Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Başlıca qidalanma rejimləri
Başlıca qidalanma rejimləri
Göndərən: PRETTY_GIRL
Şərhlər:
Baxılıb: 2349
Səs ver:
Şəkər xəstəliyi rejimində şəkər (karbonhidrat) məhdudlaşdırması tətbiq olunar. Xəstənin çay şəkəri, cem, bal, şəkərləmə, şirinlər, quru yemiş, düyü, şabalıd yeməsi qadağan edilər; məhdud nisbətdə ət, pendir, tərəvəz, meyvə və salat yeməsinə icazə verilər.

AŞAĞI KALORİLİ REJİM, həddindən artıq köklərə tətbiq olunar, xüsusilə qızartma ətlərə, tərəvəz və meyvəyə icazə verilər; çörək, xəmir işləri, düyü, quru tərəvəzlər, şokolad, şirinlər qadağan edilər. Yağlı maddələr, souslar, qızartmalar, yağlı pendirlər əldən gəldiyincə məhdudlaşdırılar.

AZ DUZLU REJİM (duzsuz rejim də deyilir),  Möhkəm rejimin təməlini şəkər, düyü və meyvə meydana gətirər (gündə 150 mgr duz alışı). Standart rejim duzsuz çörək, süd və duz miqdarı aşağı olan yeməklərdən meydana gələr (gündə 500 mgr duz alışı). Sərbəst rejimdə yeməklərə duz qoyulmaz; basdırma, sosiska, kolbasa, sosiska, pendir, konservlər kimi duzlu qidalar qaldırılar; bu rejimdə az miqdarda çörək və süd alına bilər (gündə 1 500 - 2 000 mgr duz).
 
AZ ZÜLALLI REJİM, qanda azotlu artıqların səviyyəsinin yüksəldiyi vəziyyətlərdə (sözgəlişi böyrək iltihablanmaları) tətbiq olunar. Gündə 2 000 kalori və yalnız 5 qr zülal verilər. Yağlayara (60 qr kərəyağ) və karbohidratlara bal, alma kompotu, cemlər (çay şəkəri), çay, qəhvə, su, tərəvəz və meyvə suları kimi dəyişik içkilər əlavə olunar.
 
AZ YAĞLI REJİM, damar sərtliyində və qan xolesterol səviyyəs(n)i yüksəkliklərində tətbiq olunar. Heyvansal yağlar, beyin, midyə, qabıqlı dəniz məhsulları, yumurta sarısı kimi xolesterol ehtiva edən qidalar qadağan edilər. Həddindən artıq köklük vəziyyətində də, aşağı kalorili rejimlə birlikdə tətbiq olunar.

YÜKSƏK KALORİLİ REJİM, Bəslənmə pozuqluğu olanlara tətbiq olunar. Gündə 4-5 dəfə müəyyən saatlarda alınan paylarla 3 600-3 800 kalori təmin edilər. Kalori artımı təməldə karbohidratlara bağlıdır; amma zülallar və yağlayar da müəyyən bir ölçüdə artırılar. Qidalar təzə və müxtəlif olmalıdır.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 2349
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz