Bakıda hava
USD 1.0501 AZN
EUR 1.1906 AZN
RUB 0.0165 AZN
TRY 0.4244 AZN
Söhbət otağı
Hansı içki nə zaman içilməlidir?
Hansı içki nə zaman içilməlidir?
Müəllif: Mammadov V.C.
Şərhlər:
Baxılıb: 1506
Səs ver: +10
Sağlığımız üçün sudan başqa digər mayelərə də ehtiyacımız vardır. Bəs hansı içkiləri nə vaxt qəbul etməliyik?
Tədqiqatlara görə yetişgin qadın gündə 2-7 litr, yetişgin kişi isə gün ərzində 3-7 litr maye qəbul etməlidir.
Diyetoloq Pınar Kural Enç, sudan əlavə çayın, mineral suların, kompotların, südün, ayranın, kefirin və şorbaların da gündəlik maye ehtiyacımızı qarşılamaqda təsirli olduğunu bildirir. Enç, hansı mayenin hansı vaxtda qəbulunun düzgün olduğunu belə izah edir:
"Səhər oyanan kimi günə bir stəkan ilıq su ilə başlamaq, bədənimizi bütün toksinlərdən azad etməyə kömək edir. Süd və ayran qəbul etmək əzələ inkişafında əsaslı rol oynayır. Öncəliklə qış aylarında aktivlik azaldığı və metobolizmanın (maddələr mübadiləsinin) yavaşladığından kilonu sabit saxlamaqda yaşıl çay çox əhəmiyyətlidir. Çünki təzə limon sıxılaraq içilən yaşıl çayın həm yağ əridici, həm də metobolizmanı (maddələr mübadiləsini) sürətləndirici təsiri vardır. Yorğunluğu aradan qaldırmaq üçün təzə tərəvəz suyu içmək məsləhətdir. Nanə və heyva qabığının qaynadılaraq içilməmsi mədə bulanmasın qarşısını ala bilər. Soyuqdəymə zamanı isə ıhlamur və adaçayı qəbul etmək faydalıdır."

Gözəl nəfəs üçün cəfəri və kəklikotu suyu
Gicitkən yarpağından dəmlənmiş çay ağız yaralarına faydalıdır. İsti bir stəkana yağsız süd və içinə darçın çubuğu ataraq hazırlanmış içki yaxşı yatmağa kömək edər. Kefir, həzm sisteminin daha nizamlı işləməsini təmin edər və sümük möhkəmliyinin qorunmasında təsirlidir. Cəfəri və kəklikotu suyu nəfəsi daha da təravətli edir. Dietada sıxıntı yaradan əsas mövzulardan biri də həzm sistemində olan qaz problemidir. Əsas yeməklərdən sonra içiləcək olan razyana çayı, bu problemin həllində təsirli rol oynayır. Bundan əlavə şiş problemində mineral suyun içinə nanə və ya cəfəri ataraq içmək, həm C vitamini baxımından, həm də şişin aradan qaldırılması xüsusiyyətinə görə faydalıdır.

/Mənbə: Qadınlar.biz/


Şərhlər:
Baxılıb: 1506
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
Səsvermə
 

Saytımızın film, serial (dizi) bölməsinin olmasını istərdinizmi?

1. Bəli
2. Xeyr
3. Baxdığım başqa sayt var

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
    Boyunuz: sm
    Çəkiniz: kq
    Yaşınız:
    Cinsiniz:
    İdeal Çəkiniz: kq
    Fərq: kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz