Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazanda sağlamlıq problemlərinə qarşı nə etməli?
Ramazanda sağlamlıq problemlərinə qarşı nə etməli?
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 2761
Səs ver:
Maddələr mübadiləsində əhəmiyyətli dəyişikliklər olarmı? 

Oruc əsnasında gün boyunca qan şəkəri və təzyiq düşür. Ayrıca bədən istiliyi azalır, üşümə, halsızlıq, baş ağrısı yaşana bilir. Bu səbəblə mütləq sahura qalxılmalıdır.

 


Kafi su qəbul etməsək nə olar?

Su qəbuluna diqqət edilməzsə, bədənin su nisbəti azalaraq, su-duz tarazlığı pozulduğu üçün depressiya, konsentrasiya çətinliyi, mürgüləmə, mədə ağrısı, həzmsizlik, təzyiq düşməsi kimi bir çox sağlamlıq problemi yaşana bilər. İftarda az - az su içməyə başlayaraq sahura qədər mütləq gündəlik su ehtiyacımızı qəbul etməliyik.

 


Ramazanda qəbizlik yaşana bilərmi? 

Uzun sürən aclıq səbəbiylə maddələr mübadiləsinin yavaşlaması və qeyri-kafi maye qəbulu bəzi insanlarda qəbizlik problemi ortaya çıxara bilər. Bunu önləmək üçün yaxşı qidalanmaq lazımdır.

İftarda tərəvəz və salat qəbuluna yer vermək, iftardan sonra şirin yerinə mövsüm meyvələrini seçmək həll ola bilər. Hətta ərik və ya ərik kompotu qəbul edərək  maye qəbulu tarazlalana bilər. Xüsusilə hərəkətsiz insanların iftardan sonra edəcəyi qısa yerişlər həm qəbizliyə həm də həzm problemlərinə yaxşı gəlir. Xüsusilə yuxu əvvəli kafeinli içkilər qəbul edilməməlidir.

 


Həzm sistemimizi yormamaq üçün nələr edə bilərik?

Ramazan ayı boyunca balanssız və sağlamsız qidalanan insanlarda başda mədə - bağırsaq xəstəlikləri olmaq üzrə bir çox xəstəlik meydana gəlmə riski də artır. Yeməkləri kiçik loxmalar halında, yaxşı çeynəyərək və yavaş yeməyin hələ hazır olmayan həzm sistemi üçün köməyi böyükdür.

İftarda əvvəl şorbayla başlayıb yarım saat ara verdikdən sonra ana yeməyə başlamalıyıq. Ayrıca yağlı və ağır qidalar qəbul edilib ardından yatdığında ciddi  mədə narahatlıqları yaran bilər. Sahurda yağlı və ağır qidalar yerinə daha yüngül, yağ nisbəti aşağı, gündəlik alınması lazım olan zülal ehtiyacının qarşılanması baxımından zülal tərkibi yüksək, qan şəkərini sürətlə yüksəltməyən kompleks şəkərlərdən yaranan bir pay olmalıdır.

 


Ramazan ayında qidalanma səhvləri nələrdir?

-Sahura qalxmamaq

-Sahurda çox miqdarda yağlı qidalar qəbul etmək

-İftarda çox miqdarda, tez və çox növdə yemək qəbul etmək

-Qan şəkərini sürətlə yüksəldən qidaları az yemək

-Kifayət qədər maye qəbul etməmək.

 


Sahurda nələr yeməliyik?

Sahura mütləq qalxılmalıdır. Ancaq sahurda yüngül naharlıqlar qəbul etməkdə mədə baxımından fayda var. Sahurda qəbul edilən qidaların miqdarı və növü çox əhəmiyyətlidir. Sahurda yağlı və ağır qidalar qəbul edildiyində maddələr mübadiləsinin sürəti yavaş olduğundan bədənə alınan qidaların yağa çevrilməsi daha çox olacaq. 

Süd, pendir, zeytun, kəpəkli çörək, şorba, pomidor, xiyar, bibər, cem kimi naharlıq qidalar və ya süd, yulaf  meyvə kimi qidalardan ibarət olan yüngül bir nahar qəbul etmək ən doğrusudur. Unudulmamalıdır ki, bütün günü su içilməyəcəyindən  sahurda bol maye alınmalıdır. Sahur yeməyinizi yedikdən ən az yarım ya da bir saat sonra yatmağa getmənizi təklif edərəm.

 


İftarda nələr yeməliyik?

İftarda çox miqdarda yemək yemək boş olan mədəyə yüklənilməsinə səbəb olacaq. Bu vəziyyətdə həzm çətinləşəcək, mədədə ağırlıq, turşuma, yanma, bulanma meydana gələcək, bağırsaqlarda qəbizlik, köpmə
 kimi sağlamlıq problemləri yaşanacaq. 

Bu səbəblə ilk oruc açıldığında xurma, pendir, pomidor, zeytun, kəpək çörəyi kimi naharlıqlar və ya şorba, ətli tərəvəz yeməyi kimi yüngül yeməklərlə iftara başlanmalı, həzmə zaman tanıyaraq 15-20 dəqiqə sonra az yağlı ya da qızardılmış ət yeməyi, quru paxlalı, tərəvəz yeməyi, salat, ayran kimi yeməklərlə davam edilməlidir.

 


Kimlər sağlamlıq baxımından oruc tutmamalıdır?

Xüsusilə hamilə və əmizdirən qadınların, şəkər, təzyiq, hipoglisemi, ürək, qaraciyər və böyrək xəstəliyi olan fərdlərin, davamlı dərman istifadə edənlərin, riskli və yüksək diqqət tələb edən işlərdə işləyənlərin, böyümə və inkişaf çağındakı uşaqların, davamlı səyahət halında olanların, ruh sağlamlığı xarab olanların oruc tutmaması lazımdır.

 


Ramazanda kilo almamaq üçün nələr etməliyik?

- Mütləq sahura durun.

- İftarda mədənizi çox doldurub bütün gün yeməniz lazım olanları tək bir naharda qəbul etməyin.

- Bol su için.

- Sütlü şirinlər seçin.

- Bolca meyvə və tərəvəz qəbul edin.

- Həftədə iki dəfə sütlü şirin qəbul edib digər günlərdə meyvə və ya quru meyvəni şirin olaraq istifadə edin.

- İftardan 1-2 saat sonra yüngül qaçış və ya bir az məşq edin.

- Yeməklərin suyunu qəbul etməməyə çalışın bu şəkildə daha az yağ almış olarsınız.

- Yavaş yeyin və mütləq yaxşıca çeynəyin.


/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2761
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz