Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Kompyuter qarşısında oturmağı sevən qadınların nəzərinə...
Kompyuter qarşısında oturmağı sevən qadınların nəzərinə...
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 1520
Səs ver:
Kompyuter qarşısında oturmağı sevənlərin nəzərinə...

Son zamanlar göz xəstəliklərinin, görmə qabiliyyətinin zəifləməsi (azalması) halları məhz gənclər arasında artması müşahidə olunur. Bunun əsas səbəblərindən biri gənclərin kompyuter qarşısında çox vaxt keçirmələridir. Gözlərdə quruluq, yanma, qızarma və həmçinin baş ağrısı kimi simptomlar xəstəliyin əlamətlərindən sayılır.
Insan gözü mütəmadi olaraq uzaq və yaxın məsafələrə baxmağa uyğun yaradılıb. Monitor qarşısında olan insanların gözləri tək bir nöqtəyə zillənir və nəticədə göz yorulur. Gözlərin sağlamlığının qorunması üçün vacib olan göz qırpma sayı köpüter arxasında oturarkən azalır. Normal halda insan dəqiqədə 25 dəfə gözünü qırpır. Ancaq monitordan istifadə edərkən göz qırpma sayı 10 dəfədən az olur. Bu da gözlərdə quruluğa, göz yorğunluğuna gətirib çıxarır.

Məsləhətlər:
Kompyuterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirinin qarşısını almaq üçün bir sıra tədbir üsullarından istifadə etmək məsləhət görülür. İlk növbədə, ekranın yeri və qoyulma forması gözləriniz üçün çox vacibdir. Monitor gözlərimizdən 50-70 sm uzaq olmalıdır. Həmçinin, baxdığımız ekranın bizim gözümüzdən 10 sm aşağı səviyyədə olması məsləhətdir. Mütləq göz üçün məşqlər edin: onu sağa, sola, yuxarı, aşağı aparın. Saatın əqrəbi istiqamətində və onun əksinə firladın. Çalışın mütəmadi olaraq uzaqda olan əşyalara baxasınız.
Ekranın təmiz olması vacib şərtlərdən biridir. Bütün bunlardan əlavə, ekran qarşısında oturduğunuz hər saatın əvvəlində gözlərinizi bağlayaraq 10 dəqiqəlik fasilə verməlisiniz. Monitorun qarşısında isə tez-tez şüurlu şəkildə gözlərinizi qırpmalısınız. Qırpma, gözlərin quruluğunu aradan qaldıraraq rahatlamasına kömək olur. Kompyuter qarşısında əyləşdiyiniz otağın havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Eyni zamanda otağın havasını da tez-tez dəyişdirmək lazımdır. Linza taxan insanların gözləri daha tez quruyur. Bunun qarşısını isə həkimin məsləhəti olarsa, göz damcıları ilə almaq olar.
Gününüzün çox hissəsini kompyuter qarşısında keçirirsinizsə, ildə bir dəfə həkim-oftalmoloqa müraciət etməniz məsləhətdir.


Şərhlər:
Baxılıb: 1520
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz