Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Ramazan ayında bu səhvləri etməyin
Ramazan ayında bu səhvləri etməyin
Göndərən: Pure Love
Şərhlər:
Baxılıb: 1648
Səs ver:
1. Səhv: İftardan sonra  idman etmək
İdman etmək, xüsusilə zəngin ramazan süfrələrində qarınını doyurmuş olan sağlam kəslərdə belə infarkt, ritim pozğunluqları və ya huşunu itirmə kimi mənfi nəticələnməyə səbəb ola bilir. Ürək xəstələrinin isə ayrıca diqqət yetirmələri lazımdır. Çünki ürək damarları tıxalı olan bir adamda, ürəyə gedən qan miqdarı onsuz da az olur. 

Yemək sonrası qanın bir miqdarı həzm sisteminə doğru yer dəyişdirəcəyi üçün bu miqdar daha da azalır. Buna əlavə olaraq ürəyin qan ehtiyacını qat - qat artıran futbol kimi ağır idmanlar edilsə, sinə ağrısı, nəfəs darlığı və ritim pozğunluqlarına bağlı ürək tutması olabilir. Hətta adam həyatını belə itirə bilir.

2. Səhv: İftarda mədəni tez - bazar doyurmaq
İftarda mədəni tez - bazar doyurmaq, qanın həzm sisteminə hücum etməsinə səbəb olur. Bu da ürəyə və beynə gedən qanın nisbətən azalmasına, bunun nəticəsində də sinə ağrısına, hətta huşunu itirmələrə yol aça bilir. Ayrıca diafraqma dolu mədə ürəyə təzyiq edəcəyi üçün ritim pozğunluqlarını da tətikləyə bilir.

3. Səhv: Nizamlı maye qəbul etməmək
Nizamlı maye qəbulu, xüsusilə isti fəsillərdə son dərəcə əhəmiyyətlidir. Ürək damar xəstələri müxtəlif səbəblərlə onsuz da sidik çıxaran dərmanlar istifadə edirlər. Buna əlavə olaraq maye almadıqları təqdirdə böyrəkləri kifayət qədər qanlanamayacağı üçün böyrək çatmazlığı inkişaf riski meydana gəlir. Ayrıca isti havalarda maye və duz itkisii artır. Bunun nəticəsində qan təzyiqi düşə bilir və bu vəziyyət huşunu itirməklə nəticələnə bilir.

4. Səhv: Su yerinə qazlı, duzlu və ya şəkərli içki içmək
İftarda yeməyə başlamadan əvvəl 1 və ya 2 stəkan su içmək lazımdır. Bütün gün itirilən mayenin yerinə qoyulması və doygunluq hissinin meydana gəlməsi baxımından bu çox əhəmiyyətlidir. Qazlı içkilər isə diafraqmanın ürəyə təyziq etməsinə, bunun nəticəsində də ritim pozğunluqlarına və nəfəs darlığına səbəb ola bilir. Duzlu içkilər də qan təzyiqində yüksəlmələrə yol aça bilir. Şəkərli içkilər isə qan şəkərində oynamalara səbəb olub, maddələr mübadiləsisinin pozulmasına gətirib çıxarır.

5.Səhv: Tərəvəz yerinə ət və xəmir yeməkləri
Bütün gün uzun müddətdir istirahət edən həzm sisteminə birdən yüklənmək həm maddələr mübadiləsini həm də qan dövranını mənfi təsir edir. Bu da qan təzyiqi dəyişikliklərinə bağlı istənməyən akut ürək hadisələri ilə nəticələnə bilir. Bu səbəbdən həzmi nisbətən daha asan olan tərəvəz növü qidaları, xüsusilə qırmızı et və xəmir işi qidalara seçmək lazımdır.

6. Səhv: İftar sonrasında bolca  xəmir işi qidalara yer vermək
İftar süfrəsində kolbasa, sosiska və basdırma kimi məhsulları seçmək, gərəksiz yerə duz qəbul etmək xüsusilə hipertansiyon və ürək çatmazlığı xəstələrini mənfi təsir edir. Hipertansif böhranı (qan təzyiqinin həyatı təhdid edici şəkildə yüksəlməsi nəticəsi ibarət yaranan vəziyyət), infarkt, ağciyər şişi kimi ciddi hallara səbəb ola bilir. Yenə şəkərli və xəmir işindən zəngin qidalar qəbul etmək, xüsusilə diyabet xəstəliyi olanlarda şəkər koması kimi mənfiliklər meydana gətirə bilir.

7. Səhv: Süfrədə uzun söhbətlərə dalıb getmək
İftar süfrələrində uzun - uzun söhbət etmək kefli olmaqla birlikdə, bəzi mənfi vəziyyətlər meydana gətirə bilir. Süfrədə nə qədər uzun müddət oturulsa yenilən qida miqdarı da buna paralel olaraq o qədər artır. Bu vəziyyətdə artıqdan alınan duz və kalorilər ürək damar məsləhətini mənfi şəkildə təsir edir. Məsələn uzunmüddətli  ritim pozğunluğuna səbəb ola bilir.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1648
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz