırsaqdan əmillmə pozğunluğuyla yaranan xəstəliklər, mədə əməliyyatları, sıx spirt istifadəsi kimi bir çox vəziyyətdə əskikliklər ortaya çıxa bilir.  Vitamin müalicəsi deyildiyində bu risk qruplarına xüsusi müalicə edilməsi lazımdır. Ancaq indiki vaxtda təbii qidalarla alınması lazım olan vitaminlər ehtiyac meydana gəlmədən dərman olaraq təsadüfi alınır.
 
Çox alınan A, D, K vitaminlərinə diqqət!
Vitaminlər kimyəvi xüsusiyyətlərinə görə suda əriyən və yağda əriyən vitaminlər olmaq üzrə iki qrupa ayrılır. B və C vitaminləri suda əriyə bildiyi üçün bədənimizdə anbar edilməsi söz mövzusu olmur. Bu səbəblə əskiklikləri yağda əriyən vitaminlərə görə daha çox görülür. Çox qəbul edilmələri bədəndə təcrübə etmədiyi üçün çox vaxt problem meydana gətirmir. Yağda əriyən vitaminlər (A, D, E, K vitaminləri) çox alındığında bədəndə yığılır və idarəsiz istifadə edildiyi zaman "hipervitaminoz" deyilən vitamin çoxluğuna yol aça bilir. Vitamin əskikliyinin sağlamlıq problemi olması kimi çoxluğu da sağlamlıq problemlərinə səbəb ola bilir.
 
D vitamini çox alındığında: Kalsium çoxluğunun yanında, D vitamini zəhərlənməsinə gətirib çıxarır. Artmış D vitamini bədəndə çox kalsium əmilməsinə, bu səbəbdən ciddi kalsium çoxluluğuna səbəb olur. Bu da ürək və böyrək sağlamlığı baxımından ciddi və əhəmiyyətli nəticələr doğurur.
 
A vitamini çox alındığında: Dəridə tündləşməyə, baş içi təzyiqinin artmasına, şiddətli baş ağrısına, görmə problemlərinə səbəb ola bilir.
 
K vitamini çox alındığında: Qanın laxtalanmasına istiqamətli problemləri ortaya çıxara bilir.
 
Çox D vitamini almaq qandakı kalsiumu artırır
Vitamin istifadəsi ilə qarşılaşılan problemlər bu dərmanlayarın dərman kimi qiymətləndirilməyib günahsız və zərərsiz sanılmaları kimi səhv bir qanıdan qaynaqlanır. Hal belə olunca həkim təklifi olmadan, idarəsiz və şüursuz vitamin istifadəsi dəyişik sağlamlıq problemlərinə də yol aça bilir. Xüsusilə ehtiyacdan çox alındığında bədəndə anbar edilə bilən yağda əriyən vitaminlərin çoxluğuna daha çox rast gəlinir.  Çox alınan vitaminlər, bəzi sağlamlıq problemlərinə yol aça bilir:
 
D vitamini çoxluğu qan kalsium səviyyəsində artmağa və buna bağlı olaraq əzələ krampları, ürək ritim problemləri, qəbizlik kimi problemlərin meydana gəlməsinə səbəb olur.
 
A vitamini çoxluğu beyin təzyiqinin artmasına, əzələ gücsüzlüyünə, baş ağrısına, görmə problemlərinə gətirib çıxarır.
 
C vitamininin bədəndə yer edilməməsinə baxmayaraq sidiklə atıldığından bəzi böyrək daşlarının meydana gəlməsini təmin edir.
 
Son vaxtlarda edilən elmi işlər də yüksək dozada istifadə edilən E və C vitaminlərinin ağciyər xərçənginin meydana gəlməsini artırdığını göstərir.
 
Yenə edilən işlərdə yüksək doza A, C və E vitamini istifadə etmənin mədə-bağırsaq, prostat xərçəngində xərçəng inkişafına səbəb olmasa belə gözlənilən həyat müddətini qısaltdığı, şişin böyüməsinə və irəliləməsinə qatqı təmin etdiyi göstərir.
 
Həkimlə məsləhətləşmədən götürməyin
Gündəlik ehtiyac qədər təbii qidalardan alınan vitaminlərin hər hansı bir problemə gətirib çıxarmadığı bilinir. Bu səbəblərdən ötəri ehtiyac qruplar xaricində sağlam qidalanmanın vitamin qəbulu üçün kafi olduğu, əlavə vitamin ehtiyacının isə həkim tövsiyəsinə görə planlanmasının lazımlılığı vurğulanır.
 
Hansı dövrdə hansı vitamin?

Süd uşaqlığı dövrü: D Vitamini
Hamiləlik: Folik turşu
Böyrək çatmazlığı olanlar və diyaliz xəstələri: Folik turşu, D vitamini
Mədə və bağırsaq əməliyyatı keçirənlər: B12 vitamini
Bağırsaqdan əmiləm problemi ilə seyr edən xəstəliklər: D vitamini, B12
Çox spirt istifadəsi: B1, B12
Şəkər xəstələri: B1, B6
Vegeteriyan: B12

/Mənbə:Qadınlar.Biz/


Şərhlər:
Baxılıb: 2178
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz