Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qızılca
Qızılca
Göndərən: Bakinka-Angel
Şərhlər:
Baxılıb: 4835
Səs ver:

Qızılca kəskin yoluxucu virus xəstəliyidir. Qızılca virusu - Palynosa morbillarum strukturuna və biloji xassələrinə görə Paramyxoviridae ailəsinə mənsub olub RNT tərkiblidir.


Təbii şəraitdə ancaq insanlar xəstələnirlər.
Qızılca ilə bütün yaşlarda xəstələnmə olur, lakin çox vaxt 1-5 yaş arası uşaqlar yoluxmurlar.
Əgər ana qızılca keçiribsə 3 aylığa qədər bir qayda olaraq, uşaqlarda analarından keçmiş passiv immunitetin olması ilə əlaqədar qızılcaya tutulmurlar. Passiv immunitet uşaqğın yaşı artdıqca azalır, 9 aydan sonra isə itir. Əgər ana qızılca keçirməyibsə körpədə ilk günlərində də qızılcaya yoluxa bilər.
Virus orqanizmə hava-damcı yolu ilə keçir, ümumi intoksikasiya,papulyoz-ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı yuxarı tənəffüs yolları,burun-udlaqdır.
Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur, lakin xarici mühitə virus ifraz edir. Xəstə kataral dövrdə və səpkinin ilk günündə daha yoluxdurucu olur. Səpkinin 4 cü günündən etibarən xəstə digərlərini yoluxdurma qabiliyyətini itirir. Qızılca yüksək yoluxdurucu qabiliyyətli infeksiya olmasına baxmayaraq ( yoluxdurma indeksi 95-96 %) xarici mühitdə davamsızdır. Belə ki, infeksiyanın əşyalar və üçüncü şəxsdən keçməsi mümkün deyildir.
Xəstəliyin gedişatında 3 mərhələ ayırd edilir : kataral, səpki, piqmentasiya. İnkubasiya dövrü əsasən 6-17 gündür, lakin çox hallarda 8-11 gün davam edir. Kataral dövrdə ümumi intoksikasiya əlamətləri meydana çıxır. Öskürək, burundan selikli ifrazatın gəlməsi, hərarətin 38-39 S olması, konyuktivit, qırtlaq ödemi və.s xarakterikdir. Bu dövr 4-5 gün çəkir.
Daha sonra səpkilər dövrü başlayaraq 3-4 gün davam edir. Səpki əvvəl çəhrayı ləkələr şəklində burun ətrafında, qulaq ardında, göz qapaqlarında eləcə də bütün sifətə boyuna və döşün yuxarı hissələrinə yayılır. Bəzən səpkilər bir birilə birləşirlər 2 ci gün gövdəyə və qollara yayılır. 3 cü günü isə bütün bədən səthində olur. Səpkinin bu cür etap şəklində olması qızılca üçün differensial diaqnostik əhəmiyyətə malikdir.

Piqmentasiya dövründə isə səpkilər tündləşir və qəhvəyi rəng alır. Bu dövr 5-8 gündür. Səpkilər itdikdən sonra kəpəkvari qabıqlanma meydana çıxır və üzdə daha yaxşı nəzərə çarpır. Piqmentasiya dövründə xəstənin ümumi vəziyyəti yaxşılaşır, kataral əlamətlər zəifləyir, temperatur normallaşır.
Keçirilmiş qızılcadan sonra uzun müddət asteniya və anergiya vəziyyəti qalır. Bu səbəblə, xəstəlik keçirmiş adamlarda klinik sağalmaya baxmayaraq hələ də bir müddət yorğunluq, ümumi halsızlıq, yuxu pozğunluğu qeyd edilə bilər.
Tədqiqatlar göstərmişdir ki, böyüklərdə uşaqlarda olduğuna nisbətən daha ağır keçir.
Keçirilmiş qızılcadan sonra davamlı immunitet əmələ gəlir.

/Mənbə:Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 4835
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz