loading...
Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
++++++++Bol- bol gülün!
++++++++Bol- bol gülün!
Göndərən: GuNaY ALiYeVa
Şərhlər:
Baxılıb: 629
Səs ver:
İmmunitet sisteminə yaxşı gələn gülmə, ağrıya dayanıqlılığı da artırır...
İsveçrədəki Zürih Universitetinə bağlı Psixologiya İnstitutunda vəzifəli Prof. Dr. Willibald Ruch, bir müddətdən bu yana davam etdirdikləri elmi araşdırmaların, gülmənin immunitet sistemini gücləndirib, insanın sağlamlıq sisteminə müsbət təsir etdiyini təyin etdiklərini söylədi. 
Prof. Dr. Ruch, acı və gülməylə əlaqəli araşdırmaları əsnasında, iki qabara ustasından dəstək aldıqlarını, təcrübəliklərə, hər kəsin daha əvvəl izlədiyi komediya filmlərini izlətdirdiklərini ifadə edərək, 'Komik filmi izlərkən daha çox gülən təcrübəliklərin, yarım saat sonra edilən acı testi əsnasında daha çox ağrıya dözə bildiyini təyin etdik' deyə danışdı.
Soyuq təzyiq testi
İsveçrəli elm adamları, təcrübəliklərə acı tətbiq olunması əsnasında 'soyuq təzyiq testi' adı verilən üsula müraciət etdi. Bu test əsnasında təcrübəliyin əlini buz kimi bir suda nə qədər müddət tuta bildiyi təyin olundu. Test əvvəli daha çox və daha içdən gülən təcrübəliklərin əllərini soyuq suyun içində daha çox tuta bildiyini təyin etdiklərini izah edən Prof. Dr. Willibald Ruch, belə danışdı: 
'Araşdırmamızın ən maraqlı istiqaməti də işdə burada yatır. Ağrının azalmasını üç faktor mümkün edə bilər; Marağın başqa nöqtələrə yönəlməsi, qana xoşbəxtlik hormonu olaraq da təbir edilən 'Endorfinin nasosla vurulması və son olaraq da əsəbi baxımdan rahatlamağı saya bilərik. Ancaq araşdırmalarımızda bu üç faktordan heç birini təsbit edə bilmədik.'
Prof. Dr. Willibald Ruch, təcrübəliklərə dramatik ya da tragik mövzulu filmlərin izlətilməsiylə də eyni nəticəni əldə etdiklərini, ancaq komik filmlərinin təsirinin daha uzun davamlı olduğuna diqqət çəkərkən, belə davam etdi: 'Kədərli bir filmin verdiyi ağrıya dayanıqlılıq hissi yarım saat sonra yox olur. Halbuki komik filmlərdə bunun davam etdiyini müşahidə etdik. Gülmənin adamın kefi və xoşbəxtliyinə təsiri bəlkə anlıq ola bilir. Ancaq bədəninə olan fiziki əks olunması daha qalıcı şəkildə reallaşır. Yumordan ağrı müalicələrində bir üsul olaraq faydalanıla bilər. Müalicədə istifadə edilən dərmanların azaldılması üçün xəstəxanalarla ortaq bir araşdırma başladılacağıq.'
Depressiyaya qəhqəhə
Gülmə-əyləndirmə faktorundan faydalanmaq izləyən bəzi uşaq klinikaları klounları dövrəyə salarkən, depressiya müalicəsində də yumorun gücündən faydalanırlar.

Tərcümə etdi: Günay Əliyeva

Şərhlər:
Baxılıb: 629
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
loading...

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
loading...
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz