Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
İnsanın emosional hallarının əsas keyfiyyətləri bunlardır
İnsanın emosional hallarının əsas keyfiyyətləri bunlardır
Göndərən: Ayten Melek
Şərhlər: 4
Baxılıb: 150
Səs ver:
1. Obyektə ikili münasibəti – bunlara ambivalent hisslər də deyilir. Məsələn
qısqanclıq zamanı nifrət və məhəbbətin birləşməsi. (Sevirəm və nifrət
edirəm, ayrılıq şirin kədərdir, həzz alıram və utanıram) (Polyar hisslər).
Onuncu sinifdə oxuyan oğlanın bir qıza ünvanladığı məktubdan:
“Mən bilmirəm, seni sevirəm, yoxsa nifrət edirəm. Mənə elə gəlir ki, bu
hisslər məndə qorxulu şəkildə bir-birinə qarışmışdı. Öz-özümə sual verirəm:
“Nəüçün mən səni sevməliyəm?” Cavab tapa bilmirəm.Həm də fikirləşirəm ki,
nifrət etmək üçün də əsasım yoxdur. Bəlkə, sənə qarşı münasibətdə qəribə
vəziyyətə düşməyimin səbəblərini anlamaqda mənə kömək edəsən?

2. Hisslərin qeyri-müəyyənliyi. İnsan yeni bir obyekt gördükdə
həyacanlanır, təəccüb və nifrətlə ona maraq göstərir. Son nəticədə belə
bələdləşmə reaksiyası müsbət və ya mənfi hissə çevrilir.
Hisslərin fizioloji əsasını baş beyin yarımkürələrininqabığı, qabıqaltı
mərkəzlər, qabıqaltı düyünlər və lambiq sistem təşkil edir. Hisslərin
yaranmasında sinis hüceyrələrinin tərkibindəki ağ maddəyə daxil olan boz
maddə yığınlarının xüsusi rolu vardır. ABŞ tədqiqatçısı Oldz siqnallar üzərində
apardığı təcrübələrlə beyində həzz və ağrı mərkəzlərinin olduğunu sübut
etmişdir.

Hisslərin siqnal və tənzimedici funksiyaları vardır. Onların xarici təzahürü
hisslərin ekspressiyası adlanır. İnsanın xarici görkəmi, baxışları, səsi, mimikası
onun daxili yaşantıları, emosional aləmi haqqında məlumat əldə etməyə imkan
verir. Psixoloji müvazinətin pozulmasını insanın xarici xarici görünüşündən
duymaq mümükündür. Bununla belə, bir çox insanlar psixoloji maska geyini, öz
hisslərini bəzən gizlətməyə çalışırlar. (Dodağı dişini örtmür).
5
İnsanın emosional vəziyyətləri və onların növləri.
Emosional vəziyyətlər nisbətən davamlı, psixi təzahürlərdir. Bir çox
hallarda onlar insanın psixi və praktik fəaliyyətində ümumi fon yaradır.
Emosional vəziyyətlərə aşağıdakılar aid edilir:
Hissi ton, əhvallar, affekt, stress, ehtiraslar, furusturasiya.
Hissi ton – psixi fəaliyyəti müşayət edən emosional çalardır. Hissi ton o
qədər də aydın və kəskin xaraci təzahürə malik olmur. Müxtəlif musiqilər,
marşlar insanda hissi ton taradır. Əmək təlimi, idman və ta istirahət, bayram
zamanı hissi ton dəyişir.

Əhvallar – nisbətən zəif cərəyan edən emosional vəziyyətdir. Əhvallar bir
gündə bir neçə dəfə fəyişə bilər. Bəzən isə günlərlə, həflələrlə və aylarla eyni
qala bilər. Dərsin canlı və emosional baxımdan təsirli olması, əməklə istirahəsin
düzgün növbələşdirilməməsi, yarışda uğur insana müsbət, yorucu dərs,
yorğunluq, müvəffəqiyyətsizlik, yuxusuzluq isə mənfi əhvallar yaradır. Xəstə
adamın əhvalı pozulur. Müəllimin dərsdəki əhvalı çox vaxt şagirdlərə də təsir
edir. Adam əsəbi olduqda ən adi bir qıcıq (birinin bərkdən gülməsi) ona mənfi
təsir göstərir. Həyat şəraiti, cibxərcliyinin olub-olmaması, mənzil şəraitin,
nəqliyyat, qaz, işığın olub-olmaması insanın əhvalına ciddi təsir göstərir.

Affektlər – (latınca “ruhi təlatüm, həyəcanlanma deməkdir) coşğun
surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan az müddət, lakin qüvvətli,
partlayış şəklində davam edən emosional vəziyyətdir. Qeyz, dəhşət, hədsiz
şadlıq, qəzəb və s. buna misal ola bilər. Belə hallarda insan ümumi, qəbul
edilmiş davranış qaydalarını pozur, qeyri-adi hərəkət edir, özünü ələ ala bilmir.
Onun şüuru daralır. Belə vəziyyət keçdikdən sonra o, təəssüf və peşmançılıq
hissi keçirir. A.S.Makarenkonun kaloniyada Zadorovu dəmir parçası ilə
döyməsini, IV İvan Qroznunun öz oğlunun başının yarmasını, Nadir şahın öz
oğlunun gözlərinin çıxarmasını və s. buna misal göstərmək olar. (Hamletdə
Otellonun Dezdomonanı boğması).
6
Stress – (ingiliscə “gərginlik” deməkdir). İnsanın gözlənilməz gərgin
şəraitlə rastlaşdığı zamanı keçirdiyi psixoloji halətdir. O, nisbətən zəif cərəyan
edir, lakin uzun müddət davam edir. Zəlzələ, kasıblıq, daşqın, epidemiyalar, ailə
münaqişələri, ailə üvzünün əziz bir adamının qəfil ölümü belə emosional
vəziyyət doğunun.
Stress terminini 1936-cı ildə Kanada fizioloqu N.Selye təklif etmişdir. O,
stress (mənfi), sustress (müsbət) və disstress kimi formalarını göstərmişdir. (Əri
tərəfindən görülərək küçəyə qovulan qadını həyətdə də it qapır) Bu disstress
adlanır. Stressin fizioloji və psixoloji olmaqla 2 növü fərqləndir
ilir. Belə halda insanın nitqində, hərəkətlərində dəyişmələr ola bilər.

Frustrasiya - (latınca aldanma, nahaq gözləmə deməkdir). Bu insanın öz
məqsədinə çatmasına maneçilik törədən real və ya xayali maneələrlə rastlaşdığı
zaman düşdüyü psixi vəziyyətdir. Bu insanda qəzəb, küskünlük, özünüitirmə
kimi hallar doğurur. Məsələn, bir neçə dəfə cəhd göstərsə də ali məktəbə qəbul
oluna bilməyən abuturiyentdə dərsə gecikən tələbədə, əməyinə qiymət
verilməyən alim və ya yazıçıda belə hallar yaranır.

Ehtiraslar – qüvvətli, uzun müddətli və dərin hissdir. Bu zaman insanın
iradəsi və hissləri birləşir, insanı çətinlikdən xilas olmaqda kömək edir. Ancaq
ehtiraslar insanı həmişə fəallaşdıra bilmir. Bəzən nir obyektə olan ehtiraslı
münasibət onu passiv şəkildə əzab çəkməyə düçar edə bilir. (Alkaqol,
narkomaniya, moda düşkünlüyü və s.). Hacı Qaranın pul ehtirasını buna misal
göstərmək olar. Bunlar mənfi ehtiraslardır. Elmə, musiqiyə, incəsənətə, qurubyaratmağa
və s. olan ehtirasları isə müsbət ehtiraslara misal göstərmək olar.
M.Qorkinin “Oxumaq həvəsi” adlı hekayəsində bunun bədii ifadəsi verilmişdir.


Şərhlər: 4
Baxılıb: 150
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
ʚɞღ..Sultanım..ღʚɞ
Maraqli melumat oldu. 08
22 oktyabr 2016 22:23
# 4
Bu Günə Kimi Heç Kəs Həqiqi Xoşbəxtliyə Nail Olmayıb, Əgər Bədbəxt Deyilsənsə Özünü Xoşbəxt Saya Bilərsən...!
BARBI
Maraqli xeberdir.Hissler ve emosiya insanin heyatinin esas hissesidir

Beynimizi bizi idare etdiyini dusunsekde emosiyalar her zaman agir gelir
22 oktyabr 2016 13:14
# 3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
vipbetul
maraqli xeber oldu
22 oktyabr 2016 09:20
# 2
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Totu
Təşəkkür xəbər üçün))))
22 oktyabr 2016 08:15
# 1
Hər şeyi bilməniz önəmli deyil,Önəmli olan həddinizi bilmənizdi...
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz