Həkim kollektivi Həkimə sual ver
Söhbət otağı
Nevrasteniya
Nevrasteniya
Göndərən: Pure Love
Şərhlər: 1
Baxılıb: 209
Səs ver:
Nevrozların ən geniş yayılmış forması olan nevrasteniya ilk dəfə olaraq 1869-cu ildə amerika psixiatrı C.Brid tərəfindən təsvir edilmişdir.Müəllifin fikrincə sənayenin sürətli inkişafı ilə əlaqədar yaranan gərginlik bu xəstəliyin meydana çıxmasında mühüm rol oynayan amillərdəndir.Xəstə ən adi iş gördükdə belə tez yorulur,əhval ruhiyyəsi dəyişir,ən cuzi səbəb nəticəsində affektiv partlayış reaksiyaları müşahidə edilir.Müxtəlif formalarda təzahür edən yuxu pozuntuları: gec yuxuya getmə,səthi yuxu,pis məzmunlu yuxugörmələr,yuxudan ayılarkən özünü nasaz hissetmə və s. Bu kimi əlamətlər qeyd edilir.

Xəstəliyin klinikasında diqqəti cəlb edən 3 mərhələni fərqləndirmək mümkündür:
1)hipersteniya
2)qıcıqlandırcı zəiflik
3)hiposteniya

Hipersteniya mərhələsində rast gəlinən başlıca əlamətlər qıcığa qarşı həssaslığın artması, səbirsizlik,dözümsüzlük,tez-tez əsəbləşmək və diqqətin pozulmasıdır.Bir sıra hallarda “astenik mentizm”,yəni fikirlərin dolaşıqlığı qeyd oluna bilər.Bir müddət keçdikdən sonra xəstəliyin klinikası tədricən dəyişir,qıcıqlandırıcı zəiflik əlamətləri:ümumi zəiflik,əhvalın tez-tez enməsi,yuxusuzluq kimi əlamətlər meydana çıxır.

Xəstəliyin sonrakı mərhəlsində -hiposteniya,psixi və fiziki yorğunluğun üstünlüyü ilə cərəyan edir.Xəstənin əmək qabiliyyəti daha da enir,bütün günü əzgin yuxulu və qəmgin görünür.Yuxarıda qeyd olunan mərhələlərin müddəti xəstəliyin ağırlıq dərəcəsindən,orqanizmin fərdi müqavimət qabiliyyətindən,ən başlıcası isə xəstəliyin meydana çıxmasında başlıca yer tutan zərəli amillərin (psixi travmalar,gərgin iş,toksik amillər və s.)davam etməsindən asılı olur.Bir sıra hallarda xəstəlik aylarla davam edir.Bəzən isə illərlə çəkə bilər.Belə hallarda şəxsiyyətin nevrotik inkişafı haqqında düşünmək lazımdır.O.V.Kerbikov (1958) nevrotik inkişafın başlıca amilini uzun müddət davam edən psixi travma ilə əlaqələndirir və şəxsin bu amilin məngənəsindən çıxa bilməməsində görürdü.Bu zaman nevrotik əlamətlərlə yanaşı xəstənin xasiyyətində baş verən bir sıra dəyişikliklər (həddindən artıq həyəcan reaksiyaları,ümumi yorğunluq,cuzi səbəbdən əsəbiləşmək,affektiv reaksiyalar nümayiş etdirmək və s.)ön plana çıxır cə sanki şəxsin daimi xasiyyət elementlərinə çevrilir.Xəstlər öz hərəkətlərinə tənqidi yanaşsalar da onları narahat edən əlamətlərdən yaxa qurtara bilmirlər.

Nevrasteniya zamanı,bir qayda olaraq,vegetativ sinir sisteminin normal fəaliyyəti dəyişir və bunun nəticəsində daxili orqanların disfunksiyası meydana çıxır.
Vegetativ sinir sisteminin pozulması nəticəsində təzahür edən universal əlamətlərdən biri başağrıları və başgicələnməsidir.Spesifik küt sıxıcı ağrılar şəklində meydana çıxan başağrıları xəstəliyin bütün mərhələsində rast gəlinir.Digər vegetativ əlamətlərdən təngənəfəsliyi,ürəkdöyünməni,ürək nahiyyəsində küt (bəzən əksinə sancan) ağrıları,ətrafların keyləşməsini göstərmək olar.Bəzi xəstələrdə həzm sisteminə aid pozntular,məsələn,mədə və bağırsaqlarda xoşagəlməz hisslərin duyulması,iştahanın pozalması,qəbizlik (və ya tez-tez defekasiya aktı),mədə qıcıqları,gəyirmə və s. əlamətlər təzahür edir.Göstərilən əlamətlər daimi xarakter daşımır,xəstənin əsəbiləşməsi,emosianal gərginliyin güclənməsilə əlaqədr meydana çıxır.
Bəzən bir sıra obyektiv əlamətlər də qeyd olunur.Məsələn,taxikardfiya,bradikardiya,qan təzyiqinin dəyişməsi,tərləmə,akrosianoz,qusma və s.Göstərilən əlamətlərin hamısı eyni vaxtda rast gəlinmir,onlar ara-sıra bir-birini əvəz edir.
Nevrasteniyadan əziyyət çəkən xəstələrin başlıca xüsusiyyətlərindən biri də onalrın son dərəcə öz xəstləiklərini “şişirtməsidir”.Belə ki,nevrastenik özünü həmişə ağır xəstə kimi qələmə verir,müxtəlif həkimlərə müraciət edir,bütün müayinələrdən keçməyə cəhd göstərirlər.Lazımı ixtisaslı yardım almayan belə xəstələ tez ruhdan düşür,pessimizmə qapılır,beləliklə də xəstəliyin sağalması deyil,dərinləşməsinə şərait yaradırlar.
Nevrasteniya zamanı tez-tez təsadüf edən əlamətlərdən biri də seksualoji pozuntulardandır. Bu kimi əlamətlər son illərdə xüsusən cavanlar arasında geniş yayılmaqdadır.


Şərhlər: 1
Baxılıb: 209
Geriyə
loading...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Onun_Mələyi
Allah uzaq eləsin,pis xəstəlikdir.
17 oktyabr 2016 12:27
# 1
Bir duam var,səndən amin gözləyirdua09123
İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

(ana səhifəyə gedin.)

TEZKLİKLƏ

Adların mənaları Yuxuyozmalar
Xəbər lenti HAMISI
YeniQadin.Biz
Səsvermə
 

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 
HAMISI Ən çox oxunanlar
İdeal çəkini hesabla
Boyunuz : sm
Çəkiniz : kq
Yaşınız :
Cinsiniz :
İdeal Çəkiniz : kq
Fərq : kq

BÜRC UYĞUNLUĞU

Sevgilinizlə bürc uyğunluğunuzu öyrənə bilərsiniz