Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Qırmızı meyvələrin sirri
Qırmızı meyvələrin sirri
Göndərən: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 4135
Səs ver:

 Qırmızı meyvələrin sirri

Uzun illər 1980dən bəri davam etdirilən bir işdə insanlarin yediyi və antosiyanidin baxımından zəngin meyvələrin miqdarı artdıqca bu maddənin itkisinin azaldığı nəticəsinə gəlmişdir. Başqa sözlə günümüzdə gedərək yaşlanan cəmiyyətin ən əhəmiyyətli sağlamlıq problemi olaraq qəbul edilən ağlını itirmə və Alzheimer xəstəliyinin önlənməsi, heç olmasa inkişafının gecikdirilməsində qırmızı rəngli meyvələrin qatqısı təxmin edə bilməyəcəyimiz qədər böyükdür.

Yeditepe Universiteti Əczaçılıq Fakültəsi Farmakognozi və Fitoterapi Fundamental elm sahəsi Başçısı Prof. Dr. Ərdəm Yeşilada, sevərək yediyimiz; çiyələk, albalı, vişnə, qara ərik, nar, , böyürtkən və digər meyvələrin antosiyanidinlər baxımından zəngin qaynaqlar olduğunu ancaq bu meyvələrin böyük bir qisiminin yaz və yay aylarında tapılması səbəbiylə il boyunca nizamlı antosiyanin ehtiyacını qarşılamaq məqsədiylə qurudulmuş qırmızı meyvələrdən faydalanmanın ağla batan olacağını ifadə edir. qırmızı meyvələr və faydaları haqqında bu məlumatları verilir:
"İcra edilən elmi ölçüdə istərsədə təcrübi baxımdan bitkilərdə olan polifenolik mürəkkəblərin insan sağlamlığı baxımından nə qədər əhəmiyyətli olduğunu açıq bir şəkildə ortaya qoyur.

Polifenolik mürəkkəblərin bədəndə iş stresi, həyat şəkli,qidalanma vərdişləri kimi müxtəlif mənfi faktorlara qarşı qoruyucu təsirləri dəyişən dərəcələrdə antioksidan təsirləri ilə açıqlanır. Bu mövzuda gedərək yayılan cəmiyyət şüuru ilə insanlar artıq təbiətin bizlərə fərqli şəkillərdə təqdim etdiyi bu qaynaqlardan mümkün olduğunca çox faydalanmağa çalışır. 

Qırmızı meyvələrin sirri

Polifenolik mürəkkəblər arasında bir başqa əhəmiyyətli qrup isə çiçəklərə və xüsusilə meyvələrə açıqdan tündə fərqli qırmızı rənglərini verən antosiyanidinlərdir. Sevərək yediyimiz; çiyələk, albalı, vişnə, qara ərik, nar, böyürtkən və digər meyvələr antosiyanidinler baxımından zəngin qaynaqlardır.

Qırmızı meyvələrin sirri

Antositanidinlərin suda dağılması xüsusiyyətləri səbəbiylə qurudulmuş qırmızı rəngli meyvələrin bitki çayı halında istifadə edilməsi bəzi əlavə üstünlükləri daşıyır. Antosiyanidinlər baxımından zəngin olmasına qarşılıq qida olaraq qurtarılmayan bəzi bitki qisimlərindən də bitki çayları içərisində faydalanıla bilər. Məsələn, bitki çaylarında iştirak edən karabamya çiçəklərinin qırmızı rəngli çanaq yarpaqları ya da mürvər bitkisinin qaraya çalan rəngdə meyvələri qidan olaraq istifadə edilməyən ancaq antosiyanidinlər baxımından zəngin qaynaqlardır.

Quruluşu nə olursa olsun meyvə və tərəvəzlərdə ya da digər bitkilərdə olan polifenolik mürəkkəblərin ortaq xüsusiyyəti antioksidan təsirləridir. Bu təsirlərinə bağlı olaraq ürək və damar xəstəlikləri (yüksək təzyiq, yüksək xolesterol, ürək ritm pozuqluqları), müxtəlif tip xərçənglər, qaraciyər - yaddaş zəifləməsi kimi əhəmiyyətli sağlamlıq problemlərinin önlənməsi baxımından polifenolik mürəkkəblərcə zəngin pəhrizlərin tətbiq olunmasının faydaları klinika və sahə işlərinin tapıntıları ilə də dəstəklənir.

Ancaq fərqli kimyəvi strukturlarda polifenolik mürəkkəblərin antioksidan təsirləri də fərqlilik göstərir. Bu səbəblə mümkün olduğunca fərqli qaynaqlarda olan polifenolik mürəkkəblərin istehlak edilməsi daha geniş bir fəaliyyət təmin edə bilər." 

 

TƏRCÜMƏ ETDİ VƏ HAZIRLADI:  N E L L I 

Redakte etdi: PRETTY_GİRL



Şərhlər:
Baxılıb: 4135
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz