Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Məmə yeyəndən, "pəpə" deyənə
Məmə yeyəndən,
Göndərən: NoName
Şərhlər:
Baxılıb: 3083
Səs ver:

 Südün çox faydalı içki olması hamıya məlumdur. Hər kəs bilir ki, onun tərkibində böyük miqdarda kalsium olduğundan diş və sümüklərin bərkiməsi üçün faydalıdır. Aysel südün başqa faydalarından yazır.

Sinir sistemi üçün

Qədim zamanlardan süd sinir sistemini sakitləşdirmək və psixoloji pozğunluqlarla bağlı xəstəliklərin müalicəsi üçün əla vasitə hesab olunur. Qədim Şərqdə südü hər səhər yuxululuğu aradan qaldırmaq, intellekti və psixi qabiliyyətləri gücləndirmək üçün içmək məsləhət görülürdü. Hər axşam içilən bir stəkan süd isə insana yaxşı yuxu və sakitləşdirici təsir verir. Müasir həkimlər də əmin edirlər ki, süd yuxusuzluqdan əziyyət çəkənlər üçün çox faydalıdır. Onunla mübarizə aparmaq üçün hər axşam bir stəkan süd içilməlidir. Süd mədə sekresiyasını (vəzilərin maddələr hazırlayıb ifraz etməsi prosesi) aşağı salır, ümumi sakitləşdirici təsir göstərir.

Ürək üçün

Ürək-damar xəstəlikləri inkişaf riskinin aşağı salınmasında südün faydası çoxdur. Amerikalı alimlərin apardıqları araşdırmalara görə, gündə bir stəkan süd içmək ürək funksiyasını möhkəmləndirir və infarkt, insult kimi xəstəliklərin yaranma riskini 37% azaldır. Bu, süddə böyük miqdarda olan kaliumla əlaqədardır. Kalium damarların elastikliyini qoruyur. Süd, həmçinin arterial təzyiqi aşağı salma xüsusiyyətinə malikdir ki, bu da hipertoniyadan əziyyət çəkənlər üçün faydalıdır.

Mədə üçün

Süd mədənin selikli qişasına yaxşı təsir göstərir və qıcqırma zamanı effektiv vasitə sayılır. Çünki süd mədə şirəsinin turşuluğunu azaldır, məhz qıcqırma mədə turşuluğunun artması səbəbindən baş verir. Südün giləmeyvə və tərəvəzlərə əlavə edilməsi faktı az məlumdur. O, qidada kalsiumun miqdarını artırır və amin turşuları qarışığının alınmasına şərait yaradır.

Çiyələk, qaragilə və qırmızı qarağatı südlə yemək ona görə məsləhətdir ki, bu giləmeyvələrin həzm olunması yaxşılaşır və allergik reaksiyanın əmələ gəlməsi imkanını aşağı salır. Tərkibində böyük miqdarda karbohidrat və zülal olduğundan süd həm də susuzluğu yatırmaq üçün əla vasitədir.

Çəkinin normallaşması üçün

Adətən südün çəki artırdığını söyləsələr də, əksinə o, artıq kiloqramlarla mübarizədə faydalıdır. Kanadada 15 həftəlik tədqiqatdan sonra məlum olub ki, pəhriz saxlayan və eyni zamanda süd içən insanlar, yalnız pəhriz saxlayanlara nisbətən 4 kq çox çəki itiriblər.

Təcrübənin müəllifləri qeyd edirlər ki, beyin kalsium çatışmazlığı hiss edəndə onu arıqlama proqramında nəzərdə tutulmayan ərzaqlarla kompensasiya etməyə çalışır.

Südün saxlanma üsulları

Təzə sağılmış süd 3-4 saat ərzində bakterisidlik (mikrobları öldürmə qabiliyyəti) xüsusiyyətinə malikdir. Sonradan onun tərkibində mikro-orqanizmlər və bakteriyalar çoxalır.

Çiy südü içməzdən əvvəl mütləq qaynatmaq lazımdır, hətta inandığınız yerdən alsanız belə. Qaynatma zamanı bakteriyalar və yığınların müəyyən hissəsi, sterilizasiya zamanı (125-145 dərəcədə qaynatma) isə tamamilə məhv olur.

Həmçinin C vitamini və faydalı zülallar – albumin və qlobulin də məhv olur. Belə südü uzun müddət saxlamaq mümkündür.

Pasterizə olunmuş (74-76 dərəcədə isitmə) süd məhsul emalının ən optimal yoludur, pasterizə zamanı bir çox vitamin qalır, amma saxlama müddəti az olur: 0-6 dərəcədə südü 5 sutka saxlamaq olar. Pasterizə olunmuş südü qaynatmaq məsləhət deyil



Şərhlər:
Baxılıb: 3083
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz